Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-2/2025 06.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhəmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 25997.85 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsinə və ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədiyindən, eləcə də qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarılmağından Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli EP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, müəssisə tərəfindən malların alınması üçün həqətən də Rusiya Federasiyasına 25997.85 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmiş, lakin mallar əldə edilmədiyinə görə pulun geri qaytarılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankı və Access bank QSC-yə dəfələrlə müraciət edilsə də, həmin pulların geri qaytarılması mümkün olmamışdır. Məhkəmə baxışının vaxtı və yeri barədə məlumat Azərbaycan Respublikası Mərkəzi Bankına bildirilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında vəsatət verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarında olan köçürmə tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə xx.xx.2022-ci il tarixdə BUNGE CİS LLC-nin hesabına 25997.85 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 052772 nömrəli "xxxx" QSC-i tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktub və ona əlavə edilmiş çıxarışdan görünür ki, Lənkəran rayonu Hirkan qəsəbəsində yerləşən Aqromall MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 25997.85 ABŞ dolları ölkədən çıxarılmış, lakin müştərinin apardığı qabaqcadan ödəniş günündən 2 (iki) il keçməsinə baxmayaraq malın ölkəyə daxil olmasına dair sənədlər təqdim edilməmişdir. İş materiallarında olan kommersiya qrumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, "xxxx" MMC-in hüquqi ünvanl Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşir, qanuni təmsilçisi isə Nümayəndə1dur. İş materiallarında olan telefonorqamdan görünür ki, xx.xx.2024-cü il tarixdə Mərkəzi Bankın əməkdaşları tərəfindən "xxxx" MMC-in nümayəndəsi olan Qabil adlı şəxslə əlaqə saxlanılsa da sonuncu özünün həmin şirkətlə əlaqəsinin olmadığını bildirmişdir. İş materiallarında olan "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil 19 dekabr 2024cü il tarixli vəsatətindən görünür ki, Rusiya Federasiyasında fəaliyyət göstərən OOO «БУНГЕ СНГ» ilə "xxxx" MMC arasında, Moskva şəhərində bağlanan 21 oktyabr 2022-ci il tarixli NQ4597 saylı kontrakta görə "satıcı "BUNGE CİS”LLC alıcı "xxxx" MMC-yə bitki yağlarının göndərilməsinə dair kontrakt imzalamışlar. Eyni zamanda bağlanmış kontrakta uyğun olaraq ”Aqromal" MMC xx.xx.2022-ci il tarixli 4597 saylı kontrakta uyğun olaraq 26.10 2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığı ilə "satıcı” "BUNGE CİS" LLC İNN ********** AC RAİFFİSENBBPNK RU RZBMRUMMXXX olan ******************** nömrəli bank hesabına 25997,85 ABŞ dolları pul köçürmüşdür. Lakin SVİFT FT 22299T8JB8 xx.xx.2022-ci il tarixdə, istehsalçı ilə sifariş edilən malların göndərilməsinə dair danışıqlar zamanı 25997,85 ABŞ dolları mabləğində pulun onlara çatmadığını bildirmişlər. Eyni zamanda kontraktı satıcı tərəfındən kimin imzaladığı aydın deyildir. Bundan başqa satıcı olaraq kontraktda "BUNGE CİS" LLC göstərilsə də iki yerdə Rujniyskiy AA-nın imzası və "BUNGE CİS' LLC-nin möhürü vardır. Eyni zamanda sçet/ invösdə Rujinskiy AA Aqromal” MMC-nin adından kontraktı ve sçet /invöysu imzalamışdır. Mərkəzi Bank 2024-cü ilin dekabr ayında "Aqromal” MMC-ni Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə suçlu bilib 25997.85 ABŞ dolları məbləğində vəsaitin Rusiya Federasiyasına avans olaraq köçürülməsinə dair ona qarşı inzibati iş açmışdır. Aqromal MMC 2021-ci ilin oktyabr ayından başlayaraq bank sektorunda fəaliyyat göstərən mütəşəkkil dəstə tərəfındən aldadılaraq "Aqromal” MMC-yə bitki yağları satmaq adı altında onunla saxta kontrakt bağlayaraq 25997.85 ABŞ dolları məbləğində vəsaitini mənimsəmişlər. Bu mənimsəmə barəsində ilk növbədə Accessbank ASC və Mərkəzi Bank lazımı qaydada malumatlandırılmışdır. Buna baxmayaraq mərkəzi Bank hesab edir ki, "Aqromal” MMC Rusiya Federasiyasından 25997.85 ABŞ dolları məbləğində vəsaitin əvəzi olaraq bitki yağları almış, lakin xarici valyutanı Azərbaycana qaytarmamışdır. Yüksək məhkəmə bilməlidir ki, ”Aqromaİ " MMC göstərilən pul vəsaiti üzərində nəzarəti 4 ildir itirmişdir. Accessbank ASC və Mərkəzi Bankdan 4 ildir halal pullarının özünə qaytarılması üçün yardım istəyir. Lakin, belə görünür ki, Mərkəzi bank nəinki, Aqromal MMC-nin Rusiyada mənimsənilən 25997.85 ABŞ dolları üzərində nəzarəti itirmişdir, artıq cinayət əməli ilə inzibati xəta törətməni qarışdırmışdir. Mərkəzi Bankla, Accessbank ASC ilə 4 il ərzində yazışmaların bir qismini əlavə edirir. Şərh olunanlara və Azərbaycan Respublikası İXM-nın 3, 38-ci maddələrini rəhbər tutaraq ”AQROMAL” MMC-nin və rəhbərliyin əməlində hər hansı inzibati hüquqpozmanın tərkibinin əlamətləri olmadığından inzibatı məsuliyyətdən azad olunmasına dair qərar verilməsini xahiş edir. İş materiallarında olan "xxxx" MMC-in nümayəndəsi tərəfindən təqdim edilmiş məktublardan görünür ki, qeyd edilən müəssisə tərəfindən həm "xxxx" QSC-nə, həm də Mərkəzi Banka müraciət edilərək malların alınması üçün Rusiya Federasiyasına köçürülmüş 25997.85 ABŞ dolları pul vəsaitinin geri qaytarılması üçün köməklik etmələri xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli və digər məktublarla həm Mərkəzi Bank, həm də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə Rusiya Federasiyasına 25997.85 ABŞ dolları məbləğində vəsaitin həmin müəssisənin xx.xx.2022-ci il tarixli, ******* nömrəli ödəniş tapşırığı əsasında köçürüldüyü, bank tərəfindən qanunun üzrə bütün prosedurları düzgün yerinə yetirdiyi bildirilməklə, "xxxx" MMC-in bu halları məhkəmə qaydasında mübahisələndiriə biləcəyi və mübahisələndirmə niyyətləri varsa məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Göründüyü kimi "xxxx" MMC tərəfindən Rusiya Federasiyasına malların alınması üçün göndərilmiş 25997.85 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılması üçün müraciətlər edilmişdir. Lakin ünvanlanmış sorğulara cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı "xxxx" MMC-yə dəflərlə məhkəməyə müraciət etməsini və bu üsulla məsələni həll etməsini tövsiyyə etsə belə qeyd edilən təşkilat 2 il müddət ərzində böyük miqdarda pul vəsaitinin geri qaytarılması üçün hər hansı addım atmamışdır. Halbuki "xxxx" MMC-in nümayəndəsi cinayətin qurbanı olduqlarını bildirir. Qeyd edilən halda "xxxx" MMC tərəfindən hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etmələrini təsdiq edən hər hansı sübutlar təqdim edilməmişdir. "xxxx" MMC hazırki inzibati xəta haqqında iş üzrə müqavilə bağlayaraq hüquqlarını müdafiə etmək üçün nümayəndə cəlb etdiyi halda, lakin böyük miqdarda pul vəsaitini itirdiyi halda nəyinki müdafiəçinin yardımından istifadə etməmiş, eləcə də ümumiyyətlə məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Bu isə məhkəmədə "xxxx" MMC-nin "xxxx" QSC-nə və Mərkəzi Banka müraciətlərinin əslində formal xarakterli olması ilə bağlı şübhələr yaradır. Məhkəmə hesab edir ki, "xxxx" MMC inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən, "xxxx" MMC, 25997.85 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, 25997.85 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müvafiq valyuta əməliyyatına xüsusi nəzarət rejiminin tətbiq olunması və valyuta tənzimi qaydasının pozulmasına görə inzibati hüquqi məsuliyyətin müəyyən edilməsi sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş "xxxx" MMC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi beş faizi məbləğində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 25997.85 ABŞ dolları valyuta vəsaiti məbləğinin 25 (iyirmi beş) faiz məbləğində inzibati qaydada cərimə edilsin. Tutulacaq cərimə məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan ApeLlyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-2/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-2/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver