Məhkəmə qərarları › İş №3(049)-238/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-238/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-238/2025 11.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Masallı rayonu, Zuvandli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, deməsinə görə 2 azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olmaqla naməlum ünvanlarda yaşayan, Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-3422/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə bildirmişdir ki, Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-3422/2024 saylı, xx.xx.2024-cü tarixli icra sənədini icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədi üzrə yaranmış aliment borcunu ödəmir. Onun məcburi gətirilməsi haqqında qərar qəbul olunmuşdur. Hazırda borclunun 1410 manat aliment borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olsa da, daimi yaşayır yeri olmadığı üçün Bakı şəhərində və rayonda müxtəlif ünvanlarda yaşayır. İkisi tələbkardan olmaqla ümumilikdə 3 övladı var. Özü qapılarda fəhləliklə məşğul olur, lakin qazancı olmadığı üçün alimenti ödəyə bilməmişdir. Əlilliyi yoxdur, məhkəmədən borcu ödəmək üçün ona 3-4 gün möhlət verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, borcludan iki uşağı olsa da, onlardan biri atasının soyadını daşımadığı üçün məhkəmə yalnız uşaqlardan birinə aliment qət etmişdir. Özü fermada sağıcı işləyir. Borclu isə yük maşını ilə qum daşıyaraq qazanc əldə etsə də, bu günə kimi alimenti ödəməmişdir. Barəsində veriləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3422/2024 saylı, xx.xx.2024-cü il icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilib. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3422/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin və əmrinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 17.02.202-ci il tarixli, 8(049)-69/2025 saylı qərardadından görünür ki, Lənkəran rayon, Ürgə kəndində qeydiyyatda olan Şəxs məcburi qaydada Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə qərar qəbul olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini tam olaraq yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən tam icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağarlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 11 mart 2025-ci il tarix, saat 16:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Lənkəran Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar