Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-22/2024 08.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X4 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonu, Daşdaleqjar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 05 yanvar 2024-cü il tarixdə saat 10:45 radələrində X1rşısında, Paşa Təhməzov küçəsində ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələri işlətməklə polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə, Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddəsi ilə 07 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 2021ci ilin aprel ayında DİN-nin Baş Mühafizə İdarəsinin X10 Şöbəsində polis nəfəri vəzifəsində xidmətə qəbul edilmişdir. 2023-cü ilin iyul ayında 25 gün müddətinə əmək məzuniyyətinə buraxılmış, lakin məzuniyyət müddəti bitdikdən 20 gün sonra işə çıxmışdır. 2023-cü ilin sentyabr ayının 7-də daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində şəxsi istifadəsində olan “Mercedes-Benz” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X10 Şöbəsinə gəlmiş, işə bərpa olunma məsələsi ilə əlaqədar şöbə rəisinin qəbulunda olmaq istəmiş, lakin ona gözləməli olduğunu bildirdikdə əsəbiləşərək istifadəsində olan avtomobili şöbəsinin binasının qarşısına sürərək orada dayanmış və şöbənin xidməti istifadəsində olan “Niva” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qəsdən vurmuş, daha sonra özündə olmamış, daha sonra mühafizə şöbəsinin əməkdaşları tərəfindən Lənkəran ŞRPŞnin növbətçi hissəsinə məlumat verilmiş və o, PPXB əməkdaşları tərəfindən ŞRPŞ-yə aparılmışdır. Polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərməmişdir. Vətən müharibəsi iştirakçısıdır, bir neçə medalla təltif edilmişdir. Əlilliyi yoxdur, əməlindən səmimi peşman olmasını nəzərə alıb barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, X10 Şöbəsinin taqım komandiri vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində şöbənin inzibati binasında olarkən şöbənin keçmiş əməkdaşı Şəxs şöbə rəisinin qəbulunda olmaq üçün müraciət etmiş, ona bir qədər gözləməsi bildirilmiş və o, şöbənin binasını tərk etmişdir. Qısa müddət sonra toqquşma səsi eşitmiş, şöbənin binasından çölə çıxdıqda Şəxs “Mercedes-Benz” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şöbənin xidməti istifadəsində olan “Niva” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğunu görmüşdür. Daha sonra Şəxs avtomaşından düşmüş, əsəbi olduğundan hay-küy salmış, daha sonra sakitləşmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirdi ki, X10 Şöbəsinin polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində şöbənin inzibati binasında olarkən toqquşma səsi eşitmiş, şöbənin binasından çölə çıxdıqda Şəxs “Mercedes-Benz” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şöbənin xidməti istifadəsində olan “Niva” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğunu görmüşdür. Daha sonra Şəxs avtomaşından düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, X10 Şöbəsinin polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində növbəni təhvil verib şöbənin binasından çıxdıqdan qısa müddət sonra şöbənin qarşısında toqquşma səsi eşitdiyi üçün geri qayıtmış və şöbənin keçmiş əməkdaşı Şəxs “Mercedes-Benz” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şöbənin xidməti istifadəsində olan “Niva” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğunu görmüşdür. Daha sonra Şəxs avtomaşından düşmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X4 iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Lənkəran rayonu, Daşdaleqjar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotekasında son bir ildə heç bir inzibati xəta törətməsi barədə məlumat qeydiyyata alınmamışdır. İş materiallarına əlavə olunmuş ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı X3 tərəfindən verilmiş 07 yanvar 2024-cü il tarixli məlumatdan görünür ki, Şəxs filialdan müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 07 yanvar 2024-cü il tarixdən saat 20:00-da inzibati qaydada tutulmuşdur. İXM-nin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməl - polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmadığından, yəni onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibinin mövcudluğunu təsdiq edən hər hansı sübut inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmədiyi və məhkəmə iclasında tədqiq edilmiş sübutlar isə həmin xətanın mövcudluğunu təkzib etdiyi üçün sözügedən maddə üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Şəxs tərəfindən xırda xuliqanlıq əməlinin törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Beləliklə məhkəmə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 05 yanvar 2024-cü il tarixdə saat 10:45 radələrində X10 Şöbəsinin inzibati binasının qarşısında istifadəsində olan “Mercedes-Benz” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə şöbənin xidməti istifadəsində olan “Niva” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurmaqla, şöbənin iş ahəngini qısa müddətə pozmuş, bununla da xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İXM-nin 510-cu maddəsinin sanksiyasına görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsi və əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran müəyyən edilməmişdir. İXM-nin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli inzibati qaydada tutulduğu andan, yəni 07 yanvar 2024-cü il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-22/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-22/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver