Məhkəmə qərarları › İş №3(049)-211/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-211/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-211/2024 11.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu, Şıxakəran kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 11 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1560/2023 saylı, 23 iyun 2023-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs 3190 manat qızıl-zinət əşyaları, alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs hal haqıradək icra sənədinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Rspublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Həmçinin qeyd etmişdir ki, icra sənədi 17 avqust 2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Tələb könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs dəfələrlə şöbəyə dəvət edilərək ona borcunu ödəməsi və əks təqdirdə barəsində müvafiq tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Hər dəfə izahatında borclu qeyd etmişdir ki, maddi vəziyyətinin aşağı olması ilə əlaqadar borcunu tam ödəyə bilmir. Hazırda tələbkara borcu 3190 manat təşkil edir. Borclu icra sənədinin icrasından qəsdən boyun qaçırır. Bununla da məhkəmə qərarı öz mahiyyətini itirir. İnzibati xəta haqında protokol tərtib edildikdən sonra borclu icra sənədinə əsasən 300 manat ona ödəniş etmişdir və həmin vəsaiti tələbkara ödəyəcək. Borclu Şəxs barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, icra sənədi bardə məlumatlıdır və dəfələrlə icra şöbəsinə çağırılaraq bu barədə ona xəbərdarlıq edilmişdir. Hazırda iş yeri yoxdur. Əlavə olaraq aliment də ödəməlidir. Borcunu tam ödəməyə maddi imkanı yoxdur. Mütəmadi olaraq hissə-hissə borcu ödəyə bilər. Barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək tələbkara heç bir vəsait ödəməmişdir. Hazırda isə icra sənədin dair borcundan 300 manatı icra məmuruna ödəmişdir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu, icra sənədinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilənədək borclu icra sənədinə dair tələbkara heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 11 mart 2024-cü il tarixindən saat 14:30-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar