Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-193/2024 28.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi X3 və Zərərçəkmiş şəxs3 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Lənkəran rayonu, Viyən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Viyən kəndində yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-3280/2014 saylı, 2(049)-110/2015 saylı və 2(049)1624/2015 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3280/2014 saylı, 2(049)-110/2015 saylı və 2(049)1624/2015 saylı icra sənədlərinə əsasən, ümumilikdə 4787.20 manat pul Şəxs tərəfindən tutularaq tələbkarlara verilməlidir. Müvafiq icra sənədləri üzrə icra qurumunda icraata başlanılmışdır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün məhkəmə qərarına əsasən onun məcburi gətirilməsi qərara alınmış, həmçinin onun olduğu yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2023-cü il tarixdə borclunun barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Lənkəran ŞRPŞ-yə göndərilmişdir. Borclu icra sənədinin icrasından yayınır, hazırda tələb üzrə borclu Şəxs 4787.20 manat məbləğində tələbkarlara borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, borcu ödəməkdən imtina etmir. Fəhləliklə məşğul olmaqla, ailəsini dolandırır. Maddi imkanı zəif olduğundan yığılmış borcunu ödəməyə imkan verməmişdir. İcra icra sənədləri üzrə 4787.20 manat məbləğində borcu vardır. Əməlindən səmimi peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi X3 bildirdi ki, hazırki vaxtadək tələb üzrə borclu heç bir ödəniş etməmişdir. Tələbkar tərəf olaraq borcun ödənilməsini tələb edir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ASC-nin nümayəndəsi X2 bildirdi ki, hazırki vaxtadək tələb üzrə borclu heç bir ödəniş etməmişdir. Tələbkar tərəf olaraq borcun ödənilməsini tələb edir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-3280/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədindən görünür ki, borclular Şəxs və X5 müştərək qaydada 1199.79 manat əsas və 199.09 manat faiz olmaqla, cəmi 1398.88 manat borc pul və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə verilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-110/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs əsas kredit borc üzrə 1878.13 manat, faiz borcu üzrə 200.33 manat və dəbbə pulu borcu üzrə 50 manat, cəmi 2128.46 manat və dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs3 ASC-nə ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1624/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs əsas kredit borc üzrə 917.46 manat, faiz borcu üzrə 181.66 manat, dəbbə borcu üzrə, 80.74 manat cəmi 1179.86 manat kredit borcu və dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə verilməlidir. İcraata başlamaq haqqında Lənkəran Rayon Məhkəməsinin 2(049)-3280/2014 saylı icra sənədi xx.xx.2014-cü il, 2(049)-110/2015 saylı xx.xx.2015-ci il və və 2(049)1624/2015 saylı icra sənədi xx.xx.2015-ci il tarixdə icraata başlanılmışdır. Müvafiq icra sənədi üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-3280/2014 saylı icra sənədi xx.xx.2014-cü il, 2(049)-110/2015 saylı xx.xx.2015-ci il və və 2(049)1624/2015 saylı icra sənədi xx.xx.2015-ci il tarixdə icraata tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. 26 may 2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs oğlu tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, zərər çəkmiş şəxsin izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «28» fevral 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-193/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-193/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver