Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-24/2024 08.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X15, barəsində inzibati icraata aparılan hüquqi şəxsin nümayəndəsi: X8, X16, protokol tərtib etmiş orqanın nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinin 26 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokoluna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinin 26 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokoluna əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 26 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolda göstərilmişdir ki, vətəndaş X11 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X9 protokolu müdafiə edərək barəsində inzibati icraata aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini və inzibati cərimə tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraata aparılan hüquqi şəxsin nümayəndəsi X8 bildirdi ki, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun müəyyən etdi hissəsində guya “X1 xx.xx.2023-cü il tarixindən – xx.xx.2023-cü il il tarixinədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir” Şəxs MMC-i tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir” “Bu fakt müəssisə tərəfindən təqdim edilmiş sənədlər ilə təsdiq edilmişdir.” qeyd edilmişdir. Bildirmək istəyirik ki, DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-də araşdırmanın başlanılması üçün yeganə əsas işçi X6 ərizəsi olmuşdur. Həmin ərizədən işçi X11 qeyd etmişdir ki, “Mən xx.xx.2023 Aqro dost MMC-də traktor vəzifəsində işləyirəm 2023-cü ilin oktyabrın əmək haqqı ödənilməmişdir”. Ərizədən göründüyü kimi, işçi X11 özü şikayət məzmunlu ərizəsində özünün məhz xx.xx.2023-cü il tarixdən etibarən Şəxs MMC-də işə qəbul edildiyini vurğulamışdır. Bununla yanaşı, DƏMX-nin Bakı şəhər İdarəsinin sorğu əsasında ona təqdim edilmiş işçi X6 işə qəbul edilməsinə dair ərizədən, əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, bütün həmin sənədlər məhz xx.xx.2023-cü il tarixinə təsadüf edir. DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda “Bu fakt müəssisə tərəfindən təqdim edilmiş sənədlər ilə təsdiq edilmişdir.” dedikdə nə başa düşülməli olduğunu ümumiyyətlə anlamaq mümkün deyildir. Yəni, bu halda DƏMX-nin Bakı şəhər İdarəsinin “Mən tapa bilmədim, bəlkə Siz axtarıb nəyisə tapdınız” dediyini bildirsək düşünürəm yanılmarıq! Məhkəmənin nəzərinə eyni zamanda işçi X6 DƏMX-nin rəisi Vəli Quliyevə ünvanlandığı ərizəni də çatdırıram ki, həmin ərizədə X6 onu “müraciətimin araşdırılmanın dayandırılmasını xahiş edirəm” qeyd etmişdir. Eyni zamanda, DƏMX-nin Bakı şəhər İdarəsi işçi X6 qeyd edilən məsələ ilə bağlı heç dəvət belə etməmiş, izahatını almamış, həmin izahatı işə əlavə etməmiş, izahatın məlumatlarını toplanan digər sənədlər ilə müqayisəli halda araşdırmamış, bununla da faktiki baxımdan şikayətin obyektiv, tam və hərtərəfli araşdırılmasına yönələn inzibati qanunvericilikdə müəyyən edilmiş tədbirləri görməmiş, işin nəticələrinə qərəzli yanaşmışdır, nəticədə də buna dair heç bir hüquqi əsas olmayan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmişdir. Xüsusilə qeyd etmək istəyirik ki, X7 Lənkəran rayon məhkəməsində hazırkı işini icraatı barəsində məlumat verilmiş və o Şəxs MMC-yə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol barəsində öz fikrini xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş Lənkəran rayon məhkəməsinə ünvanlanan ərizəndə təkrar olaraq bildirərək qeyd etmişdir ki, “xx.xx.2023-cü il tarixdə mən X12 ərizə ilə müraciət edib, 2023-cü ilin oktyabr ayının əmək haqqısının gecikdirildiyi bildirmişəm. Həmin ərizəmdə də mən "xxxx" MMC-də məhz xx.xx.2023-cü il tarixdən etibarən işlədiyimi qeyd etmişəm. Xüsusiylə də qeyd etmək istəyirəm ki, mən heç bir vaxt, heç bir yerdə xx.xx.2023-cü il tarixdən əvvəl "xxxx" MMC-də hər hansı bir işə cəlb olunmağım və ya həmin Cəmiyyətə digər formada xidmət göstərdiyim haqqında məlumat verməmişəm. Hal hazırda, mənim "xxxx" MMC-yə qarşı heç bir iddia və ya şikayətim yoxdur və bunu əsas tutaraq da xx.xx.2023-cü il tarixli ərizə ilə X12 müraciət etmişəm. Bu səbəbdən də, mənim şikayətim əsasında "xxxx" MMC-i və onun direktoru X13 barəsində X18 tərəfindən tərtib edilmiş protokol və qəbul edilmiş müvafiq qərarları əsassız sayıram.”. Qeyd edilənlərlə yanaşı, DƏMX-nin Bakı şəhər İdarəsi İnzibati Xətalar Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq, Şəxs MMC-i barəsində inzibati icraat aparılan şəxsi inzibati xəta haqqında işin baxışının keçirildiyi vaxt və yeri haqqında məlumatlandırmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Lakin səlahiyyətli DƏMX-nin Bakı şəhər İdarəsi barəsində inzibati icraat aparılan şəxsi inzibati xəta haqqında işin baxışının keçirildiyi vaxt və yeri haqqında bildirişi və inzibati protokolu, barəsində inzibati iş aparılan "xxxx" MMC-yə təqdim edilməsinə və ümumiyyətlə poçt xidmətinə təqdim edilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Xatırlatmaq istəyirik ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Hazırki inzibati iş üzrə isə yalnız "xxxx" MMC-i məhkəmə baxışı zamanı əsaslı və tutarlı sübutlara əsaslanmışdır, qarşı tərəf isə yalnız “fərziyə” və “qeyri müəyyən xarakterli ümumi ifadə və sözlərə” arxalanaraq, "xxxx" MMC-i inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Əslində DƏMX-nin Bakı şəhər İdarəsi əgər hər hansı bir inzibati xətanın törədilməsini təsdiq edən, öz sözləri ilə desək “müəssisə tərəfindən təqdim edilmiş sənədlər” aşkar etmişdisə bu haqda mütləq və birmənalı qaydada həmin “sənədə” tərtib etdiyi protokolda istinad etməli və həmin sənəddən nəyi və necə göründüyünü “müəyyən edildiyini” ətraflı izah etməli (yazmalı) idi. Lakin, DƏMX-nin Bakı şəhər İdarəsi "xxxx" MMC-nin inzibati xətanın ümumiyyətlə törədilməsini və "xxxx" MMC-nin təqsirli olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, tərtib etdiyi protokolu əsaslandırarkən isə “Bu fakt müəssisə tərəfindən təqdim edilmiş sənədlər ilə təsdiq edilmişdir.” söz yığımı olan cümləni protokolda yazmaqla kifayətlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin məcəllənin 12.1ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş materiallarından, yəni X1 işə qəbul edilməsinə dair ərizədən, əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişindən dən görünür ki, vətəndaş X11 "xxxx" MMC-i arşında əmək müqaviləsi məhz xx.xx.2023-cü il tarixə bağlanılıb və ən əsası da həmin əmək müqaviləsi məhz həmin gün müvafiq Dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən, DƏMX-nin Bakı şəhər İdarəsi Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassız olduğu və inzibati xəta hadisəsinin ümumiyyətlə törədilmədiyi səbəbindən "xxxx" MMC-i barəsində başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına şahid qismində dindirilmiş X11 göstərdi ki, uzun müddətdir ki, traktor sürcüsü vəzifəsində işləmişdir. 27 mart 2023-cü il tarixdə onun işlədiyi məhdud məsuliyyətli cəmiyyət ləğv edildiyindən o, da ərizə ilə həmin tarixdə Şəxs MMC-yə müraciət edərək traktor sürücüsü vəzifəsinə götürülməsini xahiş etmişdir. O, xx.xx.2023-cü il tarixdən Şəxs MMC-də işləmiş, həmin tarixdən əvvəl isə həmin MMC-də işləməmişdir. Hazırkı işlə bağlı onu heç kim dindirməmiş, izahatını almamışdır. Hazırda da Şəxs MMCdə trator sürücüsü vəzifəsində işləyir. Sürdüyü traktorun nömrəsi 36-T-640 dövlət qeydiyyat nişanıdır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X11 "xxxx" MMC-yə müraciət edərək traktor sürücüsü vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 28 mart 2023-cü il tarixli, 10 saylı Əmrdən çıxarışdan görünür ki, X11 xx.xx.2023-cü il tarixdən Şəxs MMCdə traktor sürücüsü vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Əmək müqaviləsindən görünür ki, Şəxs MMC ilə X11 arasında əmək müqaviləsi bağlanmış, Göygül üzüm sahəsində traktor sürücüsü vəzifəsinə qəbul edilmişdir. Həmin müqaviləyə əsasən iş müddətinin başlanğıcı xx.xx.2023-cü il hesab edilmiş və məzuniyyət üzrə təqvim ili də xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdən vaxtamuzad olaraq traktor sürücüsü işləyir, sistemə daxil edən şəxs X4. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış ərizədən görünür ki, X3 Əmək Müfəttişliyinin X21 Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən Şəxs MMC-də traktor sürücüsü işlədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 19 yanvar 2024cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X11 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək 2023-cü ilin oktyabr ayının əmək haqqlarını gecikdiryini bildirmiş, heç bir ərizədə xx.xx.2023-cü il tarixdən əvvəl Şəxs MMCdə işləməsini qeyd etməmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsindən görünür ki, "xxxx" MMC illə "xxxx" MMC arasında aqroxidmətlər göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2023-cü il tarixli kənd təsərrüfatı texnikası və nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, "xxxx" MMC illə "xxxx" MMC arasında kənd təsərrüfatı texnikası və nəqliyyat vasitəsinin icarəyə verilməsi barədə müavilə imzalanmış, "xxxx" MMC tərəfindən kənd təsərrüfatı texnikaları "xxxx" MMC-yə icraə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2023-cü il tarixli kənd təsərrüfatı texnikası və nəqliyyat vasitəsinin icarə müqaviləsinə 1 saylı əlavədən görünür ki, Aqro-Azərinvest” MMC tərəfindən "xxxx" MMC-yə icarəyə verilmiş kənd təsərrüfatı texnikaları arasında 6-cı sırada 36-T-40 dövlət qeydiyyat nişanlı MT3- 921,4 traktor vardır. Məhkəmə, protokolu, iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinin 26 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokoluu ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin məhkəmədə müəyyən olunan hallarından görünür ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdən X11 ilə əmək müqaviləsi bağlamamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunsuz olaraq, yəni əmək müqaviləsi bağlanılmadan işləməsi qeyd edilən şəxs – X11 barəsində hər hansı məlumat inzibati xəta haqqında araşdırma aparan orqan tərəfindən əldə edilməmişdir. İş materiallarında, habelə protokol tərtib edən orqanda aparılmış araşdırma zamanı müəyyən edilməmişdir ki, ümumiyyətlə X2, nə vaxt, hansı müddət ərzində harada və necə işləmiş, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxslə münasibətləri ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə ən vacib şəxs, yəni qanunsuz işləməsi iddia edilən şəxs dindirilmədən, izahatı alınmadan, şəxsiyyəti müəyyən edilmədən hər hansı inzibati xəta haqqında qərarın qəbul edilməsi qanunsuz olmaqla yanaşı məntiqsiz və əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsi inzibati xəta haqqında qərar qəbul edərkən məhz sırf ehtimal və xəyali olaraq əsaslanmışdır ki, həmin əsaslandırmanı, yəni X6 01 mart 2023-cü il tarixdən əmək müqaviləsi bağlanmadan işlədilməsi barədə hər hansı sübut təqdim etməmiş, habelə bu sahədə hər hansı araşdırma aparmamışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, X11 heç bir şikayətində məhz xx.xx.2023-cü il tarixdən işlməsini qeyd etməmişdir. Eləcə də, şəxs uzun müddətdir ki, fasiləsiz olaraq traktor sürücüsü kimi fəaliyyət göstərir və onun idarə etdiyi traktor ancaq 10 mart 2023-cü il tarixdə işlədiyi müəssisəyə, yəni “Aqro Dost “ MMC verilmişdir ki, belə olan halda da şəxsin 01 mart 2023-cü il tarixdən traktor sürücüsü kimi “Aqro Dost “ MMC-də işləməsi istisna edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında araşdırma aparılarkən qanunvericiliyinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM)-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair təqsiri sübuta yetirilmədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-24/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-24/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver