Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-195/2024 29.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi ilə, Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* №-li qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* №-li qərarı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 80 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X2 şikayət verərək, qeyd olunan qərarın ləğv edilməsini və barəsində İXM-nin 327.2ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İXM-nin 128-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci madəsində qeyd olunmuşdur ki bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Hazırki işin hallarından və şikayətin dəlillərindən görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* №-li qərarı xx.xx.2024-cü il tarixdə rəsmi qaydada X1 təqdim edilmiş, sonuncu isə həmin qərardan əldə etdiyi vaxtdan 20 gün müddətində, yəni xx.xx.2024-cü ilədək şikayət verməli olduğu halda, şikayətini xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Göründüyü kimi X2 qanunla inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün müəyyən edilmiş 20 günlük prosessual müddəti 3 gün ötürmüş, ötürülmüş prosessual müddətin bərpa edilməsi haqqında hər hansı qərardadı şikayətinə əlavə etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* №-li qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddəti ötürülməklə verildiyindən şikayət geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri və İXM-nin 128-130 maddəlrinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* №-li qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardadın surəti məlumat üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-195/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-195/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver