Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-220/2023 27.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxx 1976-cı ildə Lənkəran rayonu Vel kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3-cü qrup əlilliyi olan, Lənkəran rayonu Vel kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 tərəfindən təqdim olunmuş 27 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 12 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs 30 oktyabr 2022-ci ildə Lənkəran rayonu Vel kəndində yaşayan qonşusu Zərərçəkmiş şəxs vurmaqla ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi qızıdır, əvvəllər münasibətləri normal olmuşdur. 30 oktyabr 2022-ci il tarixdə anası ilə dənizdən gələrkən Təranə qardaşı və bacısı ilə dənizin sahilindən qum götürmək istəmiş, o, isə Təranəyə qum götürməməsini bildirmişdir. Bu zaman Təranə özünün sifətini cırmaqlayaraq ona şər ataraq guya onun tərəfindən Təranənin döyüldüyüynü bəhanə edərək 102 xidmətinə məlumat vermişdir. Ancaq o, Təranəyə heç bir xəsarət yetirməmişdir. Odur ki, protokola xitam verilməsini xahiş etdi. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs onun dayısı oğludur. 30 oktyabr 2022-ci il tarixdə Teymur anası ilə dənizdən gələrkən o, qardaşı və bacısı ilə dənizin sahilindən qum götürmək istəmiş, Teymur, isə onun qum götürməsinə mane olmuşdur. O, Teymurun dediyinə əhəmiyyət verməyərək qum götürməyə davam etmişdir. Bu zaman Teymur onun üstünə cumaraq onu yumruq və təpiklə vurmuşdur. Hadisə nəticəsində bədən xəsarətləri almışdır. Bundan sonra o, polisə Teymurun onu döyməsi ilə bağlı məlumat vermişdir. Onun hazırda Şəxsla barışmaq fikri yoxdur. Odur ki, Şəxs həbslə bağlı nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Belə ki, 31 oktyabr 2022-ci il tarixli 1093 №-li ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs “bədəni üzərində – hər iki gözaltı, sağ bazu nahiyyəsində sıyrıqlar, sol bud, sağ baldır nahiyyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir”. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə Şəxs 3-cü qrup əlil olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-220/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-220/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver