Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-194/2024 11.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1970-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Qumbaşı kəndində qeydiyyatda olan və yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran ŞRPŞ tərəfində tərtib edilmiş 20 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, 20 fevral 2024-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində yaşayan İsmayılov X1 Milli Parkının kiçik Qızılağac Körpəzində qanunsuz balıq ovu ilə məşgul olarkən saxlanılıb. Ondan 1 ədəd taxta qayıg və 21 ədəd tor aşkar olunaraq götürülmüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsi olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törəttməkdə özünü təqsirli bilir. Belə ki, o, heç yerdə işləmir və ailəsini dolandırmaqda olduqca maddi çətinlik çəkir. Bu səbəbdən ailəsini dolandırmaq üçün balıq ovu etmək qərarına gəlmişdir. 20 fevral 2024-cü il tarixdə özünə məxsus olan köhnə bir taxta qayıqla çay vasitəsilə üzərək dənizə doğru balıq tutmağa getmişdir. Üzərində 21 ədəd tor da olmuşdur. Həmin gün heç bir balıq tutmamışdır. Ova çıxdıqdan təxminən 2 saat sonra ekologiya idarəsinin əməkdaşları onu saxlamışlar. O, özü onların gəmisinə keçmişdir, qayığı isə köhnə olduğundan onu yedəyə ala bilməmişlər və onu ekilogiya idarəsinin əməkdaşları öz gəmilərinə qoyaraq quruya gətirmişlər. Etdiyi əməldən olduqca peşmandır. Ov etmək istədiyi ərazinin Qızılağac Milli Parkının kiçik Qızılağac Körpəzinin əazisi olduğunu bilirmiş. Ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs İXMnin 272.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 20 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki Şəxs xüsusi icazə almadan “Qızılağac” Milli Parkının kiçik Qızılağac Körfəzində qanunsuz balıq ovu ilə məşgul olurmuş. Ondan 1 ədəd taxta qayıq və 21 ədəd tor aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında araşdırma aparılan inzibati orqanda verdiyi izahatında da Şəxs qanunsuz balıq ovu ilə məşğul olduğunu bildirmişdir. Belə ki, iş materiallarında olan Şəxsu izahatında qeyd edilmişdir ki, o, Lənkəran rayonu, Qumbaşı kəndində yaşayır, dolanışığından ötrü kiçik Qızılağac körfəzində balıq ovu ilə məşğul olarkən ekoloqiya, su polisi və qoruğun əməkdaşları onu tutublar. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də Şəxs ov qaydalarını kobud şəkildə pozduğu müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görəinzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs etdiyi əməli səmimi etiraf etməsi və etdiyi əməldən səmimi peşmançılığı məhkəmə tərəfindən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 272.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində alət olmuş qayıq və torlar müsadirə edilməklə, ona cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın törədilməsində alət olmuş ona məxsus 1 ədəd taxta qayıq və 21 ədəd sintetik tor müsadirə edilməklə, barəsində 1.000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-194/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-194/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver