Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-222/2025 03.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Lənkəran rayonu, Səpnəkəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran Yol-Tikinti Açıq Səhmdar Cəmiyyətində mühafizəçi işləyən, Lənkəran rayonu, Səpnəkəran kəndində qeydiyyatda olmaqla, Lənkəran şəhəri, İsgəndər Səmədzadə 18 ünvanında faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-210/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli və Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1558/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə borclu Şəxs tərəfindən tələbkara 5000 manat aliment borcu ödənilmədiyi üçün Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-210/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli və Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)- 1558/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 14100 manat aliment məbləğindən hazırki tarixədək 9100 manat ödənilmiş, aliment məbləğinin ödənilməmiş hissəsi 5000 manat təşkil edir. Həmin 9100 manatın 6738 manat hissəsi borclunun əmək haqqından, 2362 manat hissəsi isə nağd şəkildə ödənilmişdir. Uzun müddətdir ki, aliment ödəmələri borclunun əmək haqqından tutulma aparılmaqla tələbkara ödənilir. Belə ki, sonuncu icra vərəqəsi üzrə iki uşağa görə cəmi 300 manat aliment borcludan tutularaq tələbkara verilməlidir. xx.xx.2021-ci il tarixdən etibarən borclunun əmək haqqına 70 faiz tutma yönəldilmişdir. Yığılmış aliment borcunun səbəbi 70 faiz tutma yönəldilməsinə baxmayaraq hər ay alimentin tam ödənilməsinə borclunun əmək haqqının kifayət etməməsi səbəb olmuşdur. Borclu vaxtlı-vaxtında icra məmurunun çağırışlarına gəlmişdir. Hazırki tarixdə borclu Şəxs 5000 manat aliment borcundan tələbkar Zərərçəkmiş şəxs hesabına 1000 manat ödəniş etmişdir. Görülmüş tədbirlər nəticəsində Şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 10100 manat aliment ödənilmiş, ödənilməmiş aliment borcu 4000 manat təşkil edir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Lənkəran Yol-Tikinti Açıq Səhmdar Cəmiyyətində mühafizəçi işləməklə aylıq əmək haqqı hazırda 430 manat təşkil edir. Hər ay əmək haqqından 70 % tutularaq tələbkara aliment ödənilir. Özü isə hazırda kirayədə yaşayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməli olan 14100 manat aliment məbləğindən hazırki tarixədək 10100 manat ödənilmiş, aliment məbləğinin ödənilməmiş hissəsi 4000 manat təşkil edir. Yığılmış aliment borcunun səbəbi onun əmək haqqına 70 faiz tutma yönəldilməsinə baxmayaraq hər ay alimentin tam ödənilməsinə onun əmək haqqının kifayət etməməsi səbəb olmuşdur. O, vaxtlı-vaxtında icra məmurunun çağırışlarına gəlmişdir. Hal-hazırda borclu 5000 manat aliment borcundan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hesabına 1000 manat ödəniş etmişdir. Barəsində inzibati həbs növündə tənbeh tətbiq ediləcəyi halda, bu onun işdən azad edilməsi ilə nəticələnə bilər. Belə olduqda isə onun övladlarının saxlanılması üçün aliment pulunu ödəməsi çətinləşəcək. Qeyd olunanları nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən hazırki dövrədək ödənilməli olan 14100 manat aliment məbləğindən hazırki tarixədək 9100 manat ödənilmiş, aliment məbləğinin ödənilməmiş hissəsi 5000 manat təşkil edir. Onun hesabına hazırki tarixdə ödənilmiş 1000 manat aliment pulunu qəbul etmir. 5000 manat aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Əks halda Şəxs barəsində tənbeh tətbiq edilməsini xahiş etdi. Tətbiq ediləcək tənbehin növü ilə bağlı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-210/2021 nömrəli, 01 aprel 021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq Şəxs 27 sentyabr 2012-ci il təvəllüdlü X3 və 22 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay bir uşağa görə 120 manat olmaqla hər ay iki uşağa görə 240 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-210/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlanılmışdır. xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-210/2021 nömrəli, 01 aprel 021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1558/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 27 sentyabr 2012-ci il təvəllüdlü X3 və 22 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 150 manat olmaqla, hər ay iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1558/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1558/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC vasitəsilə Zərərçəkmiş şəxs kart hesabına 1000 (bir min) manat pul ödənilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli, 80330 №-li məlumatdan görünür ki, hazırki tarixədək görülmüş icra tədbirləri nəticəsində Şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 10100 manat aliment ödənilmiş, ödənilməmiş aliment borcu 4000 manat təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə “icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materialları ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra məmurunun bütün çağırışları üzrə icra qurumuna gəlmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirmişdir. Eyni zamanda, məhkəmə iclası zamanı Şəxs icra sənədləri üzrə aliment borcunun yaranmasının səbəbi kimi onun əmək haqqına tutma yönəldilməsinə baxmayaraq hər ay alimentin tam ödənilməsinə onun əmək haqqının kifayət etməməsinin olması müəyyən edilmişdir. Başqa sözlə, borclu tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra icra edilməməsi öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən 5000 manat aliment borcundan zərər çəkmiş şəxsin hesabına 1000 manat aliment ödənişi edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-222/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-222/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver