Məhkəmə qərarları › İş №3(049)-20/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-20/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-20/2025 05.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (bundan sonra mətndə MMC) nümayəndəsi Nümayəndə2 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Real-Qaz MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərəfindən 26 dekabr 2024-cü il tarixdə, Real-Qaz MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edimiş sənədlərdə qeyd edilmişdir ki, Real-Qaz MMC 290000.00 ABŞ dolları məbləğində vəsaiti 23 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 183842.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 24 noyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Real-Qaz MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, təmsil etdiyi MMC ABŞ-də fəaliyyət göstərən X3. Şirkətindən helium qazının maye qaz halına çevirilməsini təmin edən avadanlıqlar alır. Həmin avadanlıqların ölkəyə idxalı üçün 23 noyabr 2022-ci il tarixdə müvafiq xarici şirkətin hesabına 290000.00 ABŞ dolları köçürülmüş, RG-88 №-li müqavilə üzrə ölkəyə xx.xx.2024-cü il tarixdə 84600 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə isə 31558 ABŞ dolları dəyərində mallar idxal edilmişdir. Qalan malların ölkəyə idxalı üçün müvafiq xarici şirkətlə əlaqələr yaradılmasına baxmayaraq, həmin malların ölkəyə idxalı onlardan asılı olmayan səbəblərdən gecikmişdir. Belə ki, bunun səbəblərindən biri də sözügedən xarixi şirkəti sifariş verilmiş avadanlıqları hissəhissə istehsal etməsi olmuşdur. Malların ölkəyə idxalının gecikməsinin qarşısını almaq məqsədi ilə təmsil etdiyi MMC ilə Postlink MMC ilə xx.xx.2024-cü il tarixdə xidmət müqaviləsi bağlanılmış və həmin MMC-nin hesabına yükdaşımanın təmin edilməsi üçün 9732 ABŞ dolları ödənilmişdir. RG-88 №-li müqavilə üzrə 185600 ABŞ dolları dəyərində mallar ölkəyə xx.xx.2024-cü il tarixdə idxal edilmişdir. Bununla bağlı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli müvafiq barkod verilmişdir. Həmin barkod yükün ölkə ərazisində daxil olmasını təsdiq edən sənəddir. Qeyd olunanların nəzərə alınaraq hazırki inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə Real-Qaz MMC-nin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, işdə olan mövcud sübutlara qiymət verərək hesab edir ki, Real-Qaz MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: 26 dekabr 2024-cü il tarixli EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Real-Qaz MMC 290000.00 ABŞ dolları məbləğində vəsaiti 23 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 183842.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 24 noyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən tərtib edilmiş Gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə akt təqdim edilməyən avans köçürmələrə dair cədvəldən görünür ki, Real-Qaz MMC X3. Şirkətinə xx.xx.2022-cü il tarixdə 290.000.00 ABŞ dolları vəsait köçürülmüş, bəyan olunmuş hissə 106.158.00 ABŞ dolları, bəyan olunmayan məbləğ isə 183.842.00 ABŞ dolları təşkil edir. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, X3. Şirkəti tərəfindən RG- 88 №-li müqavilə üzrə göndərilmiş 84600 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, X3. Şirkəti tərəfindən RG- 88 №-li müqavilə üzrə göndərilmiş 31558 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, X3. Şirkəti tərəfindən RG- 88 №-li müqavilə üzrə göndərilmiş 185600 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. xx.xx.2024-cü il tarixli 2 saylı yükdaşıma müqaviləsinə 1 №-li əlavədən görünür ki, Real-Qaz MMC tərəfindən Postlink MMC ilə bağlanılmış xx.xx.2024-cü il tarixdə xidmət müqaviləsinə yükdaşımanın təmin edilməsi üçün 9732 ABŞ dolları ödənilmişdir. Real-Qaz MMC və Postlink MMC tərəfindən tərtib edilmiş “Sifariş üzrə avadanlığın təhvil alınması və çatdırılması haqqında xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Real- Qaz MMC və Postlink MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 02 saylı xidmət müqaviləsinə əsasən sifariş olunan və dəyəri 185.600 ABŞ dolları olan 2 ədəd avadanlıq xx.xx.2024-cü il tarixdə 1405 East 11th X4, NC 27344 United States ünvanında yerləşən “Quantum USA LLC” şirkətindən təhvil alınmışdır. Avadanlıq xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasına çatdırılması məqsədilə Milli hava daşıyıcısı “Silkway Airlines” şirkətinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixində avadanlıq H.Əliyev adına hava limanında yerləşən Bakı Cargo Terminalına daxil olmuşdur. Avadanlıq xx.xx.2024-cü il tarixində Bakı Cargo Terminalına daxil olmuş və sonradan xx.xx.2024-cü il tarixində gömrük əməkdaşlarının və Bakı Cargo Terminalının nümayəndəsi tərəfindən Bakı Cargo Terminalının saxlanc anbarına təhvil verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə törədilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3-cü yarımbəndinə əsasən "Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Qeyd olunan normalar, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarı baxımından işin faktiki hallarını araşdırarkən müəyyən olunur ki, Real- Qaz MMC tərəfindən “Quantum USA LLC” şirkətinə 23 noyabr 2022-ci il tarixdə RG-88 №li müqavilə üzrə 290000.00 ABŞ dolları köçürülmüş, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən RG-88 №-li müqavilə üzrə göndərilmiş 84600, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən RG-88 №-li müqavilə üzrə göndərilmiş 31558, xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsinə əsasən RG-88 №-li müqavilə üzrə göndərilmiş 185600 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. Sonuncu göndərilmiş 185600 ABŞ dolları dəyərində mallar ölkəyə sifarişçi hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikərək xx.xx.2024-cü il tarixdə idxal edilmişdir, başqa sözlə həmin Cəmiyyətə münasibətdə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Real-Qaz MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar