Məhkəmə qərarları › İş №3(049)-209/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-209/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-209/2025 06.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X4, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, X2 iştirakı ilə, X2 TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi tələbinə dair şikayətə Lənkəran Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 məhkəməyə müraciət edərək Lənkəran ŞRPŞ-nin DYPB tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (X11 Bölməsi - Lənkəran rayonu Polis X1) xx.xx.2025-cİ il tarixli, TP ******* nömrəli qərarına əsasən, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin sanksiyası çərçivəsində 100 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. O, həmin qərarla razı deyil və hesab edir ki, vəzifəli şəxs sözügedən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixində Lənkəran rayonunun Siyavar kəndində avtomobil yolunda “TOYOTA COROLLA” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobili ilə hərəkət edən zaman yolun kənarında hərəkətsiz dayanmış “FORD TRANZİT” markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobil xarici işıq siqnallarını yandırmadan (sağa-sola dönmə) və ya əl işarələri ilə digər hərəkət iştirakçılarını (qabaq və arxa tərəfdən hərəkətdə olan) xəbərdar etmədən gözlənilmədən hərəkətə başlayaraq, həmin yolda müvafiq yol nişanları və yolun üzərində nişanlama xətləri olmadan yolun əks hərəkət zolağına keçmək üçün hərəkət edərək manevrə başlamışdır. Sözügedən nəqliyyat vasitəsi qeyd olunan manevri etməyə başlayanda o, avtomobili ilə artıq ona yaxınlaşmışdır. Hadisənin baş verdiyi yol yaşayış məntəqələri (kənd daxili) yol olduğundan, eləcə də, avtomobilində onunla birlikdə ailə üzvləri olduğundan (həyat yoldaşı, qızı və azyaşlı nəvəsi) saatda 45-55 kilometr sürətilə hərəkət etmişdir. Qəfil hərəkət etməyə başlamış “FORD TRANZİT” markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobillə toqquşmadan yayınmaq üçün avtomobilini yolun əks hərəkət zolağında qaçırmalı olmuş, lakin toqquşmadan tam yayınmaq mümkün olmamışdır. Hadisə nəticəsində avtomobilinin salonunda olmuş ailə üzvləri - həyat yoldaşı, qızı və azyaşlı nəvəsi güclü həyacan keçirmişlər. Avtomobilinə orta zərər dəymişdir. Bildirir ki, xx.xx.2025-ci il tarixdə hadisədən sonra sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə tibbi müayinədən keçmiş, hadisə günü ayıq olduğu təsdiq olunmuşdur. Hadisə yerinə gəlmiş vəzifəli şəxs hadisənin təfərrüatlarını ətraflı araşdırmadan, təqsirinin olubolmadığını əsaslandıran müvafiq sübutlar olmadan, işin hallarına düzgün qiymət verməmiş və qeyd edilən hadisəsi ilə bağlı əsassız olaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri görülmüşdür. Qeyd etdiyi kimi, hadisə ilə bağlı barəsində əsassız olaraq xx.xx.2025-ci il tarixli, İXP ******* nörməli inzibati protokol tərtib olunmuş və inzibati tənbehi vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. Həmçinin qeyd edir ki, inzibati tənbehi vermə haqqında sözügedən qərar elektron sistemə vaxtında yerləşdirilməmiş, müvafiq məlumatlar ona təqdim edilməmişdir. Həmin qərarı xx.xx.2025-ci il tarixində şəxsən vəzifəli şəxsin yerləşdiyi yerə yaxınlaşaraq əldə etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin (Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri) birinci hissəsinin 5-ci bəndinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Həmin Qanunun 42-ci maddəsinin (Hərəkətə başlama və manevr etmə) birinci hissəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 36-cı maddəsinin (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) birinci hissəsinin 2-ci bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 49-cu maddəsinin (Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi) birinci və ikinci hissələrinə əsasən, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispoziyasında qeyd olunur: svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmək. Göründüyü kimi, inzibati tənbehi vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarda Məcəllənin 327.2-ci maddəsində qeyd olunan normanın yalnız "əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə” hissəsi tətbiq olunmuşdur. Lakin tərəfindən əks istiqamətli hərəkət zolağında çıxmaqla “ötmə” deyil, qarşıda maneədən yayınmaq üçün “manevr etmə” halı baş vermişdir. Çünki, yolun kənarında hərəkətsiz dayanan, “FORD TRANZİT” markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobil xarici işıq siqnallarını yandırmadan və ya əl işarələri ilə digər hərəkət iştirakçılarını (qabaq və arxa tərəfdən hərəkətdə olan) xəbərdar etmədən gözlənilmədən hərəkət edərək, eləcə də, həmin yolda müvafiq yol nişanları və nişanlama xətləri olmadan əks istiqamətə dönmə manevrinə başlamışdır. Etdiyi siqnallara baxmayara, “FORD TRANZİT” markalı ** BN *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü əhəmiyyət verməyərək, vaxtında manevr edəcəyinə və toqquşmadan yayınacağını güman etmişdir. xx.xx.2025-ci il tarixdə baş vermiş hadisədə təqsirli olmağını sübut edən heç bir dəlil və sübut olmadan haqsız yerə vəzifəli şəxs tərəfindən barəsində inzibati tənbehin tətbiq olunması haqqında qərar qəbul edilmiş və 100 manat məbləğində cərimə olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə tərəfindən ziddiyyətli və şübhəli məqamların aradan qaldırması, həmin şübhələri və ziddiyyətli məqamları barəsində protokol tərtib edilmiş şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.( İnzibati Xətalar Məcəlləsi, maddələr 8.1, 8.2 və 8.3). Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan Lənkəran Rayon Şəhər Polis Şöbəsinin (X11 Bölməsi - Lənkəran rayonu Polis X1) xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarında inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayəti əsaslıdır. Məhkəmə iclasında X5 şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında qərara görə cavabdeh olan Lənkəran ŞRPŞ-nin DYPB-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə şikayətçinin və onların Lənkəran ŞRPŞ-nin DYPB-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X3 dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Lənkəran ŞRPŞ-nin DYPB-nə qaytarılmalıdır. Belə ki, işin araşdırılması ilə bağlı Lənkəran ŞRPŞ-nin DYPB-dən inzibati tənbeh verilməsinə əsasə olmuş sübutları, foto və videogörüntülərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Lakin, məhkəmə iclasına Lənkəran ŞRPŞ-nin DYPB-nin nümayəndəsi gəlməmiş, eləcə də qeyd olunan qərarın çıxarılmasına səbəb olmuş sübutları, foto və videogörüntüləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, şəxs inzibati məsuliyyətə şübhələr əsasında deyil, faktlar və həmin faktları təsdiqləyən mötəbər sübutlar əsasında cəlb oluna bilər. Lakin həmin faktları müəyyən etmək məqsədilə tələb olunan sübutlar, foto və videogörüntülər məhkəməyə təqdim etmədiyindən, şikayətçinin göstərdiklərinin həqiqət olub-olmadığınıl müəyyən etmək olmur. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və ya bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 76, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti qismən təmin edilsin. DİN Lənkəran ŞRPŞ-nin DYPB tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Lənkəran ŞRPŞ-nin DYPB-nə qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar