Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-211/2025 13.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 15 fevral 2025-ci il tarixli, EQ26110017 nömrəli protokol üzrə qəbul olunmuş inzibati tənbehvermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 15 fevral 2025-ci il tarixli, EQ26110017 nömrəli protokol üzrə qəbul olunmuş inzibati tənbehvermə haqqında qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat cərimə edilmişdir. X1 xx.xx.2025-ci il tarixdə idarə etdiyi Kia Rio minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə M-3, E-119, AH-8, Ələt-Astara-İran yolunun 200-ci kilometrliyində inzibati xəta törətdiyi və bu barədə EQ seriyalı, 26110017 nömrəli protokol tərtib edildiyi qeyd edilmişdir. X4 həmin qərardan məhkəməyə şikayət vemişdir. Ərizəçi şikayətdə barəsində tərtib edilmiş 15 fevral 2025-ci il tarixli, EQ26110017 nömrəli protokol üzrə qəbul olunmuş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, etibarnamə əsasında idarə etdiyi **-CH-*** dövlət nömrə nişanı, Kia markalı avtomobil ilə 15 fevral 2025-ci il tarixdə, saat 11:11:53-də Lənkəran şəhəri, Su-8 qəsəbəsi ərazisində, Şəhidlər Xiyabanı küçəsində (Qəbristanlığm qarşısında) şəhər istiqamətində hərəkətdə olarkən X7 avtomobili tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə 10 (on) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 45.2.2 maddəsinə əsasən “inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti” tərtib edilmiş 15 fevral 2025-ci il tarixli EQ26110017 nömrəli protokol üzrə qəbul olunmuş qərar ləğv edilməlidir. Belə ki, Lənkəran şəhəri, Su-8 qəsəbəsi ərazisində, Şəhidlər Xiyabanı küçəsində (Qəbristanlığm qarşısında) şəhər istiqamətində hərəkətdə olduğu zaman X7 avtomobili tərəfindən barəsində EQ26110017 nömrəli protokol tərtib edilərək protokolda inzibati xətanın törədildiyi yer M- 3, E-l 19, AH-8 Ələt-Astara-İran yolu, 200 km göstərilmişdir. X7 avtomobili tərəfindən çəkilmiş fotoşəkillərdən və videogörüntüdən görünür ki, idarə etdiyi avtomobil ilə M-3, E-l 19, AH-8 Ələt-Astara-İran yolu, 200 kın-də deyil, Lənkəran şəhəri, Su-8 qəsəbəsində, Şəhidlər Xiyabanı küçəsində (Qəbristanlığm qarşısında) şəhər istiqamətində hərəkətdə olmuşdur. Tərəfindən M-3, E-l 19, AH-8 Ələt-Astara-İran yolunun 200 km-də olan yol videogörüntü ilə çəkilmiş, həmin yol Lənkəran şəhərinin kənarı ilə Lənkəran rayonu Digah kəndi ərazisindən keçməklə yolda sürət həddi saatda 60 km/saatdır. X7 avtomobili tərəfindən barəsində tərtib edilmiş EQ26110017 nömrəli protokolda inzibati xətanın törədildiyi yerin və sürət həddinin düz göstərilməməsinə baxmayaraq, o, həmin yolda hərəkətdə olsaydı belə protokolda göstərilmiş M-3, E-l19, AH-8 Ələt-Astara-İran yolu, 200km- də olan sürət həddini aşmamışdır. Belə olan halda X7 avtomobili tərəfindən ona inzibati tənbeh vermə haqqında protokol tərtib edilməməli idi. Məhkəmə baxışında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə sorğusuna baxmayaraq inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş sübutları məhkəməyə təqdim etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 tərəfindən məhkəməyə təqdim edilən foto və video çəkilişlərə məhkəmə iclasında baxış keçirilərək, tədqiq edilmişdir. Müəyyən edilmişdir ki,:
1. məhkəmədə mübahisələndirilən qərarla əlaqədar barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin elektron kabinetinə yerləşdirilmiş inzibat xəta hadisəsini əks etdirən foto və videoçəkilişdə həmin inzibati xəta hadisəsinin xx.xx.2025-ci il tarixdə saat 11:11:53-də törədildiyi, növünün: yüksək sürət olduğu, yolda müəyyən edilmiş hərəkət sürətinin 50 km.saat olduğu halda Kia Rio minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 70 km.saat sürətlə hərəkət etdiyi qeyd edilmişdir.
2. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən öz təşəbbüsü ilə qeydə alaraq məhkəməyə təqdim etiyi videoçəkilişdən görünür ki, Digah qəsəbəsi ərazisində, magistral yolun 200-ci kilometrliyində quraşdırılmış yol nişanında həmin yolda hərəkət sürətinin 60 km.saat həddində olduğu qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin elektron kabinetinə yerləşdirilmiş inzibati xəta hadisəsi barədə məlumatdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:11:53-də M-3, E-l19, AH-8 Ələt-Astara-İran yolu, 200-ci kilometrliyində yolda müəyyən edilmiş sürət həddi 50 km.saat olduğu halda Kia Rio minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil 70 km.saat sürətlə hərəkət etdiyi qeyd edilmişdir. İşin məhkəmə baxışı zamanı müəyən edilmişdir ki, inzibati tənbehvermə haqqında qərarda və inzibati xəta barədə məlumatda inzibati xəta hadisəsinin xx.xx.2025-ci il tarixdə saat 11:11:53-də M-3, E-l19, AH-8 Ələt-Astara-İran yolu, 200-ci kilometrliyində baş verdiyi və həmin yolda sürət həddinin 50 km.saat olduğu qeyd edilsə də barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqdim etdiyi sübutlardan Digah qəsəbəsində, magistral yolun 200-ci kilometrliyində sürət həddinin 60 km.saat həddində müəyyən edildiyi görünür. Həmçinin foto və video təsvirlərdə əks olunan ərazilər fərqlidir. Qeyd edilən halda məhkəmə belə hesab edir ki, mübahisələndirilən qərarda göstərilmiş inzibati xəta hadisəsinin həqiqətən də məhz M-3, E-l19, AH-8 Ələt-Astara-İran yolu, 200-ci kilometrliyində baş verdiyinə dair şübhələr mövcuddur. Belə ki, təqdim edilmiş sübutlarda inzibati xəta hadisəsinin qeydə alındığı yerə və icazə verilən sürət hədində dair ziddiyyət mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin məcəllənin 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən inzibati tənbehvermə qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən inzibati xəta haqqında işə yenidən baxılarkən hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən xüsusatlar araşdırılmalıdır.
QƏRARAALDİ:
X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 15 fevral 2025-ci il tarixli, EQ26110017 nömrəli protokol üzrə qəbul olunmuş inzibati tənbehvermə haqqında qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Anar Pənahov