Məhkəmə qərarları › İş №3(049)-220/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-220/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-220/2025 07.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, X3 Azərbaycan Respublikası Qida X1-Astara Regional tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətini və iş materiallarını Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X6 Azərbaycan Respublikası Qida X1-Astara Regional tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 hazırki şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, X6 tərəfindən şikayətə mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərar əlavə edilməmişdir. Şikayət vermiş şəxs şikayətin məzmununda sözügedən qərardan xx.xx.2025-ci il tarixdə icra məmuru tərəfindən ona sms-bildiriş göndərildikdən sonra məlumatı olduğunu, xx.xx.2025-ci il tarixdə icra məmurunun icraata başlamaq haqqında qərarının onun ünvanına gəldiyini bildirsə də şikayətə icra məmurunun icraata başlamaq haqqında qərarı da əlavə edilməmişdir. Şikayətə həmçinin Vüqar İbadov tərəfindən qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair məhkəməyə ünvanlanmış vəsatət də əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan hüquq normalarının məzmununda görünür ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət buraxıldıqda, həmin müddətin bərpa edilməsi məsələsinə qeyd olunan qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən baxılır. İş materiallarından görünür ki, X6 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verməmiş, eyni zamanda, şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə qeyd olunan qərarı qəbul etmiş səlahiyyətli orqana müraciət etmiş olduğunu təsdiq edən sənədi, həmin orqanın müvafiq qərarını işə əlavə etməmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və şikayət vermək üçün buraxılmış prosessual müddət bərpa edilmədiyindən hazırki şikayət geri qaytarılmalı, X4 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə səlahiyyətli orqana müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 130, 134-cü maddələrini rəhbər tutaraq, Qəraraaldım: X3 Azərbaycan Respublikası Qida X1-Astara Regional tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar