Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-215/2025 27.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədirliyi, Məhkəmə iclas katibi: X5, Protokol tərtib edən şəxs: Lənkəran Şəhər Rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxsnun iştirakı ilə məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Lənkəran Şəhər Rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis X6 tərəfindən 27 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Lənkəran Şəhər Rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis X6 bildirdi ki, 27 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Lənkəran Şəhər Rayon X8 Bölməsinin təhqiqatçısı, polis mayoru X4 02 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, qardaşı arvadı Günayı heç vaxt vurmamış, ona xəsarət yetirməmişdir. Belə ki, o, təhqiqat araşdırması zamanı polis təhqiqatçısına öz şikayətini tədim etməsinə baxmayaraq, həmin müraciəti araşdırılmamışdır. Həmçinin polis təhqiqatçısınını “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ona heç vaxt təqdim edilməmişdir. O, həmin qərarın qəbul edilməsi ilə əlaqədar yalnız hazırki məhkəmə iclasında məhkəmə tərəfindən məlumatlandırılmışdır. O, həmin qərardan narazıdır, onu mübahisələndirmək istəyir. Belə ki, təhqiqat araşdırması düzgün olmayaraq, birtərəfli qaydada Zərərçəkmiş şəxs xeyrinə aparılmışdır. Onunla qardaşı İlqar arasında uzun illərdir ki, ev mübahisəsi vardır. O, 23 dekabr 2024-cü il tarixdə anası xəstə olduğu üçün bacısı Təranə və oğlu Əli Rəcəbli ilə birlikdə saat 19 radələrində Koroğlu küçəsi 66 ünvanında yerləşən ata evinə getmişdir. Qardaşı İlqar onunla mübahisə yaradaraq, onu döymüşdür. O, və bacısı Təranə ikisi evin ikinci mərtəbəsinə qalxdıqda Günay mobil telefonla anasının otağından çıxaraq onları çəkməyə başlamış və qardaşı İlqar da qışqırıb onların evə basqın etdiklərini deyib, Günaydan onu videoya çəkməsini istəyirmiş. X13 nə üçün bizi mobil telefonla çəkdiyini soruşub, çəkmməəsini deyirdi. Günay da heç nə deməyib gülümsəyərək bacısı Təranəni qıcıqlandırırdı. Bacısı Təranə də bundan əsəbləşib üstünə gedib, əlini uzadıb mobil telefonla videoçəkiiiş etməsinə mane olmağa çalışmışdır. Oğlu Əli həmin vaxt həyətin giriş qapısında dayanmış oradan nə baş verdiyini soruşurdu, İlqar oğlunu görüb onun ünvanına nalayiq sözlər deməyə başlamışdır. Həmin vaxt İlqar polisə zəng edib, evdə münaqişə olması barədə məlumat vermiş və bir qədər sonra polis əməkdaşları ora gəlmişlər. Zərərçəkmiş şəxs qarşı hər hansı inzibati xəta törətməmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, 23 dekabr 2024-cü il tarixdə Şəxs, bacısı Təranə ilə birlikdə onların yaşadıqları evə gələrək onunla mübahisə yaratmşdır. Mübahisə zamanı Nuranə onu itələmişdir və o yıxılmışdır. Yıxılarkən onun əli kreslonun taxta dirəyinə dəymiş və o qolundan xəsarət almışdır. Təcili tibbi yardıma və polisə müraciət etmişlər. Şəxs ona qarşı etdiyi inzibati xətaya görə cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, belə olan halda, yəni protokolun tərtib edilməsinə əsas olmuş qərar mübahisələndirildiyindən tərtib edilmiş protokol geri qaytarılmalıdır. Belə ki, iş materiallarında Lənkəran Şəhər Rayon X8 Bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş 02 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim edilməsi barədə heç bir sübut yoxdur. Şəxs da məhkəmə iclasındakı izahatında həmin qərarın ona təqdim edilmədiyini, qərardan narazı olduğunu və onu rəsmi olaraq əldə edib mübahisələndirəcəyini bildirmişdir. Bu səbəbdən hazırki inzibati xəta haqqında işə baxılması mümkünsüzdür. Belə ki, hazırki vəziyyətdə Şəxs barəsində məhkəməyə göndərilmiş inzibati xəta haqında materiala məhkəmədə baxılaraq qərar qəbul edilərsə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv olunacağı təqdirdə, Şəxs məhkəmənin qərarı ilə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmiş ola bilər. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət vermək hüququ gözlənilərək onun barəsində olan inzibati xəta haqqında material geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Bu səbəbdən də həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Lənkəran Şəhər Rayon Polis X1ytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Lənkəran Şəhər Rayon Polis X1ytarılsın. Qərardaddan şikayə verilə bilməz. X14
Məhkəmə qərarları › İş №3(049)-215/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-215/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver