Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-198/2024 01.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Lənkəran rayon İcra və Probaiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu Nərimanabad qəsəbəsi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 200 manat məbləğində pulun alınıb dövlət hesabına köçürülməsinə dair Lənkəran Rayon Məhkəməsinin 3(049)-496/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini icra etmədiyindən Şəxs barəsində Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilib izahat verərək, bildirmişdir ki, xəstə olduğu üçün 04 ildir ki, barəsində tətbiq edilmiş cəriməni icra edə bilmir. Ayda 20-30 manat olmaqla hissə-hissə cəriməni ödəyə bilər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 3(049)-496/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə olunmuş və icra edilməsi üçün Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tələbin könüllü icrası barədə bildiriş göndərilmiş və müxtəlif dövlət orqanlarına sorğular göndərilmiş, tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 138.1.1. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün. Qeyd olunan hüquq normalarını hazırki iş üzrə tətbiq etdikdə müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 3(049)-496/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı xx.xx.2019-cu il tarixdə qüvvəyə minmiş və həmin vaxt qərar icra edilməsi üçün müvafiq icra vərəqəsi verilmiş, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs xx.xx.2019-cu il tarixdən etibarən 25 gün müddətində Lənkəran Rayon Məhkəməsinin 3(049)-496/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarını icra etməli olduğu halda icra etməmiş və nəticədə əməlində İXM-nin 529.2-ci maddəsinin tərkibi yaranmışdır. Məhkəmə işə əlavə olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını hərtərəfli tədqiq edərək hesab edir ki, Şəxs əməli işdə toplanmış sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə inzibati qaydada tənbeh edilməlidir. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə inzibati xəta haqqında toplanmış materialları tədqiq edib, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində 180 saat ictimai işlər tənbeh tədbiri tətbiq olunmalıdır. İXM-nin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 28.3. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 28.3-1. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib barəsində gün ərzində dörd saatdan çox olmamaqla 180 (bir yüz səksən) saat ictimai işlər tənbeh tədbiri tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayəti və ya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(049)-198/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-198/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver