Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-219/2025 28.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Huseynov Murad Əbdül oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs X4 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran şəhəri, X7 küçəsi ev 78/6 mənzil 35 ünvanında qeydiyyatda olan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXMnin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə MÜƏYYƏN ETDİ: Quluzadə X6 Rayon Məhkəməsinin 2(049)-345/2024 saylı, 05 iyun 2024-cü il tarixli və digər qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Nümayəndə tərəfindən onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə 28 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə bildirmişdir ki, Quluzadə X6 Rayon Məhkəməsinin 2(049)-345/2024 saylı, 05 iyun 2024-cü il, 2(049)-453/2024 saylı, xx.xx.2024-cü il, 2(049)-831/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərini icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilmiş, onunla şəxsən mobil telefon vasitəsi ilə danışıb məlumat vermiş və müvafiq akt tərtib etmiş, lakin borclu müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hal hazırda Şəxs ümumilikdə 5400 manat ödənilməmiş aliment borcu, 928 manat digər borcları vardır. Bu günə kimi borclu yalnız digər kredit borcundan 90 manat ödəniş etmiş, qalan borclarını ödəməkdən yayınır. Borclu barədə axtarış elan edilmiş və xx.xx.2025-ci il tarixdə saat 15:30-da Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, borcları olması barədə məlumatı vardır. Əvvəllər nikahın pozulmasından məlumatı olmamışdır. Lakin icra məmuru tərəfindən bu barədə ona telefon əlaqəsi saxlanılaraq bildirilmişdir. Təxminən dörd ildir ki, ailəsindən faktiki ayrılmışdır. İki övladı vardır. Onlarla dörd il ərzində bir dəfə danışmışdır. Övladları saxlamğın borcu olmasını bilir, lakin məsələnin bu qədər ciddi olacağını fikirləşməmişdir. Gələcəkdə uaşaqlarını saxlanması üçün aliment ödəyəcəkdir. Barəsində daha yüngül cəza verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil da oxşar məzmunda çıxış etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 bildirmişdir ki, Şəxs şikayətçidir, məhkəmə qətnaməsi ilə təyin edilmiş borc məbləğini ödəməkdən yayınır. Bir ata kimi üzərinə düşən heç bir vəzifəni icra etmir. Nəyinki aliment ödəmək ümumiyyətlə uşaqları ilə maraqlanmır. Artıq uşaqları müəyyən məsələlləri anlayırlar və övladlarına özü işləyib baxır. Lakin bir valideyin kimi Şəxs övladlarından xəbəri yoxdur. Borclu Şəxs cəzalandırılmasını istəyir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-345/2024 saylı, 05 iyun 2024-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 180 manat olmaqla, hər ay iki uşağa görə cəmi 360 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq X2 ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-453/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cəmi 567 manat 30 qəpik cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-831/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cəmi 271 manat 90 qəpik cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-453/2024 saylı, xx.xx.2024-cü il tarixlii icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-831/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-345/2024 saylı, 05 iyun 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə əmrlərinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, borclu Şəxs mobil telefon vasitəsi ilə zəng edilərək icra sənədləri barədə məlumat verilmişdir. Borclunun barəsində axtarış edilməsi haqqında xx.xx.2024-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən axtarış elan edilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Lənkəran RŞPŞ-dən verilmiş xx.xx.2025-ci il tarixli 96/2-5460/25 saylı məktubdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:30-da Bakı şəhəri BPİ bilavasitə tabeliyində olan Bakı Metropolitenində saxlanılmışdır. Məhkəmə hesab edir ki, X3 tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15(on beş gün) müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «27» fevral 2025-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-219/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-219/2025
28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver