Məhkəmə qərarları › İş №3(049)-199/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-199/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-199/2024 01.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, MÜƏYYƏN ETDİ: Salayev X3 Rayon Məhkəməsinin 2(049)-53/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, böyrəkləri xəstə olduğu üçün ağır işlərdə işləyə bilmir. Hər ay 100 manat ödəyə bilər, lakin borcu tam ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Şəxs əvvəllər Dost İş mərkəzində fəhlə işləsə də, səhhəti ilə əlaqdar işdən çıxmışdır. 2015-ci ildə tələbkar borcun 5000 manatını borcluya bağışlamışdır. Lakin o, icra sənədinin tələbini yerinə yetirməkdən boyun qaçıraraq borcunu ödəməkdən yayınır. İcra məmurunun çağırışına gəlmədiyi üçün onun barəsində axtarış qərarı çıxarılmış və polis əməkdaşları tərəfindən Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Məhkəmədən protokolun təmin olunmasını xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-53/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2003-cü il tarixdə doğulmuş övladı X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 76 manat sabit pul məbləğində aliment alınıb anası Zərərçəkmiş şəxs verilməsi qət edilib. İcraata başlamaq haqqında 07 mart 2023-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-53/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lənkəran rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 3(049)-488/2017 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-c maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 25 gün müddətə inzibati qaydada həbs edilmişdir. Borclunun axtarılması haqqında 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığından onun barəsində Lənkəran rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarış verilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini tam olaraq yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən tam icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «01» mart 2024-ci il tarixdən saat 15:30-dan hesablansın. Həbsin sonu 01 aprel 2024-cü il tarix, 15:30-dən hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar