Məhkəmə qərarları › İş №3(049)-221/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-221/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-221/2025 03.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon Şəhər Polis Şöbəsinin sahə rəisi, X3 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Fizuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 1 azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Fizuli şəhəri Xanlar küçəsi, dalan 9 ünvanında qeydiyyatda olmaqla, ünvan 1şayan Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxsh İlham oğlunun 350 manat pulunu dələduzluq yolu ilə taladığına görə barəsində 03 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon Şəhər Polis Şöbəsinin sahə rəisi, X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2024-cü ilin dekabr ayında zərərçəmiş şəxs internetdə gördüyü üçüncü əl mətbəx mebelin almaqdan ötrü Şəxs kartına üç dəfəyə ümumilikdə 360 manat pul köçürtmüş, lakin müəyyən olunmuş müddətdə mebeli ala bilmədiyi üçün dəfələrlə etdiyi xəbərdarlıqdan sonra bunula bağlı xx.xx.2015-ci il tarixdə polisə ərizə ilə şikayət etmişdir. Şəxsin əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar qəbul edilmiş və o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində veriləcək hansı növ inzibati tənbeh tədbirinin seçilməsini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, Fizuli şəhərindən ona verilən yeni mənzilə köçməsi ilə əlaqədar Lənkəranda olan mebellərini satışa çıxartmış və zərərçəkmiş mebel almaqdan ötrü ona hissə-hissə olmaqla 320 manat pul köçürtmüşdür. Bacısı xəstə olduğu üçün, eləcə də Fizulidəki mənzilə köçməsi ilə əlaqədar zərərçəkmişlə bir müddət əlaqə saxlaya bilməmiş, lakin onun zərərçəkmişi aldatmaq niyyəti olmamışdır. Sonralar onunla mütəmadi olaraq görüntülü əlaqə yaratmış və bundan sonra zərərçəkmiş ona görüş təklif etmiş və buna görə ona 40 manat pul göndərmişdir. O, onun görüş təklifini qəbul etməmişdir. 320 manat borcunu işlədiyi Mənzil Təsərrüfat birliyindən aldığı əmək haqqı hesabına ödəməyi planlaşdırsa da, Maşallanın onun barəsində etdiyi şikayətdən sonra işdən çıxarılmış və artıq 2 aydır ki, əmək haqqı almır. Hazırda zərərçəkmişə ümumilikdə 320 manat borcu vardır. Lakin işsiz olduğu üçün pulu birdəfəyə ödəyə bilmir, onu hissə-hissə ödəyəcəkdir. İnzibati xəta nəticəsində Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Şəxs əvvəllər tanımayıb, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Vatçap statusunda ikinci əl mebel satıldığını gördüyü üçün maraqlanmış və ona nömrə verilərək Azadə ilə əlaqə saxlamaq məsləhət görülmüşdür. Azadə ona mebellərin şəklini göndərmiş və o, mebelləri bəyəndiyini və almaq istədiyini bildirmişdir. Daha sonra Azadə ona 20 manat beh atmasını istəmiş və o, “Million” aparatı vasitəsi ilə Azadəyə beh atdıqdan sonra hissə-hissə ümumilikdə 320 manat pul göndərmişdir. Bir müddət sonra Azadə ona bacısı uşağının xəstə olduğunu və onun müalicəsi ilə məşğul olduğunu bildirmiş və onun telefonuna uşaq şəkilləri göndərmişdir. O, Azadənin halına yandığı üçün onun kartına əlavə olaraq 40 manat pul göndərmişdir. Lakin bütün bu müddət ərzində Şəxs hər dəfə onu aldadaraq mebelləri təhvil verməmişdir. Əlavə olaraq bildirdi ki, Azadənin işdən çıxarılması ilə əlaqədar onun heç bir əlaqəsi yoxdur və mebel üçün ödədiyi 320 manat pulu geri tələb edir. Məhkəmədən Azədə barəsində inzibati həbs tənbeh növündə cəza verilməsini xahiş edir. İş materiallarında olan 23 yanvar 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1-198 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, DİN VMAS-da aparılan elektron sorğu nəticəsində Şəxs hazırki günə kimi heç bir əlillik statusunun olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs bu xətanı törətməsində təqsiri onun izahatı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs oğlu qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağın olmasını nəzərə alır. Onun məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə zərəçəkmiş şəxsin Şəxs barəsində inzibati həbsin seçilməsi tələbinə qiymət verərək qeyd edir ki, İXM-nin 30.2-ci maddəsinə əsasən himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz. Hazırda Şəxs himayəsndə on dörd yaşınasdək uşağı olduğundan, ona inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115 və 128- 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İctimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Fizuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar