Məhkəmə qərarları › İş №3(049)-22/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-22/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-22/2025 08.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər Rayon X10 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X4 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi taksi fəaliyyəti ilə məşğul olan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4 tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:45 radələrində Şəxs idarə etdiyi VAZ markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomaşını əks istiqamətdə idarə etdiyindən Qurunba kəndində YPX-nin əməkdaşları tərəfindən saxlanılan zaman YPX-nin əməkdaşlarına qarşı tabesizlik göstərib özünə qəsdən xəsarət yetirməyə çalışmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Şəxs müvafiq inzibati xətaları törətməsi şahidlərin izahatları və digər iş materialları ilə də tam sübuta yetir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, protokolda qeyd edilən inzibati xəta əməlini törətməkdə özünü qismən təqsirli bilir. Belə ki, o, özünə məxsus VAZ 2104 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yük daşıyır. xx.xx.2025-ci ıl tarixçə saat 13 radələrində qaynanası və baldızını Lənkəran Asan xidmətə aparmışdı. Asan xidmətdə ailə üzvlərini qoyduqdan sonra oradan çıxıb. Lakin bir az irəli getmişdi ki, sənədinin yaddan çıxdığını görub Asan xidmətdən 50 metr aralığda olduğu üçün avtomaşını arxa-arxaya sürərək geri qayıdıb. Həmin zaman yol patrul xidmətinin əməkdaşları ona yaxınlaşıb. Ona geri hərəkət etdiyi üçün irad bildiriblər və maşınının üstündə baqaj quraşdırıldığı üçün YPX-nin əməkdaşı maşını şöbənin duracağına aparacağını bildirmişlər. Bu səbəbdən aralarında sözlə mübahisə baş vermişdir. O, maşınını videoya çəkərək, YPX əməkdaşları ilə polis şöbəsinə getməkdən imtina etmişdir. Sonradan polis şöbəsinə gedərkən də polisin xidməti avtomaşınında polis əməkdaşları ilə mübahisə etmişdir. Bütün bu hərəkətləri avtomaşınının duracağa aparılmaması üçün etmişdir. Etdiyi əməldən olduqca peşmandır. Belə ki, həmin hərəkətləri əsəbi halda etmişdir. İttiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan ən yüngül cəzanın ona təyin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis leytenantı X8 izahatında bildirdi ki, 07 yanvar 2025-ci il tarixdə saat 14:45 radələrində Şəxs idarə etdiyi “VAZ 2104 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Lənkəran rayonu Qurumba kəndi ərazisində hərəkətdə olan zaman yolun hərəkət istiqamətini əks istiqamətdə hərəkət etdiyi üçün avtomaşın YPX-nın “BMV” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilində xidmət aparan inspektorlar X9 və X7 tərəfindən saxlanılmış, onlar sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sürücüyə avtomaşının dam hissəsində baqaj olduğu üçün və inzibati xəta əməli törətdiyindən duracağa getməli olduğunu dedikdə sürücü Şəxs “qışqıraraq məni heç yerə apara bilməz, üç saat məni gözləməlisiniz’’ deyib polis əməkdaşlarına qarşı tabesizlik edib telefonu vasitəsi ilə çəkiliş edməyə başlamışdır. YPX-nin əməkdaşları onu nizam intizama dəvət etsələr də o, polisin qanuni tələbinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etdiyindən köməyə gələn dıgər polis əməkdaşlarının köməyi ilə vətəndaş Yaqublu X3 ŞRPŞ-nə gətirilən zaman yolda patrul avtomaşının içərisində qolunda olan saatı açaraq özünə xəsatər yetirməyə başlamış, polis əməkdaşları onun əlindən saatı məcburi şəkildə almışlar. Qeyd edilənlər nəzərə alınaraq Şəxs barəsində inzibati həbsin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşı X2 izahatında bildirdi ki, 07 yanvar 2025-ci il tarixdə saat 14 radələrində Şəxs idarə etdiyi “VAZ 2104 markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Lənkəran rayonu Qurumba kəndi ərazisində hərəkətdə olan zaman yolun hərəkət istiqamətini əks istiqamətdə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs polis əməkdaşlarına tabesizlik göstərdiyindən həmin əməkdaşlar onu köməyə çağırmışlar. O, polis əməkdaşı X5 ilə birlikdə kömək məqsədilə hadisə yerinə getmişlər. Şəxs polis əməkdaşları tərəfindən avtomobilinin üstendə qanunsuz baqaj quraşdırıldığı səbəbindən onlarla birlikdə polis şöbəsinə getməli olduğu bildirilsə də o, onlarla birlikdə şöbəyə getməkdən imtina etmişdir. Həmçinin ucadan ifadələr işlətməyə davam etmişdir. Hadisənin baş verdiyi ərazi ASAN Xidmətmət mərkəzinin yaxınlığı və insanların çox hərəkət etdiyi yer olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşı X5 da izahatında şahid X1 izahatında qeyd etdiyi xüsusatları təsdiqlədi. İnzibati xəta haqqında icraat aparan orqan tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş CD diskdə olan videoçəkilişə məhkəmə iclasında baxış keçirilərək, tədqiq edilən zaman videogörüntülərdə inzibati xəta haqında protokolda və şahidlərin izahatlarında qeyd edilən xüsusatlar öz təsdiqini tapdı. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 07 yanvar 2025-ci il saat 17:00-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar