Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-20/2023 12.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Sepetçi Çetin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 30 noyabr 2022-ci il tarixli İXP ******* saylı protokolda göstərilmişdir ki, Sepetçi Çetin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sepetçi Çetinə məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin Web Portal sistem məlumatından görünür ki, Sepetçi Çetin 30 noyabr 2022-ci tarixdə idarə etdiyi «MERCEDES BENZ 110D» MİNİK markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında EQ4697308 saylı protokol tərtib olunmuş və o, həmin maddəsin sanksiyası həddində 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər Rayon X2 X3 tərəfindən Sepetçi Çetin qeydiyyatda olduğu ünvana göndərilən protokolun xəbərnaməsindən görünür ki, barəsində tərtib olunmuş protokol cavabdeh tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 30 noyabr 2022-ci il tarixli İXP ******* saylı protokoldadan görünür ki, inzibati xəta haqqında protokol əsasında yol hərəkəti qaydaları əleyhinə olan inzibati qaydada tənbeh vermə barədə qəbul edilmiş qərarı Sepetçi Çetin 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş sistem məlumatından görünür ki, Sepetçi Çetin 400 manat məbləğində cəriməni ödəmədiyi üçün ona 240 manat məbləğində dəbbə pulu hesablanmışdır. Onun borcu 640 manat təşkil edir. Məhkəmə işə əlavə olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Sepetçi Çetin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Sepetçi Çetin törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaya görə inzibati qaydada 400 manat məbləğində cərimə edilmiş, 3 ay müddətində cəriməni ödəmədiyindən həmin cərimə məbləğinə 240 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin dispozisiyasına görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi – həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sepetçi Çetinin qeyd olunan inzibati xətanın törətməsində təqsiri işə əlavə edilmiş sənədlərlə, o cümlədən 30 noyabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolla öz təsdiqini tapır. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sepetçi Çetin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sepetçi Çetin haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Sepetçi Çetin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 12 (on iki) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-20/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-20/2023
12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver