Məhkəmə qərarları › İş №3(049)-192/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-192/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-192/2025 19.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu, X2 EQ seriyalı 26031901 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul olunmuş qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, EQ seriyalı 26031901 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul olunmuş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə ilkin olaraq qeyd edir ki, təqdim edilmiş şikayətə mübahisələndirilən qərarın surəti əlavə edilməmişdir. Eyni zamanda şikayətdə yalnız inzibati xəta haqqında protokolun seriya və nömrəsi qeyd edilməklə (tarixi qeyd edilməyib), mübahisələndirilən qərar barədə məlumatlar, yəni qərarı qəbul edən inzibati orqan və vəzifəli şəxs, seriyası, nömrəsi və tarixi barədə məlumatlar qeyd edilməmişdir. Bu haldan ümumiyyətlə mübahisələndirilən qərarın qəbul edilib-edilməməsini müəyyən etmək mümkün deyildir. Həmçinin ərizəçi tərəfindən şikayətə əlavə edilmiş inzibati xəta haqqında çıxarışda cərimə olunan şəxsin ərizəçi X1 deyil, X3 qeyd edilmişdir. Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 65.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin məcəllənin 65.1-1 maddəsinə əsasən, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin məcəllənin 65.2 maddəsinə əsasən, bu Məcəllənin 65.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. Həmin məcəllənin 65.6 maddəsinə səasən, nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. Hazırki şikayət ərizəsinə nümayəndənin səlahiyyətlərini müəyyən edən etibarnamə əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarıda qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 EQ seriyalı 26031901 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul olunmuş qərarın ləğv edilməsinə dair şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar