Məhkəmə qərarları › İş №3(049)-204/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-204/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-204/2025 17.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, X2 işçtirakı ilə, X2 EQ 26039465 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi tələbinə dair şikayətə Lənkəran Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 məhkəməyə müraciət edərək DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ 26039465 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətində, əlavə və düzəlişlərində, eləcə də məhkəmə iclasında verdiyi izahatında o, şikayətini aşağıdakılarla əsaslandırılmışdır: 1) 11 fevral 2025-ci il tarixdə, saat 16:49-da istifadəsində olan +**********33 mobil telefon nömrəsinə aşağıdakı məzmunda: “99ND616 nomrəli avtomobil 40 azn 2 bal cərimə edilmişdir. Endirim: 4 AZN. Tarix: xx.xx.2025 16:41 Madde 346.2. odəmə linki https://api.az/EQ26039465 ” SMS ismarıc daxil olmuşdur. 2) Məsələ ilə bağlı 19 fevral 2025-ci il tarixdə Lənkəran Şəhər Rayon X5 X8 (bundan sonra Lənkəran ŞRPŞ DYPŞ) ona verilmiş DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləzizadə tərəfindən imzalanması göstərilən “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron qərar”ın (EQ********) və qərara əlavə edilmiş DİN BDYPİ-nin vərəqində aşağıdakılar göstərilmişdir: “Kamera nömrəsi: E32E8E15SDA7FE17B Xətanın növü: 346.2 Xətanın yeri: Lənkəran şəhəri Həzi Aslanov xiyabanı elektron saat 10:45 Tarix: xx.xx.2025 Saat: 16:41.46 Qeydiyyat nömrəsi: 99ND616 Avtompbil markası: HYUNDAİ SONATA MİNİK (3 ədəd fotoşəkil əlavə olumnmuşdur) ’’ Həmin qərarın əlavəsindəki fotoşəkillərdə göstərilən ‘'xəta yeri”nə vizual baxış keçirdikdə müəyyən etmişdir ki, həmin fotoşəkillər “Təhlükəsiz şəhər” (TŞ) sisteminə aid müşahidə kamerası vasitəsilə aparılan videogörüntü kadrının pauzada dayandırılması vasitəsilə çıxarılaraq kustar üsulla çap edilmişdir ki, bu hal özü-özlüyündə qanuna ziddir. Ona görə ki, həmin videomüşahidə kamerası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini aşkar etmək üçün nəzərdə tutulmuş “foto ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi” kateqoriyasına aid avadanlıq deyildir. Bundan əlavə, müəyyən etmişdir ki, ona təqdim edilmiş həmin qərar elektron imza ilə də imzalanmamışdır. Göstərilənlərlə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli, Q25-001-17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 8-ci (İnzibati xətaların sənədləşdirilməsi və qeydiyyatı) bəndinin 8.1., 8.2. və 8.3-cü yarımbəndlərində göstərilmişdir: “8.1. X9nin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa BDYPİnin mərkəzi informasiya sisteminə ötürülür. 8.2. İnzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir (çıxarılır). 8.3. İnzibati xəta törətmiş şəxs sürücülük vəsiqəsi əvəzinə müvəqqəti idarə etmək hüququ verən sənədi təqdim etdikdə onun barəsində sənədləşmə yalnız şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır. ” Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 122.1-ci (İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) maddəsində göstərilmişdir: “122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328. 329.1. 329.2. 330. 339.1-1. 346. 346-1. 353.1. 353.2. 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir.” Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli, Q25-001-17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 8-ci (İnzibati xətaların sənədləşdirilməsi və qeydiyyatı) bəndinin 8.2- ci yarımbəndində nəzərdə tutulmuş istisna halları məhz, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 122.1-ci maddəsinə göstərilmiş Həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətaların yalnız foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi tələbi ilə bağlıdır və qüvvədə olan qanunvericiliyimizdə həmin inzibati xətaların xüsusi texniki vasitələr və ya “Təhlükəsiz şəhər” videomüşahidə kameralarının köməyi ilə aşkar edilməsinə yol verilmir. Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin, xüsusi texniki vasitələrin və "Təhlükəsiz Şəhər" sisteminin müşahidə kameralarının təyinatlarını və xüsusiyyətlərini məhkəmənin diqqətinə çatdırır: Belə ki, qüvvədə olan qanunvericiliyimizə əsasən foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr əsasən yol hərəkəti qaydalarının pozulmasını aşkar etmək və inzibati tədbirlər görmək üçün tətbiq olunur. İ) Onların xüsusiyyətləri aşağıdakılardır: 1) Qayda pozuntularını aşkar edir - Sürət həddinin aşılması, qırmızı işıqda keçmə, dayanma/durma qaydalarının pozulması və s. qeydə almır; 2) İnzibati cəza tədbirləri üçün istifadə edilir - Yol hərəkəti qaydalarını pozan sürücülərə cərimə tətbiq olunur; 3) Avtomatik işləyir - Pozuntu aşkar edildikdə, sistem avtomatik olaraq qeydiyyat aparır və protokol tərtib edir. Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrə aşağıdakılar aiddir: • Radar kameraları - Sürət həddini aşan avtomobilləri qeydə alır. • Qırmızı işıq kameraları - Svetofor qaydalarını pozan nəqliyyat vasitələrini qeyd edir. • Avtomatik nömrə tanıma sistemləri (ANPR) - Yol hərəkəti pozuntularını aşkarlamaq üçün nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını skan edir. İİ) Birincilərdən fərqli olaraq digər xüsusi texniki vasitələr foto və ya videoqeydiyyat funksiyasına malik olmayan, lakin yenə də yol hərəkətinə nəzarət və qayda pozuntularının aşkar edilməsi üçün istifadə edilirlər. Onların xüsusiyyətləri aşağıdakılardır: 1) Foto və ya video qeydə almır - Qayda pozuntusunu aşkar etsə də, görüntü ilə qeydiyyat aparmır, görüntü köməkçi xarakter daşıya bilər, inzibati xətanın qeydiyyatı (sənədləşdirilməsi) sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında apaprılır; 2) Başqa metodlarla məlumat toplayır - Məsələn, sensorlar, lazer və ya digər elektron sistemlər vasitəsilə məlumat toplayır; 3) Əsasən real vaxt rejimində istifadə olunur - Dərhal sürücü və ya nəzarət orqanı tərəfindən tətbiq edilə bilər. Xüsusi texniki vasitələrə aşağıdakdar aiddir: • Sürət ölçən radaıiar (fotoqeydiyyat olmadan) - Sürəti müəyyən edir, lakin görüntü çəkmir. • Alkoqol və narkotik test cihazları - Sürücünün vəziyyətini yoxlayır, lakin video sübut yaratmır. • Nəqliyyat axınını idarə edən sensorlar - Yol hərəkətinin vəziyyətini ölçür, lakin qayda pozuntusunu görüntü ilə qeydə almır. İİİ) "Təhlükəsiz Şəhər" sisteminin müşahidə kameraları isə şəhər təhlükəsizliyini təmin etmək, cinayət hallarının qarşısını almaq və ictimai asayişə nəzarət etmək məqsədilə istifadə olunur. Onların xüsusiyyətləri aşağıdakılardır: 1) Yol hərəkəti qaydalarının pozulmasını birbaşa aşkar etmir - Əsasən ünuımi müşahidə və təhlükəsizlik məqsədilə işləyir; 2) İnzibati cəza tədbirləri üçün birbaşa istifadə edilmir - Yol hərəkəti qaydalarının pozulması aşkar edilsə belə, bu kameralar vasitəsilə avtomatik cərimə tətbiq olunmur; 3) Əsasən operativ müşahidə və cinayət araşdırmaları üçün nəzərdə tutulub - Yalnız təhlükəsizlik orqanları və hüquq-mühafizə orqanları tərəfindən istifadə edilir. "Təhlükəsiz Şəhər" sisteminin müşahidə kameralarına aşağıdakılar aiddir: • İctimai yerlərdə müşahidə kameraları - Parklar, küçələr, metro stansiyaları və digər yerlərdə quraşdırılır. • Cinayət araşdırmalarında istifadə edilir - Oğurluq, vandalizm, terror aktlarının qarşısını almaq üçün görüntülər analiz edilir. • Fövqəladə hallarda nəzarət üçün tətbiq olunur - Kütləvi tədbirlər və təbii fəlakətlər zamanı şəhər infrastrukturunu nəzarətdə saxlamaq üçün istifadə edilir. 3) Hətta qanunsuz tərtib edilsə belə, 19 fevral 2025-ci il tarixdə Lənkəran ŞRPŞ DYPŞ-dən ona verilmiş DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləzizadə tərəfindən imzalanması göstərilən “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron qərar ”{EQ********) qanunun tələbinə uyğun şəkildə elektron imza ilə də ümumiyyətlə imzalanmamışdır (təsdiqlənməmişdir). Halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 122.1-ci maddəsində göstərilmişdir ki, Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Hazırki məhkəmə araşdırmasının tam, hərtərəfli və obyektiv aparılmasından ötrü məhkəmə tərəfindən müvafiq sorğu vasitəsilə DİN BDYP-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləzizadə tərəfindən imzalanması göstərilən “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron qərar”m (EQ********) həmin şəxs (həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşı) tərəfindən özünün elektron imzası ilə təsdiqlənmiş nüsxəsinin (əgər varsa) məhkəməyə göndərilməsinin tapşırılmasına baxmayaraq həmin sənəd hazırki tarix üçün məhkəməyə təqdim edilməmişdir. 4) EQ26039465 nömrəli qərara əlavə edilmiş DİN BDYPİ-nin vərəqindəki fotoşəkillərdə göstərilən “xəta yeri”nə vizual baxış keçirdikdə həmçinin müəyyən etmişdir ki, həmin yerdə ümumiyyətlə avtobus dayanacağı inşa edilməmişdir (quraşdırılmamışdır), yəni nə faktki, nə də ki hüquqi baxımdan mövcud deyildir. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın aşağıdakı maddələrinə əsasən: - Maddə 1.2.6.: Dayanacaq məntəqəsi — müntəzəm marşrut üzrə sərnişin avtomobil nəqliyyatının dayandığı, marşrutun istiqaməti və hərəkət cədvəli haqqında məlumat olan, sərnişinlərin minib-düşdüyii, müvafiq qaydada işarələnmiş və təchiz olunmuş yer; - Maddə 4.27.: Sərnişinlərin avtonəqliyyat vasitələrinə minib-düşməsi yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra müvafiq dayanacaq məntəqələrində həyata keçirilə bilər. Hərəkət cədvəlində nəzərdə tutulmayan, yol hərəkəti qaydaları ilə qadağan olunmuş məntəqələrdə və yerlərdə sərnişinlərin minib-düşməsinə yol verilmir. - Maddə 4.30.: Dayanacaq məntəqələrinə dair tələblər aşağıdakılardır: 4.30.1. dayanacaq məntəqələri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət edilməklə yerləşdirilməli, sərnişinlərin təhlükəsiz, rahat giriş və çıxışını təmin etməlidir; 4.30.2. dayanacaq məntəqəsi müvafiq yol nişanı ilə təchiz olunmalı və yol işarəsi ilə işarələnməlidir; 4.30.3. dayanacaq məntəqələri yolun hərəkət hissəsindən yolkənarı bordyurla ayrılmış minmə və enmə üçün perronla, avtobusların dayanacağı üçün meydançalarla, habelə avtonəqliyyat vasitəsini gözləyən sərnişinlərin qorunması üçün örtüklə təchiz edilməlidir. 4.31. Dayanacaq məntəqəsinin məlumat lövhəsi yaxınlaşan nəqliyyat vasitələri səmtindən görünməli və həmin lövhədə aşağıdakı məlumatlar göstərilməlidir: 4.31.1. dayanacaq məntəqəsinin adı və ya nömrəsi; 4.31.2. nəqliyyatın növü (avtobuslar üçün — “A ” işarəsi); 4.31.3. marşrutların nömrələri; 4.31.4. marşrutun son təyinat məntəqəsi, gün ərzində hərəkət intervalı, marşrutların birinci və sonuncu reyslərinin vaxtı, habelə hərəkət intervalı 15 dəqiqədən artıq olan və ya günün müəyyən dövründə işləyən avtonəqliyyat vasitəsinin bu məntəqədən keçməsi vaxtı. 4.33. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar, onların mülkiyyətində, istifadəsində və ya icarəsində olan avtonəqliyyat vasitələri, avtomobil nəqliyyatı vasitəsilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması tarixi və sığorta müqaviləsinin müddəti, sürücülərin sürücülük vəsiqəsi, habelə müntəzəm avtobus marşrutları və müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlar ar ası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında- bağlanılmış müqavilələr barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə ”yə uyğun olaraq “AYNA ” informasiya sisteminə daxil edilir (ötürülür). Qeyd edir ki, qüvvədə olan qanunvericiliyimizə əsasən avtobus dayanacağı yaratmaq və ya mövcud dayanacaqdan istifadə icazəsi almaq üçün aşağıdakı qurumlardan müvafiq razılıqlar alınmalıdır: • Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) - şəhər və rayonlararası ictimai nəqliyyat dayanacaqlarına nəzarət edir. • X9 (DYP) - dayanacağın yol hərəkət təhlükəsizliyi qaydalarına uyğunluğunu qiymətləndirir. • Yerli İcra Hakimiyyətləri - dayanacağın yerləşəcəyi əraziyə görə yerli icazə verməli olan qurumdur. • Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - əgər yeni dayanacaq tikiləcəksə, şəhər planlamasma uyğunluq baxımından rəy verə bilər. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş X9 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləzizadə tərəfindən imzalanmış "Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron qərar" (EQ********) qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, şikayətçi və inzibati xəta haqqında qərara görə cavabdeh olan Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə şikayətçinin və onların Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, EQ 26039465 nömrəli inzibati xəta haqqında protokol ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə qaytarılmalıdır. Belə ki, işin araşdırılması ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən inzibati tənbeh verilməsinə əsasə olmuş foto və videogörüntülərin, eləcə də elektron qərarının əslinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Lakin, məhkəmə iclasına Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi gəlməmiş, eləcə də qeyd olunan qərarın çıxarılmasına səbəb olmuş foto və videogörüntüləri, eləcə də elektron qərarının əslini məhkəməyə təqdim etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, şəxs inzibati məsuliyyətə şübhələr əsasında deyil, faktlar və həmin faktları təsdiqləyən mötəbər sübutlar əsasında cəlb oluna bilər. Lakin həmin faktları müəyyən etmək məqsədilə tələb olunan foto və videogörüntülər, eləcə də elektron qərarının əslin məhkəməyə təqdim etmədiyindən, şikayətçinin göstərdiklərinin həqiqət olubolmadığınıl müəyyən etmək olmur. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və ya bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, şikayətçinin şikayətində göstərilmiş hallar DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin müvafiq əməkdaşının diqqətinə çatdırılmaqla həmin dəlillərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 76, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti təmin edilsin. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ 26039465 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar