Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-210/2024 07.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, protokol tərtib edən orqanın nümayəndəsi: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin YNH-nin inspektoru polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və zərərşəkmiş şəxs X4 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Lənkəran rayonun Girdəni kəndində doğulmuş, subay işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu,Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1, 332.4, 327.2 və 469.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 06 mart 2024-cü il tarixdə, saat 10:30 radələrində Lənkəran rayon Girdəni kəndində hərəkətdə olarkən idarə etdiyi “UAZ452D ” markalı **-CA-*** markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edərkən manevr qaydalarını pozaraq, həmin avtomobili arxaya hərəkət etdirərkən həmin yolda hərəkətdə olan “BMW” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq qanad hissəsinə toqquşmuş və X5 məxsus “BMW” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobiliə maddi ziyan vuraraqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1, 332.4, 327.2 və 469.1ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin YNH-nin inspektoru polis kapitan X2 məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunya uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, “UAZ ” markalı ** CA *** markalı maşını Bakı şəhərində almış, aldığıl vaxtdan, təxminən 3-4 ildir ki, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edir. 06 mart 2024-cü il tarixdə, saat 10 radələrində Lənkəran rayonu, Girdəni kəndi ərazisində o, həmin avtomobili geriyə hərəkət etdirərkən yolda olan “BMW” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Dəymiş ziyani ödəməyə imkanı yoxdur, atası yeni vəfat etmiş, anası ilə birlikdə yaşayır, özü qeyd olunan avtomobil ilə kənd ərazisində yük daşımaqla pul qazanır. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 ifadəsində bildirdi ki,xx.xx.2024-cü il tarixdə özünə məxsus olan “BMW” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobillə düz istiqmətdə hərəkətdə olarkən Şəxs idarə etdiyi “UAZ” markalı **- CA-*** markalı dövlət qeydiyyat nişanlı avtomobil geriyə hərəkət edərkən ona məxsus avtomobilin qabaq qanad hissəsinə çırpılmış nəticədə avtomibilə 670 manat ziyan dəymişdir. O, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sonradan tanımış, həmin şəxsin atası yeni vəfat etmiş, maddi vəziyyəti çox pis vəziyyətdədir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində həbslə əklaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, zərtərçəkmiş şəxsin ifadəsindən, inzibati xəta haqqında protokoldan, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 332.2-ci maddəsində göstərilmişdir ki, Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- yüz manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş 06 mart 2024-cü il tarixliKamran MMC tərəfindən verilmiş rəydən görünür ki, “BMW” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilə 670 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 06 mart 2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 000165 nömrəli aktdan görünür ki, hadisə zamanı Şəxs sərxoş olmamışdır. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs sürücülük hüququ təsdiq edən sənəd yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 204‒208, 221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388- 2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-in 329-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X12 İdarəsinin rəisi, onun müavinləri, Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X12 İdarəsinin rəisi, ərazi polis orqanlarının X12 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X12 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X12 qruplarının rəhbərləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 339.1-1, 327.2 və 469.1-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 339.1-1, 327.2 və 469.1-ci maddələri ilə məhkəmə tərəfindən inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırki iş üzrə Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İXM 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsi, əməlindən səmimi peşiman olması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınırr. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını, əməlindən səmimi peşman olması, ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs İnzibati Xətalar Məcəllərinin 339.1-1, 327.2 və 469.1-ci maddələrində ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Lənkəran Şəhər Rayon X7 X9 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-210/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-210/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver