Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-202/2025 20.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 08 may 1978-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Lənkəran rayonu Ürgə kənd tam orta məktəbinin fizika müəllimi işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Şəhər Rayon X10 bölməsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla HK-1-89 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilmiş və həmin material üzrə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın və toplanmış materialların surəti Lənkəran Rayon Prokurorluğuna göndərilmişdir. Həmin qərar və toplanmış materiallar əsasında Şəxs barəsində Lənkəran rayon prokuroru X16 tərəfindən xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar tərtib edilərək, baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında Lənkəran Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, fiziki şəxs Şəxs xx.xx.2025-ci il tarixində Lənkəran rayonu, Ürgə kənd məktəbinin 7b sinfinə ixtisası üzrə fizika fənnini tədris edərkən dərs vaxtı həmin sinfin şagirdi xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs öz istəyi ilə tapşırığı həll etməkdən ötrü lövhəyə dəvət etdikdən sonra sonuncu tapşırığı düzgün icra edə bilmədiyindən əsəbləşərək yumruqla Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinə qəsdən vuraraq qançır kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarət almasına səbəb olan fiziki ağrı yetirmişdir və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs izahatı protokolu, Şəxs izahatı protokolu, X8, X4, X17 və X9 izahatları ilə təsdiq edilir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli izahatı protokolundan görünür ki, Lənkəran rayonu, Ürgə kənd tam orta məktəbin Vİİ sinfində oxuyur. Ona fizika fənnini Şəxs tədris edir. xx.xx.2025-ci il tarixində İİ saat fizika dərsində Könül müəllimə lövhədə məsələ yazıb könüllü olaraq kimin həll etmək istədiyini soruşduqda müəlliməyə məsələni həll etmək istədiyini bildirmiş və lövhədə məsələni həll edib yekunlaşdırdıqdan sonra üzü lövhəyə tərəf olarkən başının arxasından bərk zərbə hiss etmişdir. Könül müəllimə onu yumruqla vurub məsələni düzgün həll etmədiyini söyləmişdir. Könül müəllimə onu vurduqdan sonra başının arxasında qançır əmələ gəlmişdir. Dərsdən evə getdikdən 2 gün sonra başındakı ağrıları keçmədiyi üçün evdə atasına və babası Ədail Babayevə başında ağrılar olduğunu və Könül müəllimənin dərs zamanı başına zərbə endirdiyini bildirmişdir. Könül müəllimə onu vurarkən həmin vaxt orada sinif yoldaşları olmuşdur. Könül müəllimədən şikayətçidir. Şəxs xx.xx.2025ci il tarixli izahatı protokolundan görünür ki, 2000-ci ildən Lənkəran rayonu, Ürgə kənd tam orta məktəbində fizika müəllimi işləyir. Həmin məktəbin Vİİ sinfinə fizika fənnini tədris edir. Zərərçəkmiş şəxs həmin sinifdə oxuyur. xx.xx.2025-ci il tarixində İİ saat fizika fənnini Vİİ sinifə tədris edəndə dərs vaxtı verdiyi tapşırığı yerinə yetirmək üçün Zərərçəkmiş şəxs öz istəyi ilə lövhəyə dəvət etmiş, sonuncu məsələni düzgün həll etmədiyi üçün Məhəmmədə əli ilə yüngül toxunub iradını bildirərək keçib yerində oturmasını demişdir. Zərərçəkmiş şəxs döyməmiş, ona xəsarət yetirməmiş və onun bədəni üzərində yaranmış xəsarət barədə məlumatı yoxdur. X2 xx.xx.2025-ci il tarixli izahatı protokolundan görünür ki, Lənkəran rayonu, Ürgə kənd tam orta məktəbin Vİİ sinfində oxuyur. Ona fizika fənnini Şəxs tədris edir. Zərərçəkmiş şəxs sinif yoldaşıdır. xx.xx.2025-ci il tarixində İİ saat fizika dərsində Könül Müəllimə məsələ həll etmək üçün Məhəmmədi lövhəyə çıxartmış və Məhəmməd məsələni həll edə bilmədiyi üçün Könül müəllimə əli ilə Məhəmmədin boynuna toxunmaqla itələyərək iradını bildirib yerində oturmasını söyləmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 16 saylı rəyindən görünür ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində-başın ənsə nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İlkin məhkəmə baxışında iştirak etmiş inzibati xəta haqqında qərar tərtib etmiş Lənkəran Rayon Prokurorluğunun prokurorun köməkçisi, Nümayəndə2 inzibati xəta haqqında icraat başlamaq haqqında göstərilənlərlə eyni məzmunlu çıxış edərək qərarda göstərilənləri müdafiə etmiş və Şəxs inzibati məsuliyyətə cəlb edilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və ona verilmiş suallara əsasən göstərmişdir ki, uşağı (Zərərçəkmiş şəxs) döyməmişəm, sinif rəhbəri əvvəlcədən dediyindən Məhəmmədin sağlamlıq problemi olmasından məlumatı olmuş və bunu diqqətə almışdır. Mən uşağa da, atasına da əmisinə də müəllimlik etmişdir. Məhəmmədi vurması ilə bağlı müraciət edildikdə bu barədə məktəb direktorundan eşitmişdir. Məhəmməd keçən il 1-2 dəfə məktəbdə də, epilepsi keçirmişdir. Onlarla qərəzliliyi olmayıb, Zərərçəkmiş şəxs vurmamış, sadəcə toxunaraq yerinə keçməsini demişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Nümayəndə1 iştirakı ilə izahat verib göstərmişdir ki, müəlliməsi Könül Quliyevə məsələni həll etmək üçün onu lövhəyə dəvət etmişdir. O lövhədə yazılmış misalı həll edərkən səhv yazdığı üçün müəlliməsi onun başının arxa hissəsinə əli ilə zərbə vurmuşdur. Həmin zaman başının arxa hissəsində ağıri hiss etmiş və müəlliməsi keçib yerində oturmasını demişdir. Bu zaman uşaqlar güldüklərindən pis olmuşdur. Əvvəllər də səhv edəndə müəlliməsi onu vurmamışdır, başqa uşaqları vurmasını da görməmişdir. Evə gəldikdən sonra başında ağrılar olmasına görə valideyinlərinə demişdir. Hazırda müəlliməsi Şəxs ilə barışmışdır. Ondan şikayətçi deyildir. Hər hansı maddi tələbləri yoxdur. İnzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şahid məktəbin müəlliməsi Şəxs məktəbin şagirdi Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Ona Zərərçəkmiş şəxs babası Ədail Babayev tərəfindən müraciət etdikdən sonra bu barədə məlumatı olmuşdur. Müəllimə Zərərçəkmiş şəxs vurmadığını sadəcə toxunub yerinə keçməsini sonuncuya tapşırması barədə ona bildirmişdir. Rəhbəri olduğu məktəbdə müəllimlərlə şagirdlər arasında mnüasibətlərdə heç zaman belə hallar olmamış, ola da bilməz ümid edir ki, müəllim və şagir barışacaqlar. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ərizə ilə müraciət edərək barışdıqlarını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış İXM-in 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, X6 müraciəti üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik hüquqi şəxsinin 10 yanvar 2025-ci il tarixli 16 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - başın ənsə nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə X11 tərəfindən Lənkəran ŞRPŞ-nin Liman PB-yə verilmiş ərizədən görünür ki, xx.xx.2025-ci tarixdə Ürgə kənd tam orta məktəbində nəvəsi Zərərçəkmiş şəxs Könül müəllimə tərəfindən döyülmüşdür, bu barədə qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Nümayəndə1 tərəfindən Lənkəran ŞRPŞ-nin TB-yə verilmiş izahatdan görünür ki, Zərərçəkmiş şəxs onun oğludur və onunla yaşayır, Ürgə kənd orta məktəbinin 7-ci sinif şagirdidir, dərslərini yaxşı oxuyur, indiyə qədər onun barəsində məktəbdən hər hansı bir şikayət gəlməmişdir. xx.xx.2025ci il tarixdə Məhəmməd məktəbdə müəlliməsi Könül tərəfindən döyüldüyünü, başında ağrılar olduğunu bildirmiş, buna görə atası Ədail 102 xidmətinə məlumat vermiş, müəllimin hərəkətlərinə görə uşağın psixologiyası pozulduğundan məktəbə getməyə qorxur, bu barədə qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə X8 tərəfindən Lənkəran ŞRPŞ TByə verilmiş izahatdan görünür ki, Zərərçəkmiş şəxs onunla eyni sinifdə oxuyur, onunla heç bir qərəzliyi yoxdur, xx.xx.2025-ci il tarixdə fizika dərsində Könül müəllimə Məhəmmədi məsələ həll etmək üçün lövhəyə çıxartmış, lakin Məhəmməd məsələni həll edə bilməmiş, buna görə müəllimə ona irad bildirmiş, əl ilə onun boynuna toxunub itələmiş kimi etmiş, get otur demiş, Məhəmməd öz yerinə oturmuş, bundan sonra heç bir münaqişə olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə X5 tərəfindən Lənkəran ŞRPŞ TByə verilmiş izahatdan görünür ki, Zərərçəkmiş şəxs onunla eyni sinifdə oxuyur, onunla heç bir qərəzliyi yoxdur, xx.xx.2025-ci il tarixdə fizika dərsində Könül müəllimə Məhəmmədi məsələ həll etmək üçün lövhəyə çıxartmış, Məhəmməd məsələni səhv həll etdiyi üçün ona irad bildirərək əl ilə onun başına toxunub itələmiş kimi etmiş, get otur demiş, bundan sonra onların arasında heç bir münaqişə olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə X17 tərəfindən Lənkəran ŞRPŞ TB-yə verilmiş izahatdan görünür ki, Zərərçəkmiş şəxs onunla eyni sinifdə oxuyur, onunla heç bir qərəzliyi yoxdur, xx.xx.2025-ci il tarixdə fizika dərsində Könül müəllimə Məhəmmədi məsələ həll etmək üçün lövhəyə çıxartmış, lakin Məhəmməd məsələni həll edə bilməmiş, buna görə müəllimə ona irad bildirmiş, əl ilə onun üzündən itələyərək keçib oturmassını demiş, Məhəmməd keçib oturmuş və daha sonra başqa mübahisə olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə X18 tərəfindən Lənkəran ŞRPŞ TB-yə verilmiş izahatdan görünür ki, Zərərçəkmiş şəxs onunla eyni sinifdə oxuyur, onunla heç bir qərəzliyi yoxdur, xx.xx.2025-ci il tarixdə fizika dərsində Könül müəllimə Məhəmmədi məsələ həll etmək üçün lövhəyə çıxartmış, lakin Məhəmməd məsələni həll edə bilməmiş, buna görə müəllimə ona irad bildirmiş, əl ilə onun başına yüngülcə toxunub keçib oturmasını demiş, Məhəmməd keçib oturmuş və daha sonra başqa mübahisə olmamışdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş üzrə məhkəmə araşdırması zamanı həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, həm zərərçəkmiş şəxs hər ikisi məhkəməyə ərizə təqdim edərək barışdıqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışması səbəbindən Şəxsnun barəsində başlanmış İXMin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 53-54, 114, 128- 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsnun barəsində Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri X16 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-202/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-202/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver