Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-20/2024 22.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1 iştirakı ilə, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olan (VÖEN **********) Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksiz Mallar üzrə Baş Gömrük idarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsi haqqında 27 dekabr 2023-cü il tarixli EP ******* nömrəli protokol tərtib edilərək27 dekabr 2023-cü il tarixli, EP ******* nömnrəli qərardadla baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 27 dekabr 2023-cü il tarixli EP ******* nömrəli protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksiz Mallar üzrə Baş Gömrük idarəsində xx.xx.2023-cü il tarixli, **********6356 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən, Almaniyadan ünvanına gələn 1 (bir) ədəd buraxılış ili 2018-ci il, “Volvo FH” markalı yəhərli dartıcını Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 25 dekabr 2023-cü il tarixdə “Qırmızı Körpü” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı ıl tarixli fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-006850/2023 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, Şəxs ünvanına gələn 1 (bir) ədəd buraxılış ili 2018-ci il, “Volvo FH” markalı yəhərli dartıcı **********6356 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********6356 sorğu nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasında da qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan “avtomobil nəqliyyatı” barədə çıxarışdan görünür ki,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına gələn 1 (bir) ədəd buraxılış ilı 2018-ci il, “Volvo FH" markalı yəhərli dartıcı “Qırmızı Körpü” gömrük postunu xx.xx.2023-cü il tarixdə keçmişdir keçmişdir və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin nəqliyyat vasitələrinə dair qısa idxal bəyannaməsi verilməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin protokol tərtib edən orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi məhkəmə gəlməmiş gəlməməsi barədə rəsmi məlumat verməmişdir. Məhkəmə, İXM-nin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Baş Gömrük idarəsinin rəisi Elmir Ramazanova ünvanlanmış raportdan görünür ki, "xxxx" MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə “YV2RT40A6JA834158" nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********6356 saylı gömrük bəyannaməsi ilə bəyan edilən yükə qısa idxal bəyannaməsi təqdim edilməyib. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “Volvo FH” markalı yəhərli dartıcın“Volvo FH” markalı yəhərli dartıcı "xxxx" MMC tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-20/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-20/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver