Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-23/2024 07.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:45 radələrində X1rşısında, Paşa Təhməzov küçəsində **-PH-*** nömrəli “Niva” markalı avtomaşını arxadan vuraraq 110 manat maddi ziyan vurduğuna görə barəsində xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, hesab edir ki, inzibati xəta haqqında materiallar inzibati orqana geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarından görünür ki, müvafiq raport əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. İnzibati xəta haqqında protokolda vurulmuş ziyanın məbləği göstərilsə də, bununla bağlı müvafiq rəy iş materiallarına əlavə edilməmişdir. İXM-nin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydində görünür ki, bu maddədə «az miqdar» dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi İXM-nin 232-1-ci maddəsinin tərkibinin yaranması üçün vurulmuş ziyanın məbləği 5000 manatadək olmalı və tətbiq ediləcək inzibati tənbeh də vurulmuş ziyanın məbəği ilə müəyyən edilir. İnzibati xəta haqqında protokolda vurulmuş maddi ziyanın miqdarının dəqiq qeyd olunmaması həmin işə mahiyyəti üzrə baxılmasını istisna edir və bunu tamamlamaq mümkün deyildir. İXM-nin 100.1.4 və 100.1.9-cu maddələrinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, həmçinin inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə ki, İXM-nin 9.2-ci maddəsinə görə bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-23/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-23/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver