Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-217/2025 27.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X4, Zərərçəkmiş şəxs Məhərrəməli qızı və protokolu tərtib etmiş Lənkəran ŞRPŞ-in İTB polis sahə rəisi, polis leytenantı X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxarkən, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin in İTB polis sahə rəisi, polis leytenantı X3 tərəfindən X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş 28 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Lənkəran Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin in İTB polis sahə rəisi, polis leytenantı X3 protokolun məzmunu ilə enyi məzmunda çıxışı edərək X2 xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs Məhərrəməli qızı şəxsi münasibətlər zəminində mübahisə etdiyini və ardınca lapatqa ilə sonuncunu vurub ona xəsarət yetirdiyini həmin hadisə ilə bağlı Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsində cinayət işinin başlanmasının rədd edilərək materialların İTB-nə göndərildiyini və tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə təqdim edildiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X4 qonşusu Zərərçəkmiş şəxs Məhərrəməli qızı ilə qonşu olduqlarını aralarında olan daş çəpərin sökülməsi ilə bağlı aralarında uzun müddətdir mübahisə olduğunu, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə aralarında bu zəmində yenə mübahisə yarandığını Zərərçəkmiş şəxs vurmadığını, xəsarət yetirmədiyini, sonuncunun özünün-özünə xəsarət yetirdiyini bildirdi. Şəxs ona verilmiş suallara cavab olaraq cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı xx.xx.2025-ci il tarixdə gördüyünü, həmin qərarla həmin zaman tanış edildiyini, qərarda göstərilənlərlə razı olmadığını, Zərərçəkmiş şəxs vurmadığını, həmin qərar əsasında inzibati məsuliyyətə cəlb ediləcəyini başa düşmədiyini, polis əməkdaşı tərəfindən bunun ona izah edilmədiyini, qərardan şikayətçi olacağını bildirdi. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Qeyd edilən maddənin məzmununu təhlil etdikdə görünür ki, hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən yuxarıda göstərilən halları araşdırmalıdır. X6 Məcəllənin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. Göründüyü kimi X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan birincinin protokol tərtib edildiyi tarixdə, yəni xx.xx.2025-ci il tarixdə məlumatı olmuş, qərarın məzmununu ümumiyyətlə başa düşməmiş və bu hal protololu tərtib edilmiş şəxs tərəfindən də inkar edilmir. Digər tərəfəfdən məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şəxs tanış edilməməsini və ya lazimi yqaydada tanış edilməməsini, ondan şikayət edəcəyini həmçinin aşağıdakı hallarla birgə təhlil edərək hesab edir ki, inzibati xətalar haqqında protokol və digər sənədlər düzgün tərtib olunmadığına, natamam olduğuna, işə baxılarkən tamamlamaq mümkün olmadığına görə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, 28 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola S.Hüseynovun izahatı əlavə edilməmiş, protokolu sonuncu imzalamamış, imzalamasının səbəbləri izah edilməmiş, protokolun təqdim edilməsi göstərilməmiş, protokolu tərtib etmiş şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat zamanı ümumiyyətlə barəsində protokol tərtib edilmiş və zərərçəkmiş şəxsin izahatları alınmamış, barəsində protokol tərtib edilmiş şəxs inzaibati xəta haqqında icraat materialları ilə tanış edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları» göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Eyni Məcəllənin 100.3-cu maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir…». Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». Təqdim olunmuş sənədlərdən görünür ki, inzibati xəta haqqında material qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına zidd olaraq tərtib edilmiş, təqdim olunmuş sənədlər isə natamamdır. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından irəli gələn prosessual hüquqları pozulub. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən bu halları aradan qaldırmaq mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş 28 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-217/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-217/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver