Məhkəmə qərarları › İş №3(049)-233/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-233/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-233/2025 02.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X3, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Şikayət verən X4 iştirakı ilə, X4 EQ 26335163 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi tələbinə dair şikayətə Lənkəran Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 məhkəməyə müraciət edərək EQ 26335163 nömrəli protokol əsasında DİN BDYPİ-nin X1 imzalanmış xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 28 fevral 2025-ci il tarixdə Lənkəran şəhəri, Ləvəngi dairəsindən Şəhidlər Xiyabanı küçəsi istiqamətində, saat 08:58 radələrində hərəkət edərkən, yolun sol tərəfində (“ƏDO Petrol” ilə üzbəüz) Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşlarının xidməti avtomobillərində tam hərəkətsiz duraraq dayandığının şahidi olmuşdur. Təqribən 3 saat keçdikdən sonra “SMS RADAR” mobil tətbiq proqramına bildiriş gələrək, M-3, E-119, AH-8 Ələt-Astara-İran yolunun 199-cu km ərazisində, güya yolda müəyyən edilmiş surət həddini 21-40 km/saat aşaraq, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələblərini pozduğu qeyd edilmişdir. Nəticə etibarı ilə inzibati tənbeh vermə haqqında qərarla tanış olarkən, aydın şəkildə qeyd edilmişdir ki, “sürət həddi 50 km/saat tələb olunan ərazidə 73 km/saat sürətlə **-HH-*** dövlət qeydiyyat nişanlı “X9 minik” markalı avtomobili ilə sürət həddini pozmaqla, barəsində “EQ26335163” nömrəli protokol tərtib edilmişdir”. Bütün bunlara baxmayaraq, nə qədər fikirləşsə də, sonuncu dəfə Ələt-Astara-İran yolunun 199-cu km-də nə zaman olduğunu xatırlaya bilməmişdir. Hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi qərar tam əsassızdır və ləğv olunmalıdır. xx.xx.2025-ci il tarixli inzibati qərarda inzibati xətanın baş verdiyi ərazinin düzgün qeyd olunmaması, inzibati qərarın natamam olması hesab olunur. Məhkəmə iclasında X5 rəngli fotoşəkillər təqdim edərək və həmin şəkilləri Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının xidməti avtomobildən edilmiş görüntülərlə müqayisə edərək bildirmişdir ki, həmin görüntülərdən aydın görünür ki, 28 fevral 2025-ci il tarixdə, saat 08:58-də onun idarə etdyi **-HH-*** dövlət qeydiyyat nişanlı “X9 minik” markalı avtomobil Ələt-Astara-İran yolunda deyil, Lənkəran şəhəri, Ləvəngi dairəsindən Şəhidlər Xiyabanı küçəsi istiqamətində hərəkətdə olmuşdur. Buna görə də, yuxarıda qeyd etdiyi inzibati qərar həqiqəti əks etdirmir. Bu səbəbdən də ləğv olunmalıdır. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, şikayətçi və inzibati xəta haqqında qərara görə cavabdeh olan Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə şikayətçinin və onların Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, fotoşəkilləri və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının xidməti avtomobildən edilmiş görüntüləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, EQ 26335163 nömrəli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə qaytarılmalıdır. Belə ki, işin araşdırılması ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən inzibati tənbeh verilməsinə əsasə olmuş foto və videogörüntülərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Lakin, məhkəmə iclasına Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi gəlməmiş, eləcə də qeyd olunan qərarın çıxarılmasına səbəb olmuş foto və videogörüntüləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, şəxs inzibati məsuliyyətə şübhələr əsasında deyil, faktlar və həmin faktları təsdiqləyən mötəbər sübutlar əsasında cəlb oluna bilər. Məhkəməyə şikayətçi tərəfindən təqdim olunan fotoşəkillərdən, eləcə də Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının xidməti avtomobildən edilmiş görüntülərdən aydın şəkildə görünür ki, 28 fevral 2025-ci il tarixdə, saat 08:58-də **-HH-*** dövlət qeydiyyat nişanlı “X9 minik” markalı avtomobil Lənkəran şəhəri, Ləvəngi dairəsindən Şəhidlər Xiyabanı küçəsi istiqamətində hərəkətdə olmuşdur. Buna baxmayaraq inzibati qərarda hadisə yerinin Ələt-Astara-İran yolu olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və ya bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, şikayətçinin şikayətində göstərilmiş hallar DİN BDYPİ-nin X2 müvafiq əməkdaşlarına, eləcə də bir daha analoji pozuntulara yol verməmək çatdırılmalı, həmin dəlillərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 76, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 şikayəti təmin edilsin. EQ 26335163 nömrəli protokol əsasında DİN BDYPİ-nin X1 imzalanmış xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar