Məhkəmə qərarları › İş №3(049)-2/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-2/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-2/2024 10.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, barəsində protokol tərtib edilmiş Şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Saatlı rayonu, Qara Nuru kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, 2-ci X2, Fizulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 333.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına 10 yanvar 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İXP ******* №-li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10630-da «MERCEDES BENZ 906 KA 35 YÜK» markalı **- GP-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halında idarə etdiyinə görə sonuncunun barəsində İXM-nin 333.1-1-ci maddəsi ilə tərtib edilərək baxılması üçün xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, eləcə də Şəxs barəsində vidoyazının və səs yazısının məhkəməyə təqdim olunması tələb olunsa da, inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran RŞPŞnin YPX-nin inspektoru X7 məhkəmə iclasına gəlməmiş, eləcə də, o, vidoyazı və səs yazısını məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran RŞPŞ-nin YPX-nin inspektoru X7 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü o, ümumiyyətlə spirtli içki qəbul etməmişdir. Həmin günü onu, təhlükəsizlik kəmərinə görə saxlamışlar. Bundan sonra isə ona uzaqdan alkotestri üfürməyi xahiş etmişlər. O, alkotestrdən çıxmış nəticə ilə razılaşmamış və onu həkimə aparmalarını xahiş etmişdir. Lakin ona bildirmişlər ki, ilk əvvəl protokol tərtib edilməli, bunun üçün ondan sürücülük və şəxsiyyət vəsiqələrini almışlar, daha sonra onu həkimə aparacaqlarını bildirmiş, lakin aparmamışlar. Protokol tərtib edildikdən sonra ondan narazı qalaraq DİN-nin 102 Xidmətinə zəng etmiş, daha sonra isə, özü öz təşəbbüsü ilə həkim müayinəsindən keçmişdir. Müayinə zamanı onun bədənində spirtli içkilərin izləri aşkar olunmamışdır. Məhkəmədən inzibati iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisədən 04 gün qabaq pivə içmişdir. Hazırki məhkəmə iclasında bir daha məhkəmədən inzibati iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Lənkəran şəhər Ərazi Narkoloji Xəstəxanasının həkimi X4 bildirdi ki, Şəxs əvvəllər tanımamışdır. Onu yalnız xx.xx.2023cü il tarixdə, saaat 12:50-də müayinə etdiyi gün görmüşdür. O, onu müayinə etmiş və onun spirtli işki qəbul etdmədiyi müəyyən olunmuşdur. Məhkəmə, barəsində inzibati protokol tərtib edilmiş şəxs və şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati materialdan görünür ki, inzibati hadisə xx.xx.2023-cü il tarixdə baş vermiş və inspektor alkotestr vasitəsilə müayinə apararaq Şəxs sərxoşluq aşkar etmişdir. Məhkəmə həmin alkotestrin nəticələrini etibarsız sayır. Belə ki, inzibati materiala əlavə edilmiş “Ölçmə vasitələrinin yoxlanılması haqqında” RN seriyalı 012117 saylı Şəhadətnamənin surətindən görünür ki, sonunsu dəfə alkotestr yoxlamadan xx.xx.2023-cü il tarixdə keçirilmiş, növbəti yoxlama isə xx.xx.2023-cü il tarixdə olmalı idi. Lakin məhkəmə iclasında müəyyən olundu ki, sonrakı yoxlama xx.xx.2023-cü il tarixdə olunmalı olsa da, olunmamışdır. Yəni, alkotestr sərxoşluğu müayinə etmək üçün yarasız olmuşdur. Bu səbəbdən də məhkəmə həmin alkotestrin xx.xx.2023-cü il tarixli nəticələrini etibarsız hesab edir. Bundan əlavə yuxarıda qeyd olunan protokol tərtib edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının bir çox tələbləri pozulmuşdur. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Lakin şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 1 nüsxədə tərtib olunmuş və həmin şəxsə protokolun surəti təqdim edilməmişdir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəmə qeyd edir ki, İXM-nin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Lakin Şəxs sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcbur olunduğu halda, onların iştirakı təmin edilməmişdir. İnzibati materiala əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətinin müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” xx.xx.2023-cü il tarixli protokol əlavə edilsə də, həmin protokol formal olaraq, görüntü üçün tərtib edilmişdir. Belə ki, həmin protokol DYP əməkdaşı və inzibati xətanı törətməkdə təqsirləndirlən şəxs tərəfindən imzalanmamışdır. Bu hal ona dəlalət edir ki, Şəxs alkotestrin nəticəsindən narazı qalsa da, o, tibbi müayinəyə göndərilməli olduğu halda, göndərilməmiş, həmin protokol sonradan tərib edilmişdir. Onun sərxoş olmaması “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2023-cü il tarixli 000829 saylı protokolla təqsiq olunur. Həmin protokoldan görünür ki, müayinə saat 12:50-də , inzibati hadisədən 02 saat 20 dəqiqədən sonra aparılmış və onda alkogol sərxoşluq müəyyən olunmamış, müayinənin nəticəsi 0,00% olmuşdur. Nəzərə alınsa ki, hər bir saatda bədəndə 0,15 % spirt azalır, onda inspektorun saat 10:50-də alkotestrnin nəticəsi olan 0,442%-dən saat 12:50-ə təxminən 0,092 % qalmalı idi. Lakin həmin saata spirtin aşkar olunmaması ona dəlalət edir ki, Şəxs ümumiyyətlə sərxoşluğun əlamətləri olmamışdır. Bundan əlavə protokola video və səs yazısı əks olunan disk əlavə olunmalı olduğu halda olunmamışdır. İnzibati materiala əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Tağıyev X1, Cəbrayılın, Xocavəndin azad olunmasına görə, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunmuş İXM-nin 69.2 və “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının bir neçə bəndinə riayət olunmadığından, eləcə də müayinə vaxtı ötmüş alkotestrlə aparldığından Şəxs təqsirsiz nesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları və hazırkı iş üzrə Şəxs əməlində qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta tərkibi olmadığına görə məhkəmə hesab edir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar