Məhkəmə qərarları › İş №3(049)-223/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-223/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-223/2025 03.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1982-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Seyidəkəran kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 03 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3262/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs tələbkara 9520 manat aliment və 2(049)-2311/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs tələbkara 3.070 ABŞ dolları məbləğində ödənilməmiş borcu vardır. Borclu Şəxs icra sənədlərinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədləri şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası haqqında bildirişlər tərtib edilərək, borcluya təqdim edilmişdir. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçıraraq, çağırışlara gəlməmişdir. Borclunun barəsində xx.xx.2023-cü ildə axtarış elan edilmişdir və o, polis tərəfindən saxlanılaraq, Lənkəran rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. xx.xx.2025-ci il tarixdə şöbədə borclunun izahatı alınaraq, ona icra sənədi barədə məlumat verilmişdir. Lakin həmin vaxtdan halhazıradək borclu tərəfindən icra sənədlərində qeyd edilən borcdan tələbkara heç bir vəsait ödənilməmişdir. Borclu tərəfindən aliment öhdəliyi ilə əlaqədar tələbkara sonuncu ödəniş 2022-ci ildə edilmiş, digər icra sənədinə əsasən isə ümumiyyətlə heç bir ödəniş edilməmişdir. Hazırda inzibati xəta haqqında protokol tərtib edilərkən borcluizahatında icra sənədləri barədə məlumatlı olduğunu bildirərək, həmin borcları hissə-hissə ödəyəcəyini bildirmişdir. Tələbkarlar isə borcun hissə-hissə ödənilməsinə razı deyildirlər. Protokolun təmin edilərək, borclu Şəxs İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilmiş aliment tələbinə dair icra sənədi ilə əlaqadar o, icra məmuru tərəfindən məlumatlandırılmışdır. Belə ki, 2023-cü ilədək həmin icra sənədinə əsasən, aliment öhdəliyini cavabdehə hissə-hissə ödəmişdir. Sonradan işləmək üçün Rusiya Federasiyasına getmiş və aliment ödənişini dayandırmışdır. Onun aliment öhdəlii üzrə tələbkara 9.520 manat borcu vardır. Onun digər nikahdan da iki övladı olduğundan və övladlarından biri xəstə olduğundan maddi cəhətdən olduqca ağır vəziyyətdədir. Həmin aliment borcunu hissə-hissə ödəyə bilər. Digər icra sənədi barədə isə heç vaxt məlumatlı olmamışdır və ona bu barədə icra məmuru tərəfindən heç bir məlumat verilməmişdir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2311/2016 saylı ,xx.xx.2016-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs 2289.53 ABŞ doları əsas, 632.1 ABŞ dolları faiz , 149.1 ABŞ dolları cərimə , cəmi 3070.73 ABŞ doları məbləğində pul vəsaiti və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tələbkara "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3262/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs hər ay 180 mant sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməlidir. Borclunun 2(049)-3262/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, tələbkara 9.520 manat aliment borcu qalmışdır. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədlərinin icrası ilə əlaqadar “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqadar icra məmuru tərəfindən borclunun izahatları alınmışdır və borclu izahatlarında icra sənədi ilə əlaqadar məlumatlı olduğunu bildirərək, həmin borcları hissə-hissə ödəyəcəyini bildirmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədləri barədə məlumatlı olduğu, icra sənədlərinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 03 mart 2025-ci il saat 16:05-dən hesablansın. İnzibati həbs müddətində Şəxs saxlanma yeri Masallı rayon X3 Saxlama Yeri müəyyən edilsin. Qərarın icrası Şəxs Masallı rayon X3 Saxlama Yerinə çatdırılması hissəsində Lənkəran şəhər-rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar