Məhkəmə qərarları › İş №3(049)-229/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-229/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-229/2024 12.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: Şəxs barəsində Lənkəran Şəhər Rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında prtokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Lənkəran rayonu, Krgəlan kəndinqeydiyyatda olmaqla yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə Lerik rayonu, Bradi kənd sakini X1 etibarından sui istifadə edərək 500 manat pulunu mənimsəmişdir. X1 müraciəti əsasında fakt üzrə polisdə araşdırma aparılaraq Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi Elvin Nəhmətov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından müəyyən olunur ki, inzibati xəta haqqında iş üzrə icraatın aparılmasına əsas cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 fevral 2024-cü il tarixli qərarın qəbul edilməsidir. Həmin qərar əsasında Şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən qeyd olunan qərarın aidiyyəti şəxslərə rəsmi qaydada çatdırılmasının təmin edilib-edilmədiyi iş materiallardan müəyyən edilmir. Eləcə də, qərardan şikayət verilib-verilmədiyi, verilmişdirsə, şikayətin nəticəsi, şikayət vermə müddətinin başa çatıb-çatmadığı araşdırılmadan Şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilərək məhkəməyə göndərilmişdir. Hazırki vəziyyətdə Şəxs barəsində məhkəməyə göndərilmiş inzibati materiala məhkəmədə baxılaraq qərar qəbul edilərsə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan hər hansı şəxs tərəfindən şikayət veriləcəyi və qərar ləğv olunacağı təqdirdə, Şəxs məhkəmənin qərarı ilə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmiş olacaqdır. Həmçinin hazırki inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və inzibati xəta haqqında protokol 01 mart 2024-cü il tarixdə tərtib edildiyinə baxmayaraq, protokol məhkəməyə 12 mart 2024-cü il tarixdə təqdim edilmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 103.2 maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İnzibati xəta haqqında protokol tərtib edildikdən sonra dərhal məhkəməyə təqdim edilmədiyindən bu barədə yuxarıda qeyd edilən qanunun normasının tələbləri kobud şəkildə pozulmuşdur. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin məzmununa əsasən, Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmçinin inzibati xəta haqqında material məhkəməyə təqdim edildikdən sonra barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Lənkəran ŞRPŞ-nə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Lənkəran Şəhər Rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar