Məhkəmə qərarları › İş №3(049)-236/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-236/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-236/2025 15.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon prokurorunun köməkçisi Nümayəndə2 və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə1 iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri, X5 “”inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərarı ilə hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, qərar və toplanmış material baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş qərarda qeyd edilmişdir ki, Şəxs MMC Şahid1 onunla əmək müqaviləsi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb etmişdir. İşin məhkəmə baxışında iştirak edən Lənkəran rayon prokurorunun köməkçisi Nümayəndə2 izahatında bildirmişdir ki, Şahid1 Şəxs MMC tərəfindən onunla əmək müqaviləsi qüvvəyə minmədən işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı Lənkəran rayon prokurorluğunun icraatında olan X3 yeni doğulmuş uşağının ölməsi barədə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir. Belə ki, həmin araşdırma zamanı izahat verən həkim Şahid2 bildirmişdir ki, Lənkəran şəhərində yerləşən Medilandia Hospitalda işlədiyi zaman 27 yanvar 2025-ci il tarixdə Aytən Məmmədova onun qəbuluna gəlmişdir. Həmin zaman tibb bacısı Şahid1 da orada olmuş və Aytən ilə onların söhbətinə şahid olmuşdur. Araşdırma zamanı Şahid1 da izahatı alınmış və o, Şahid2 izahatında qeyd etdiklərini təsdiqləyərək, əlavə olaraq xx.xx.2024-cü il tarixdən Medilandia Hospitalda tibbi bacısı işlədiyini bildirmişdir. Şahid1 həmin tibb müəssisəsində onunla əmək müqaviləsi bağlanmadan işlədiyi müəyyən edilərək, fakt üzrə inzibati xəta haqqında icraat başlanılmış və inzibati xəta haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. xx.xx.2025-ci il tarixdə Şahid1 izahatı onun tərəfindən təkrar alınmış və o, izahatında 15 oktyabr 2024-cü il tarixdən – 03 fevral 2025-ci il tarixədək Medialndia Hospitalda tibb bacısı işlədiyini, dəfələrlə işinin rəsmiləşdirilməsi ilə əlaqadar tibb müəssisəsinin rəhbərliyinə müraciət etsə də onunla 03 fevral 2025-ci il tarixdə əmək müqaviləsi bağlandığını bildirmişdir. Belə ki, Şahid1 Şəxs MMC tərəfindən onunla əmək müqaviləsi qüvvəyə minmədən işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı izahatlar və digər iş materialları ilə sübuta yetir. Odur ki, Şəxs MMC-nin İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməsi və barəsində inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şəxs direktoru Nümayəndə1 məhkəmə iclasındakı izahatında və məhkəməyə təqdim etdiyi ərizədə bildirmişdir ki, Şahid1 xx.xx.2025-ci il tarixədək rəhbərlik etdiyi Şəxs MMC-nin nəzdində olan Medilandia Hospitalda işləməmişdir və heç bir işin, xidmətin yerinə yetirilməsinə cəlb edilməmişdir. Şahid1 ilə Şəxs MMC arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlanaraq, o, tibb bacısı vəzifəsində işə qəbul edilmiş və bundan sonra o, MMC-nin nəzdində olan “Medialandia Hospitalda əmək fəaliyyətinə başlamışdır. Şəxs MMC barəsində “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar Lənkəran rayon prokurorluğunun müstəntiqi Emin Pənahlı tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən qəbul edilmişdir. Belə ki, Lənkəran rayon prokurorluğunun icraatında olmuş 2C-25 saylı araşdırma material üzrə izahatı alınmış Medilandia Hospitalda mama ginekoloq işləyən Şahid2 izahatında qeyd etmişdir ki, Aytən adlı şəxs onun qəbulunda olarkən tibb bacısı Nailə də orada olmuşdur. Mehparə izahat verərkən Nailəni təsadüfi şahid kimi qeyd etmişdir. Şahid2 izahatında X2 tibb bacısı vəzifəsində işləməsi barədə bir xüsusat bildirməmişdir. Həmçinin Şahid1 uzun müddət “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X7 tibb bacısı vəzifəsində işləmişdir. Şahid2 da prokurorluqda verdiyi izahatında Şahid1 əvvəllər tibb bacısı işlədiyini nəzərə alaraq onu “tibb bacısı” kimi ifadə etmişdir. Eyni zamanda Şahid1 Medilandia Hospitalda işə qəbul edilməsi iiə əlaqədar müraciət etməsi üçün 27 yanvar 2025-ci il tarixdə həmin tibb müəssisəsinə gəlmişdir və əvvəllər Şahid2 ilə birlikdə işlədiklərindən və rəfiqə olduqlarından orada olarkən Mehparənin iş otağına keçərək, onunla söhbətləşmişdir. Aytən adlı pasiyent də Mehparənin qəbulunda olarkən Nailə də təsadüfi olaraq onun iş otağında olmuşdur ki, prokurorluq araşdırmanın nəticəsi olaraq qiymətləndirməsində bu halı guya Nailənin həmin tibb müəssisəsində işləməsi halı kimi qiymətləndirmişdir. Belə ki, qərarda qeyd edilənlər tamamilə əsassızdır. Şəxs MMC tərəfindən Şahid1 heç vaxt onunla əmək müqaviləsi bağlanmadan işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Odur ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, onunla Şəxs MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsi əsasında MMC-nin nəzdində olan Medialandia Hospitalda tibb bacısı vəzifəsində işə qəbul edilmiş və bundan sonra orada əmək fəaliyyətinə başlamışdır. Onunla əmək müqaviləsi bağlananadək o, həmin tibb müəssisəsində işləməmişdir. Əvvəllər X1 tibb bacısı işləmişdir və orada işdən azad edilmişdir. İşdən azad edildikdən sonra bir müddət Bakı şəhərində yaşamış və sonradan Lənkəran şəhərinə gəlmişdir. Şahid2 ilə X1 bir yerdə işləmişlər, münasibətləri yaxşı olmuşdur və bu səbəbdən də 27 yanvar 2025-ci il tarixdə Medialndia Hospitala gedərkən Mehparə ilə onun iş otağında görüşmüş və qısa söhbət etmişlər. Həmin vaxt Mehparə həkimin Aytən adlı pasiyenti qəbul etdiyini görmüşdür. Belə ki, o, Medilandia hospitalda işə düzəlməsi ilə əlaqadar dəfələrlə ora gedərək, müraciət etmişdir və hər dəfə gözləməli olduğunu bildirmişlər. O, əvvəllər də tibb bacısı işlədiyindən müalicə ilə əlaqədar ona müraciət edən şəxsləri Medilandia Hospitala yönəltmişdir. Bu səbəbdən də mütəmadi olaraq həmin tibb müəssisəsinə getmişdir. Lakin onunla əmək müqaviləsi bağlanan tarixədək, yəni 03 fevral 2025-ci il tarixədək həmin tibb müəssisəsində işləməmiş və heç bir xidmətə cəlb edilməmişdir. İş materiallarına əlavə edilmiş prokurorluqda verdiyi izahatlardakı xətt və imzalar ona məxsusdur. İlk izahatı oxumuş, sonrakı izahatı isə oxumadan imzalamışdır. Eyni zamanda iahatlarda qeyd edilənlər kompyuter vasitəsilə yazıldığından onların mətnində qeyd edilənlərin mənasını başa düşmədən onları imzalamışdır. Həmçinin həmin izahatlarda qeyd edilənlər həqiqəti əks etdirmir. O, hazırda Medilandia Hospitalda tibb bacısı işləyir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, o, Medilandia Hospialda həkim ginekoloq işləmişdir və hazırda orada işdən çıxmışdır. O, əvvəllər X1 işləmişdir və Şahid1 da onunla birlikdə həmin tibb müəssisəsində tibb bacısı işləmişdir. Nailə ilə münasibətləri normal olmuşdur. 27 yanvar 2025-ci il tarixdə o, Medilandia Hospitalda işlədiyi zaman Nailə onun iş otağına gələrək, onunla söhbətləşmiş və Aytən Məmmədova adlı pasiyenti qəbul edərkən də onların söhbətinə şahid olmuşdur. Sonradan prokurorluqda verdiyi izahatında da qeyd edilən xüsusatları bildirmiş, lakin X2 tibb bacısı işlədiyini bildirməmişdir. O, Medilandia Hospitalda həkim işlədiyi dövrdə Nailə orda işləməmiş və heç bir xidmətin göstərilməsinə cəlb edilməmişdir. Həmçinin prokurorluqda verdiyi izahatında Nailəni əvvəllər tibb bacısı kimi tanıdığından onu tibb bacısı Nailə kimi ifadə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********062900 nömrəli Çıxarışdan görünür ki, Şəxs hüquqi şəxs kimi qeydiyyata alınmışdır (VÖEN: **********). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2022ci il tarixli, EL-469/2022 qeydiyyat nömrəli Lisenziyadan görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyəti ilə məşğul olması ilə əlaqadar icazə verilmişdir. Şahid1 ilə Şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən və “əmək müqaviləsi məlumatı barədə” çıxarışdan görünür ki, həmin əmək müqaviləsi əsasında o, MMC-nin nəzdində olan Medialandia Hospitalda xx.xx.2025-ci il tarixdən tibb bacısı vəzifəsində işə qəbul edilmişdir. Lənkəran rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X9 tərəfindən 25C-25 nömrəli material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həmin qərarla prokurorluğun icraatında olan “X3 yeni doğulmuş uşağının ölməsi barədə” daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə proses iştirakçılarını və şahidlər dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsinin məzmununa əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. (2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;) İşin məhkəmə baxışı zamanı müəyən edilmişdir ki, Şahid1 Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə, yəni MMC ilə onun arasında əmək münasibəti yarandığına baxmayaraq, bu barədə onunla qanunvericiliyin tələbinə baxmayaraq müvafiq əmək müqaviləsi bağlanmamışdır. Belə ki, Lənkəran rayon prokurorluğunun icraatında olan 2C-25 saylı material üzrə araşdırma zamanı Şahid1 xx.xx.2025-ci il tarixində verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən hazırki vaxtadək Lənkəran şəhəri, Nizami küçəsi, Böyük bazarın yaxınlığında fəaliyyət göstərən “Medilandia Hospital”da tibb bacısı işləyir. İş 3 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. İş otağında ondan başqa mama ginekoloq Şahid2 da olur və birgə həmin otaqda işləyirlər. İş vaxtı 1-6-cı günləri saat 09:00-dan 01:00-dəkdir. İzahatın sonunda Şahid1 tərəfindən “İzahatımı oxudum. Əlavəm olaraq əmək müqaviləsinin surətini izahatıma əlavə edirəm. Başqa əlavəm yoxdur. Doğruluğunu imzamla təsdiq edirəm” yazısı yazılmış və izahat onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasındakı ifadəsində Şahid1 həmin izahatda olan imzanın və yazının onun tərəfindən icra edildiyini bildirmişdir. 2C-25 saylı material üzrə araşdırma zamanı Şahid2 xx.xx.2025-ci il tarixində verdiyi izahatında bildirmişdir ki, 27 yanvar 2025-ci il tarixdə Medilandia Hospitalda mamaginekoloq işlədiyi vaxt pasiyent Aytən Məmmədova onun qəbulunda olarkən tibb bacısı Nailə də onun yanında olmuş və onların söhbətinə şahid olmuşdur. Lənkəran rayon prokurorluğunda aparılan inzibati xəta haqqında icraat zamanı izahatı alınmış Şahid1 xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində “Madilandia Hospital”da əmək müqaviləsi olmadan tibb bacısı işləmişdir. Konkret olaraq xəstələrə tibbi xidmətlər göstərmişdir. Dəfələrlə işinin rəsmiləşdirilməsi ilə bağlı hospitalın rəhbərliyinə müraciət etsə də ona yanvar ayına kimi gözləməyi bildirilmiş və xx.xx.2025-ci il tarixində onunla əmək müqaviləsi bağlanılmışdır. İzahatın sonunda Şahid1 tərəfindən “oxudum, doğrudur, təsdiq edirəm” yazısı yazılmış və izahat onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasındakı ifadəsində Şahid1 həmin izahatda olan imzanın və yazının onun tərəfindən icra edildiyini bildirmişdir. Məhkəmə, Şahid2 və Şahid1 məhkəmə iclasındakı ifadələrinə münasibət bildirərək, qeyd edir ki, onların məhkəmə iclasında verdikləri ifadələrlə prokurorluqda aparılan araşdırma zamanı verdikləri izahatlar arasında kəskin ziddiyyət mövcuddur. Şahid1 hazırda barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC ilə əmək münasibəti mövcud olduğundan onun məhkəmə iclasındakı izahatı həmin hüquqi şəxsi inzibati məsuliyyətdən kənarda saxlamaq məqsədi güdür. Həmçinin məhkəmə, iş üzrə obyektiv araşdırmaya nail olmaq üçün X4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə dair 05 oktyabr 2024-cü il tarixdən - 13 fevral 2025-ci il tarixədək olan müddət ərzində anten, habelə mobil telefon nömrəsinin sahibi haqqında məlumatların "xxxx" MMC-dən götürülməsi barədə qərar qəbul etmişdir. Məhkəmə qərarının icrası ilə əlaqadar "xxxx" MMC-dən təqdim edilmiş və “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, ***-***- **-** mobil telefon nömrəsi Şahid1 adına rəsmiləşdirilmişdir. Eyni zamanda həmin mobil nömrəsinə dair antenn məlumatlardan görünür ki, həmin nömrə 15 oktyabr 2024-cü il tarixdən 13 fevral 2025-ci il tarixədək adətən saat 09:00-dan – 13:00-dək Lənkəran şəhəri ərazisində, saat 14:00-dan sonra Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən antenin əhatə dairəsində olmuşdur. İş materiallarına əlavə edilmiş çıxarışda, əmək müqaviləsində və “İnstagram” sosial şəbəkəsində yaradılmış “Medilandia Hospitala”a məxsus profildəki məlumatlardan müəyyən edilir ki, həmin tibb müəssisəsi Lənkəran şəhəri, Nizami Gəncəvi küçəsində yerləşir. Qeyd edilənlərdən, yəni Şahid1 15 oktyabr 2024-cü il tarixdən 13 fevral 2025-ci il tarixədək adətən saat 09:00-dan – 13:00-dək Lənkəran şəhəri ərazisində, sonrakı saatlarda isə digər ərazidə olması onun həmin tarix aralığında Medilandia Hospitalda işlərin, xidmətlərin görülməsinə cəlb edilməsi halına uyğundur. Həmçinin Şahid1 xx.xx.2025-ci il tarixdə prokurorluqla verdiyi izahatında da bu barədə, yəni Medilandia Hospitaldakı iş saatlarının 09:00-dan 01:00-dək (ehtimal olunur ki, saat 13:00-u nəzərdə tutub) olduğunu bildirmişdir. Şahid1 ilə Şəxs MMC arasında əmək müqaviləsi isə xx.xx.2025-ci il tarixdə bağlanmışdır. Beləliklə, məhkəmə baxışı zamanı Şahid1 onunla əmək müqaviləsi qüvvəyə minmədən Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı sübuta yetirilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, zərərçəkmişə dəymiş maddi ziyanı ödəməsi qismən ödəməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130,145 və 529.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat miqdarında cərimə edilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar