Məhkəmə qərarları › İş №3(049)-241/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-241/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-241/2025 13.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə iştirakı ilə, xx xxxxxx 1992-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 2 ünvanda yaşayan Şəxs oğlunun barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3130/2022 saylı xx.xx.2022-ci il və 2(011)-4816/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Nümayəndə tərəfindən Şəxs oğlunun barəsində İXM-nin 528.1-ci maddəsi ilə 13 mart 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə bildirmişdir ki, Şəxs oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3130/2022 saylı xx.xx.2022-ci il və 2(011)-4816/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərini icra etməkdən yayınır. Belə ki, il öncə Şəxs iki uşaq üçün ümumilikdə 386 manat aliment pulunun tutulub X5 verilməsi barədə qətnamə qəbul edilmiş, sonradan məhkəmə qətnaməsi ilə həmin məbləğ artırılaraq 470 manat olaraq müəyyən edilmişdir. Hazırda tərəflər arasında aliment məbləği ilə bağlı mübahisə vardır. Belə ki, tələbkar əvvəlki qətamə üzrə 2848 manat, sonrakı qətnamə üzrə 1720 manat olmaqla borclunun ümumilikdə 4568 manat borcunun olmasını bildirir. Borclu isə cəmi 1720 manat borcunun qaldığını bildirir. Tələbkar tərəfindən bank hesabından çıxarışlar təqdim edilir. Rəqəm Borclunun dediklərinə yaxındır. Lakin rəqəmlər tam uyğun deyil. Borclu isə əvvəlki məhkəmə iclasında və hazırda da aliment məbləği artırıldıqdan sonra ödənişlərdə gecikmə olduğunu cəmi 1720 manat borcu olmasını bildirir. Ümumilikdə isə faktiki olaraq borcunun etirafına əsasən ümumilikdə 1720 manat borc müəyyən edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu məhkəmə iclasında bildirmişdir ki, o borcu ödəməkdən imtina etmir. Lakin maddi durumu borcu tam şəkildə icra etməyə imkan vermir. Belə ki, əvvəllər alimentini tam şəkildə ödəmişdir. Lakin son üç ayda ödəniş edə bilməmişdir. Bunun səbəbi isə işləməsinə görə olmuşdur. Tələbkara cəmi 1720 manat aliment borcu vardır. İşlə bağlı məşğulluq idarəsinə müraciət etmişdir. Əvvəllər marketdə işlədiyi zaman əmək haqqı yüksək olmuş və öz işçisi vasitəsi ilə dəfələrlə Milliön aparatından tələbkara aliment ödənişlərini etmişdir. Bu müddətdə aliment borcunu tam şəkildə ödəmişdir. Yalnız son 3 ay ərizində aliment ödəmələrində gecikmə olmuş və əvvəli alimentin artım hissəsində bəzi ödəmələri etməmişdir. Tələbkar tərəfindən 2025-ci ilin əvvəllərində Ləkəran rayon icra və probasiya şöbəsinə müraciət edilmiş və məhkəmədə onun barəsində inzibati xəta haqqında icraat materiallarına xitam verilmişdir. Həmin zaman cəmi bir ayının ödənişin etmədiyinə görə tələbkar şikayət etmişdir. Lakin əgər əvvəldən tələbkarın dediyi qaydada borcu olsa idi, tələbkar onun barəsində çoxdan şikayət etməli idi. Tələbkarın dedikləri tamamilə yalandır. İşlədiyi müddətdə tələbkarın yaşadığı evin kirayə pullarını belə özü ödəmişdir. Barəsində inzibati həbs tənbeh tədbiri barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs oğlu ilə nikahlarından iki azyaşlı övladları vardır. Şəxs aliment borclarını vaxtlı vaxtında ödəmir. Şəxs alimentdən əlavə ödənişlər etməsini qəbul edir. Lakin həmin ödənişlər Şəxs ödəməli olduğu kredit ödənişləri olmuşdur. Belə ki, evli olduqları dövrdə Mirkazım onun qardaşının adına kredit götürmüş və nikahları pozulduqdan sonra da həmin ödənişləri etmişdir. Alimentdən əlavə edilmiş ödənişləri Şəxs aliment ödənişi kimi deyil həmin kredit ödənişindən etmək məqsədi ilə göndərmişdir. Hazırda Şəxs ümumilikdə 4568 manat aliment borcu vardır. Borclu barəsində həblə bağlı inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3130/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs ilə X7 arasında nikah qeydi pozulmuş, xx.xx.2018 təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 anaları X2 himayəsində saxlanılmış, adları çəkilən hər iki azyaşlı yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X4 verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 011)-4816/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3130/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2018 təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməli, Şəxs 30,08 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, 50 manat mediasiya xərci Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 3(049)-56/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə Şəxs aliment borcu ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, Lənkəran Rayon Məhkəməsinin 3(049)-56/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının əsaslandırma hissəsində borclunun bir aylıq ödənilməmiş aliment borcu, alimentin artırılmasına münasibətdə 210 manat aliment borcu və 50 manat mediyasiya xərci olması qeyd edilmiş, 2025-ci ilin fevral və mart ayları üzrə 470 manat aliment ödənişlərinin edilməməsi nəzərə alındıqda 470+210+50+940=1670 manat aliment borcunun olması müəyyən edilir. Qeyd edilənlərdən əlavə xx.xx.2025-ci il tarixdə borclu tərəfindən 50 manat ödəniş edilmişdir. Borclu isə hazırda tələbkara 1720 manat borcunun olmasını qeyd edir. Məhkəmə ziddiyyətli aliment borcuna münasibətdə hesab edir ki, nə qədər ki, aliment borcunun miqdarı ilə bağlı tərəflər arasında mübahisə var və bu konkret sübut edilmir, borclunun 1720 manat aliment borcunu etiraf etməsi əsas kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8(səkkiz gün) müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «13» mart 2025-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar