Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-23/2025 07.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhəmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X1-X9 nümayəndəsi (əməkdaşı) Nümayəndə3 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida X1-X9 əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 15.1- ci maddəsinə əsasən ünvan 2 ünvanında yerləşən “ZZ şərab evi” ndə planlı yoxlama həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin istehlakçıların hüquqlarının müdafiəsini həyala keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanunauyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına görə Azərbaycan Respublikası Qida X1-X10 tərəfindən vəzifəli şəxs qismində Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə 08 01.2025-ci il tarixli MN2100520 №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İlkin məhkəmə iclasında protokolu tərtib edən şəxs, Azərbaycan Respublikası Qida X1-X9 nümayəndəsi (əməkdaşı) Nümayəndə1 izahat verərək bildirmişdir ki, Lənkəran şəhəri, M.Mustafaxan küçəsində yerləşən sözü gedən obyektə 8 dekabr 2025-ci il tarixdə planlı yoxlama üçün daxil olmuşlar. Onlar qabaqcadan yoxlamanın aparılmasına dair məlumatları Şəxs göndərmişlər. 07 yanvar 2025-ci il tarixdə obyektdə olmamış, təxirə salmışlar. 8 yanvar 2025-ci il tarixdə yoxlamada Şəxs özü də iştirak etmişdir. Obyektə daxil olduqdan sonra yoxlama haqqında qərarı və müvafiq sənədləri təqdim etmişlər, Şəxs etiraz etməmişdir. Yoxlama müəyyən yerə qədər keçirilmiş, daha sonra Şəxs etiraz etmişdir, bununla bağlı disk formasında videomateriallar mövcuddur. Bundan sonra onlar inzibati xəta haqqında işə Şəxs etirazı olmadan məhkəməyə təqdim etmişlər. Şəxs özü etiraz etdiyi üçün məcburən yoxlamanı dayandırıb, AR İXM-nin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmiş, Şəxs isarı ilə obyekti tərk etmişlər. Orada istehsal tarixi bitmiş məhsullar plomlanaraq, akt tərtib etmişlər və həmin akta Şəxs imza atmamışdır, bundan sonra isə AR İXM-nin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. (İlkin məhkəmə iclası zamanı) sədrlik edən hakimin suallarına əsasən Nümayəndə1 bildirmişdir ki, onlar ilkin aşkar olunmuş inzibati xəta ilə bağlı protokol tərtib edib, başqa protokol tərtib etmək istəmədiklərini Şəxs bildirmiş, lakin Şəxs özü etiraz bildirmiş və hətta təhqir edərək, kobud şəkildə onlara davranmışdır. Əgər belə bir etiraz var idisə yoxlayıcıya əvvəlcədən etiraz etməli idi. Çünki əvvəlcədən yoxlayıcılar barədə sahibkara müvafiq məlumatları göndərmişlər. Onlar yoxlanış etdikdən sonra Şəxs onlara etiraz etmişdir. Sahibkarların yoxlaması haqqında qanuna əsasən obyektə daxil olmamışdan qabağ müvafiq məsafədən kamera yandırılır və müvafiq məsafədən uzaqlaşdıqdan sonra söndürülür. Bu qaydalar X6 tərəfindən qəbul olunmuş və müvafiq qanunvericiliyə əsaslanır. Yoxlama prosesi mərhələli həyata keçirilir, sənədləşmə sonda ümumi olur. Onlar akt tərtib etmiş, Şəxs imzadan imtina etmişdir. Kamera çəkilişi fasiləsizdir, kamera yaxadan düşməməsi üçün onu bir yerə qoymuşlar ki, özü və digər əməkdaş videogörüntüdə görünsün. Kamera online çəkilişlə keçirilir və 30 dəqiqədən bir kamera çəkilişi dayandıraraq yenidən çəkilişə başlayır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı protokolu tərtib edən şəxs, Azərbaycan Respublikası Qida X1-X9 nümayəndəsi (əməkdaşı) Nümayəndə1 izahat verərək bildirmişdir ki, daxili yaxa kameraları xidməti məruzəylə həyata keçirilir, təlimatı yoxdur. Qanuni yoxlamadan qabağ ona məlumat vermişlər və Şəxs ilə bir-birilərini tanımırlar. İlk getdiklərində obyektdəki işçinin telefonu ilə danışaraq, Şəxs xahiş etmişdir ki, onun iştirakı ilə yoxlama həyata keçirilsin. Onlar da yoxlamanı təxirə salıb, onun iştirakı ilə keçirməyə çalışmışdılar. Yoxlama mərhələlərlə həyata keçirilmişdir. Müəyyən mərhələlərdə nə maneçilik, nə də qeyri-etik davranış aşkar olunmamışdır. Daha sonra vaxtı keçmiş məhsulları aşkar olunandan sonra Şəxs onlara etiraz emiş yoxlamanı həyata keçirmiyin və onların şəxsinə etiraz etmişdir. Yoxlayıcıya etiraz qanunla müəyyən olunur. Şəxs yoxlayıcıya etirazı səmimi gəlməmişdir. Şəxs təkidləri nəticəsində oranı tərk etmişlər. Dəfələrlə onlar demişdir ki, yoxlamanı yekunlaşdıraq, əks halda protokol tərtib olunacaq, Şəxs bununla razılaşmışdır. Şəxs hüquq və vəzifələri ilə bağlı bildirişi 5 iş gün qabağ göndərmişlər. Onlar Şəxs qarşı etik davranış qaydaların pozmamış, Şəxs yoxlamada iştirak edən Nümayəndə3 qarşı etik davranış qaydaların pozmuşdur. Azərbaycan Respublikası Qida X1-X9 nümayəndəsi (əməkdaşı) Nümayəndə3 keçirilmiş məhkəmə iclaslarında iştirak edərək bildirmişdir ki, inzibati xəta haqqında protokolu müdafiə edirlər, onlar Şəxs obyektində yoxlama aparan zaman kobudcasına maneçilik törətmiş, obyektəki müəyyən məhsulların yoxlanılmasına icazə verməyərək, oranı tərk etməsini bildirmişdir. Azərbaycan Respublikası Qida X1-X9 nümayəndəsi (əməkdaşı) Nümayəndə3 yekun məhkəmə iclasında çıxış edərək, qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İlkin məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun özünün də obyektində kameraların videoçəkilişi vardır. Onun etirazı yoxlamanın aparılması olmamışdır. Yoxlamanın aparılması üçün imza da çəkmiş, lakin 2 əməkdaşın yoxlanmasına etiraz edərək, başqa əməkdaşın yoxlamasını bildirmişdir. Neçə illərdi ki, onun obyektində yoxlamada heç bir problem olmamışdır. Onun özünü kiçik ambarı vardır, özü göstərmişdir ki, yararsız məhsulları özləri ayırır. Sadəcə onlar dediklərinə görə yararsız məhsullar müəyyən ediblər və.s, o da onlara bildirmişdir ki, 350 manatdan 500 manatdək cərimələnməkdir. O problem çıxarmamışdır. 3-5 işçisi olsa idi, vəzifəli şəxs sayılardı, lakin təkcə özü obyekti işlətdiyi üçün fiziki şəxsdir. Onlara inzibati xəta haqqında protokol fiziki şəxs olaraq tərtib olunmalı imiş. Sədrlik edənin suallarına əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, obyektindəki kameralar videoçəkiliş aparır, yoxlayıcılar ona ədalətli şəkildə davranmamış, bilərək qərəzli olaraq hərşeyə nöqsan tapmışlar. Onlar istədiyi zaman kameranı yandırıb, istədiyi zaman isə söndürüşlər. Vaxtı keçmiş malların dəyəri 160 manatı keçməmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, yoxlayıcılar gəlib, özlərini təqdim etmiş, o da heç bir etiraz olmadan qəbul etmişdir. O, təqdim olunmuş sənədləri oxumadan qol çəkmişdir. Əgər qərəzli etirazı olsaydı, qol çəkməzdi. Obyektində aşkarlanan vaxtı keçmiş məhsulların dəyəri 500 manat məbləğdə keçmirdi. Xanıma (Nümayəndə3) yoxlamanı dayandırmağı bildirdikdə, dayandırmamışdır. Onun həqiqətən, məlumatı olmayıb ki, soyuducunu bağlı şəkildə qoyduğu halda bunun yoxlamaya təsir edibetməyəcəyini bilməmişdir. O obyektin qapısı ağzında – çöldə yerləşən soyuducunu və ona yoxlamayla bağlı bildiriş gəlsə də, vaxtı keçmiş məhsul üzərinə yazı qoymağını və.s bildirilməmişdir, yəni onun belə bir şeydən xəbəri yoxdur. Ən azından yüngül tənbeh almalı idi, ilk dəfə belə bir yanlışlıqlar aşkarlandığından cərimə edilməməli idi. O vəzifəli şəxs yox, tək başına çalışan fiziki şəxsdir. Əgər qərəzli maneçilik törətsəydi əvvəlcədən bunu edərdi. Məhkəmə yekun baxışı iclasının (xx.xx.2025-ci il) vaxtı və yeri barədə Azərbaycan Respublikası Qida X1-X9 nümayəndəsi (əməkdaşı) Nümayəndə1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq, gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş sənədlər: Azərbaycan Rspublikasının Qida Təhlükəzliyi Agentliyi X2 yoxlamanın aparılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, yoxlayıcılar Nümayəndə1 sektor müdiri və Nümayəndə3 böyük məsləhətçi vəzifəsində işləyirlər. Azərbaycan Rspublikasının Qida Təhlükəzliyi Agentliyi X2 Qida obyektinə baxışın keçirilməsi dair xx.xx.2024-cü il tarixli aktan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Yoxlamaların Vahid Məlumat Reyesterindən alınmış çıxarışın tarixi və nömrəsi (qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə münasibətdə) 23 dekabr 2024-cü il KY********** №-li Yaradılacaq subyektin adı Şəxs adına (ZZ şərab evi) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** və obyektin faktiki ünvanı ünvan 3aycan Rspublikasının Qida Təhlükəzliyi Agentliyi X3 yoxlayıcı orqanının, yoxlayıcının texniki vasitələrdən (audio, video və foto avadanlıqlarından, sürətçıxaran və skanerdən) istifadəsi ilə bağlı yoxlanılan sahibkar və ya onun nümayəndəsinə məlumatın verilməsi faktını öz imzası ilə təsdiqləməsi və ya imtina edilməsi barədə 08 yanvar 2025-ci il tarixli aktan görünür ki, LARB-nin №-5-nömrəli vidomüşahidə kamerasının iştirakı ilə bu akt tərtib edilmiş ondan ötrü ki, Azərbaycan Rspublikasının Qida Təhlükəzliyi Agentliyi yoxlamanın aparılması haqqında xx.xx.2024-cü il tarixli LARB-25/002 nömrəli qərarına əsasən aparılan yoxlama zamanı Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsi, ev 208 ünvanında yerləşən ZZ şərab evi müəssisəsində (qida blokunda) aparılan yoxlama zamanı Müfəttişlər tərəfindən istifadə olunan videogörüntü kamerasına heç bir etiraz edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Qida X1-X10 tərəfindən göndərilmiş inzibati xəta haqqında iş materiallarında olan 4 ədəd DVD diskdəki videogörüntülər həm məhkəmə iclası zamanı, həm də ayrılıqda tədqiq edilmişdir. Həmin videogörüntülərdə görünür ki, açıq-aşkar Şəxs yoxlayıcıların obyekti tərk etməsini təkidlə bildirmiş, yoxlayıcı Nümayəndə1 səbəbini soruşduqda onların şəxsinə etiraz edərək, ona qarşı qərəzli olduqlarını bildirmiş. Nümayəndə1 isə qərəzliliyin olmadığını Şəxs bildirmişdir. Yoxlama zamanı Şəxs onlara aqressiya göstərmiş və təkidlə mağazanı tərk etmələrini bildirmişdir. Videogörüntülərdə görünür ki, yoxlayıcı Nümayəndə3 obyektin daxilində soyuducun üzərindəki məhsullara baxış keçirmək istəsə də, etiraz edərək buna icazə verməmişdir. Yoxlamanın sonunda Şəxs yoxlayıcı Nümayəndə3 sərt kobudluq göstərərək onu obyekti tərk etməyə məcbur etmişdir. Bundan sonra yoxlayıcılar Şəxs yoxlamanı sonuna qədər aparmağı bildirsələr də, Şəxs yoxlamanın tamamlanmamasını təkid edərək, ona qarşı qərəzlilik olduğundan yoxlamanın tamamlanmasına icazə verməmişdir. Yoxlayıcılar topladıqları məhsulları plomlayıb, obyekti tərk etmişlər. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sübut qismində DVD disk təqdim edərək bildirmişdir ki, həmin DVD diskdə yoxlama prosesinin görüntüləri var və ona qarşı qərəzlilik faktı videogörüntülərdə öz əksini tapıb. Lakin məhkəmə Şəxs təqdim etdiyi DVD diski həm məhkəmə iclası zamanı, həm də ayrılıqda tədqiq edərək belə qənaətə gəlir ki, həmin video görüntülərin bir çoxunda yalnız görüntü olmaqla səs yoxdur. Səs olan videogörüntüdə isə tam olaraq qərəzlilik nəzərə çarpmır. Hər iki təqdim edilmiş görüntülər eyni videogörüntülərdən ibarətdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, planlı yoxlamanı həyata keçirən yoxlayıcılara etiraz etmək qanunla müəyyən edilmiş hallarda, əsaslı şəkildə ola bilər. Həm videogörüntülərdən, həm də izahatlardan göründüyü üzrə Şəxs yoxlayıcılara əvvəlcə heç bir etiraz etməsə də, daha sonra müddəti keçmiş məhsullar aşkar olunduğca etiraz etmiş və ən son aqressivliklə yoxlayıcıları həmin obyekti (mağazanı) tərk etməsini təkid etmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 4-1. Yoxlayıcının hüquqları 4-1.1. Yoxlama zamanı yoxlayıcının aşağıdakı hüquqları vardır: 4-1.1.1. yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmaq; 4-1.1.2. yoxlama sualları ilə bağlı məlumatların, sertifikat, lisenziya, icazə və sahibkarlıq fəaliyyəti ilə bağlı digər hüquqmüəyyənedici sənədlərin X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsini sahibkarın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) və ya sahibkardan əldə etmək; 4-1.1.3. yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və ya elektron informasiya daşıyıcılarında almaq, habelə yoxlama obyektinə dair məlumat olan müvafiq informasiya sisteminə daxil olmaq; 4-1.1.4. yoxlama obyektinə bilavasitə aid olduğu halda foto, audio və video çəkiliş aparmaq. 4-1.2. Yoxlayıcı bu Qanunun 4-1.1-ci maddəsində göstərilən hüquqlardan yalnız səlahiyyəti çərçivəsində və müvafiq yoxlama suallarına uyğun istifadə etməlidir. 4-3.1. Yoxlama zamanı sahibkarın aşağıdakı hüquqları vardır: 4-3.1.8. yoxlayıcının fəaliyyətinə maneə yaratmamaqla, yoxlama prosesinin foto, audio və video çəkilişini aparmaq və bu məqsədlə digər şəxsləri yoxlama prosesinə cəlb etmək; Maddə 4-4. Yoxlama zamanı sahibkarın vəzifələri 4-4.1. Yoxlama zamanı sahibkarın vəzifələri aşağıdakılardır: 4-4.1.1. yoxlama suallarına aid olan və yoxlamanın icrası üçün yoxlayıcılar tərəfindən bu Qanuna uyğun olaraq tələb olunan məlumatları (sənədləri) təqdim etmək; 4-4.1.2. iş saatları ərzində yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına şərait yaratmaq; 4-4.1.3. yoxlamanın başladığı və davam etdiyi müddətdə yoxlamada iştirak etmək və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmək; 4-4.1.4. bilavasitə, yaxud səlahiyyətli nümayəndəsi və işçiləri vasitəsilə yoxlayıcıya yoxlama aparılmasına şərait yaratmaq; 4-4.1.5. kommersiya, vergi və qanunla qorunan digər sirlərin qorunması məqsədilə qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və (və ya) elektron daşıyıcıda yoxlayıcıya təqdim etmək, habelə yoxlayıcıya yoxlama obyektinə dair məlumat olan informasiya sisteminə çıxış əldə etmək imkanı yaratmaq. Maddə 14.1. Yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Maddə 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Maddə 20.5. Yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır. Maddə 20.6. Yoxlama zamanı yoxlayıcılar əsaslı qərar qəbul etmək üçün bütün fakt və məsələləri, o cümlədən sahibkar üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 20.7. Yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Yoxlayıcı baxışın keçirilməsi haqqında protokol tərtib edir. Yoxlayıcı tərəfindən bu Qanunun 20.1ci, 20.5-ci və 20.9-cu maddələrində müəyyən edilmiş vəzifələrə riayət edildiyi və sahibkarın bu Qanunun 20.2-ci, 20.11-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş hüquqlarına maneçilik törədilmədiyi halda, sahibkar yoxlama prosesində bu Qanunun 20.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş yerlərə (obyektlərə) baxış keçirilməsinə mane olmamalıdır. Maddə 20.8. Sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış yoxlanılan sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə keçirilir. Yoxlayıcı həmin yerlərə buraxılmadıqda bu barədə yoxlama aktında qeydlər aparılır. Maddə 20.9. Yoxlayıcı texniki vasitələrdən (audio, video və foto avadanlıqlarından, surətçıxarandan və skanerdən) istifadə etmək qərarını verdikdə bu barədə yoxlanılan sahibkara və ya onun nümayəndəsinə imzası alınmaqla məlumat verir. Yoxlanılan sahibkar və ya onun nümayəndəsi məlumatın alınması faktını imzası ilə təsdiqləməkdən imtina etdikdə yoxlayıcı tərəfindən imtina aktı tərtib edilir və bu barədə yoxlama aktında müvafiq qeydlər aparılır. Maddə 20.10. Foto, audio və video materiallar, kompyuter məlumatı və digər məlumat daşıyıcıları yoxlamanın materiallarına əlavə edilir və saxlama müddəti ərzində saxlanılır. Foto, audio və video materiallar sahibkarın yazılı razılığı olmadan media subyektlərinə təqdim edilə bilməz. Maddə 20.11. Yoxlanılan sahibkar aparılan yoxlama tədbirlərinin foto, video çəkilişini və audio yazılışını apara bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Vəzifəli şəxslər kimlərdir: (AR İXM-nin 17-ci maddəsinin qeydi) Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyasında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-23/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-23/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver