Məhkəmə qərarları › İş №3(049)-245/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-245/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-245/2025 03.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Lənkəran şəhər sakini X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 600 manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. O, xarici ölkədə olduğu vaxt onu qanunsuz olaraq cərimə etmişlər. Həmin vaxt o, ölkədə olmamış, inzibati xətadan da xəbəri olmamışdır. O, heç kimə ziyan vurmamış və ya qanunsuz iş görməmişdir. Azərbaycan Respublikasına qayıdıb gələndə onun adına 600 manat cərimə yazıldığını bilmişdir. Halbuki, həmin cərimədən xəbərsiz olmuşdur. Cərimə ilə bağlı ilk məktubu xx.xx.2025-ci il tarixdə almışdır. O, Lənkəran rayon İcra və Probasiya şöbəsinə gəlmiş və onu işlə tanış edərək bildirmişlər ki, 600 manat cərimə edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmiş, xx.xx.2025-ci il tarixdə sənədlərin surətlərini əldə etmişdir. Qeyd olunan cərimə qərarının ləğv edilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Ceyhun Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 hazırki iş üzrə X1 şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin rəhbəri Təbriz Surxayev tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət göndərilərək həmin şirkətin ofisinin arxa tərəfində yerləşən, ofisə aid olan çirkab sularının axıdılması üçün qazılan quyunun Lənkəran şəhəri Zərifə Əliyeva küçəsi ev 96 ünvanında yaşayan İbadət Muradov tərəfindən tullantılardan (qum, çınqıl, daş, kəsək və sement) ibarət beton tərkibli vasitələrlə doldurulduğu bildirilmiş və bu barədə tədbir görülməsi xahiş edilmişdir. Həmin məlumat əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən şikayətçi Təbriz Surxayevin iştirakı ilə qeyd olunan əraziyə baxış keçirilərkən "xxxx" ASC-nə aid çirkab sularının müvəqqəti saxlanılmasından ötrü yaradılmış dairəvi beton su yığıcının (anbar) daş parçaları ilə doldurulduğu müəyyən edilmişdir. Barəsində şikayət olunan şəxs İbadət Muradovdan bununla bağlı izahat verməsi tələb ediləndə o, izahat verməkdən imtina etmişdir. Əraziyə baxış keçirilməsinin nəticələrinə dair xx.xx.2023-cü il tarixli 78957 nömrəli akt tərtib olunmuş və fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. Yol verilmiş qanun pozuntusunun qeydə alınması ilə bağlı videogörüntülər də mövcuddur. Həmin akt əsasında xx.xx.2023-cü il tarixdə İbadət Muradova ətraf mühitin mühafizəsi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün məcburi göstəriş məktubu göndərilmiş, eyni zamanda, ona inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. X8 beton su yığıcının (anbar) daş parçalarından təmizlənməsini təmin etməmişdir. "xxxx" ASC-nin rəhbəri Təbriz Surxayevin müraciəti əsasında qeyd olunan əraziyə xx.xx.2023-cü il tarixdə yenidən baxış keçirilərkən "xxxx" ASC-nə məxsus beton su yığıcının (anbar) əvvəlki vəziyyətdə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş qanun pozuntusu ilə bağlı xx.xx.2023-cü il tarixli 82219 nömrəli akt və həmin tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş aktın və protokolun İbadət Muradovun iştirakı ilə müzakirə edilməsi məqsədi ilə ona məktub göndərilərək xx.xx.2023-cü il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməli olduğu qeyd edilmişdir. X9 həmin vaxtda qeyd olunan ünvana gəlməmişdir. xx.xx.2023-cü il tarixli 82219 nömrəli akt və həmin tarixli ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi (hazırda rəisi) Ceyhun Hüseynov tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən İbadət Muradov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən 600 manat miqdarında inzibati cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli 82219 nömrəli aktda İbadət Muradovun araşdırmada iştirak etməkdən və akta imza etməkdən imtina etdiyi yanlış olaraq qeyd edilmişdir. Belə ki, İbadət Muradov akt tərtib edilərkən orada olmamış, ona göndərilən bildirişlərin də şəxsən alınması barədə xəbərnamələrdə olan qeydlərlə əlaqədar dəqiq məlumatı yoxdur. İbadət Muradov inzibati cərimə məbləğini könüllü olaraq ödəmədiyinə görə inzibati tənbeh vermə haqqında qərar məcburi icraya yönəldilmişdir. İbadət Muradov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin aşağı həddində cərimə edilmişdir. İbadət Muradovun 600 manat miqdarında inzibati cərimə edilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmişdir. Ona görə də İbadət Muradovun şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla İbadət Muradovun şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş AZE 16461784 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İbadət Muradov xx.xx.1965-ci il tarixdə ünvan 3 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizənin surətindən müəyyən edilir ki, İbadət Muradov həmin tarixdə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və həmin qərarın verilməsi üçün əsas olmuş sənədlərin əldə edilməsi üçün 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmiş, həmin ərizədə o, qeyd olunan sənədləri xx.xx.2025-ci il tarixdə əldə etdiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məcburi göstəriş məktubunun surətində xx.xx.2023-cü il tarixli 78957 nömrəli akt əsasında xx.xx.2023-cü il tarixdə İbadət Muradova ətraf mühitin mühafizəsi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün məcburi göstəriş məktubu göndərildiyi, eyni zamanda, ona inzibati məsuliyyət barədə xəbərdarlıq edildiyi qeyd edilmişdir. Həmin məcburi göstərişin İbadət Muradova göndərilməsinə aid xəbərnamədə məktubu xx.xx.2023-cü il tarixdə “Şəxsən” qrafasında imza etməklə “Muradov” soyadlı şəxsin qəbul etdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 82219 nömrəli aktın surətindən görünür ki, "xxxx" ASC-nin rəhbəri Təbriz Surxayevin müraciəti əsasında ünvan 4 ünvanına yenidən baxış keçirilərkən "xxxx" ASC-nə məxsus beton su yığıcının (anbar) əvvəlki vəziyyətdə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş qanun pozuntusu ilə bağlı akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 82219 nömrəli akt əsasında İbadət Muradovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolun İbadət Muradova göndərilməsinə aid olduğu bildirilən xəbərnamədə məktubu xx.xx.2023-cü il tarixdə “Şəxsən” qrafasında imza etməklə “Muradov” soyadlı şəxsin qəbul etdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli “Xidməti məruzə” adlı müraciətdə İbadət Muradovun xx.xx.2023-cü il tarixli məcburi göstərişin tələblərinə əməl etmədiyi, bununla bağlı akt və inzibati xəta haqqında protokol tərtib edildiyi, eyni zamanda, araşdırma müddətində İbadət Muradovun ailə üzvləri tərəfindən onun rayon ərazisində olmadığının bildirildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İbadət Muradov xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 600 manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında tətbiq edilmiş inzibati cərimə məbləğinin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə İbadət Muradova məktub göndərilmiş, əks təqdirdə qərarın məcburi icraya yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin məktubun İbadət Muradova göndərilməsinə aid xəbərnamədə məktubu xx.xx.2023-cü il tarixdə “Şəxsən” qrafasında imza etməklə “Muradov” soyadlı şəxsin qəbul etdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məcburi icraya yönəldilərək Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə Lənkəran rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin icra qurumu tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cərimə məbləğinin ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə İbadət Muradova xəbərdarlıq-bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş C03756906 nömrəli pasportun surətindən, həmçinin “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, Muradov İbadət 2023-cü il ərzində xx.xx.2023-cü il tarixdə ölkə ərazisini tərk etmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazisinə qayıtmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslərə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslərə üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, "xxxx" ASC-nin rəhbəri Təbriz Surxayevin müraciəti əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanına baxış keçirilməsinin nəticəsi olaraq "xxxx" ASC-nə məxsus beton su yığıcının (anbar) daş parçaları ilə doldurulduğu aşkar edilmiş və bununla bağlı həmin tarixdə akt tərtib edilmişdir. Qeyd olunan akt əsasında İbadət Muradovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək xx.xx.2023-cü il tarixdə 600 manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanına baxış keçirilən zaman İbadət Muradov qeyd olunan ərazidə olmamış, ümumiyyətlə, o, həmin vaxtlarda Azərbaycan Respublikasının ərazisindən kənarda olmuşdur. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hazırki məhkəmə iclasında iştirak edən nümayəndəsi yol verilmiş qanun pozuntusunun qeydə alınması ilə bağlı videogörüntülərin mövcud olduğunu bildirsə də, məhkəməyə hər hansı videogörüntü təqdim edilməmişdir. Məhkəməyə təqdim edilən fotoşəkillər isə qeyd edilən inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirməməklə, inzibati xəta hadisəsi mövcud olsaydı belə, həmin xətanın məhz İbadət Muradov tərəfindən törədildiyini sübuta yetirmir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə əraziyə baxış keçirilməsinin nəticələrinə dair tərtib edilən aktların, xx.xx.2023-cü il tarixli məcburi göstərişin, xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın İbadət Muradova göndərilməsinə dair məktublarun ona real olaraq çatdırılmasını, başqa sözlə, İbadət Muradovun onun barəsində başlanmış inzibati icraat barədə məlumatlı olmasını təsdiq edə biləcək hər hansı sübut da iş materiallarında mövcud deyildir. Belə ki, həmin məktublara aid xəbərnamələrdə bu məktubları “Şəxsən” qrafasında imza etməklə “Muradov” soyadlı şəxsin qəbul etdiyi qeyd edilmiş olsa da, İbadət Muradovun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək faktiki olaraq ölkə ərazisində olmadığı mötəbər sübutlarla müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, İbadət Muradov onun barəsində başlanmış inzibati icraat barədə qanunamüvafiq qaydada məlumatlandırılmamış, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olaraq inzibati icraatın gedişində və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi zamanı onun iştirakı təmin edilməmiş, qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etmək imkanı yaradılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.2 - 100.4-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin əsaslara görə məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolda və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan xüsusatlar ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının İbadət Muradov tərəfindən yerinə yetirilməməsi faktını təsdiq etməyə əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. X3 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 82219 nömrəli aktdan və həmin tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan, həmin protokol əsasında inzibati tənbeh edilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərardan narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini heç kimə ziyan vurmadığı və ya qanunsuz iş görmədiyi, ölkə xaricində olduğu zaman qanunsuz olaraq cərimə edildiyi, onun adına 600 manat cərimə yazıldığını Azərbaycan Respublikasına qayıdıb gələndə bildiyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən isə İbadət Muradov tərəfindən, həqiqətən də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verildiyi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda, X3 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın onun iştirakı ilə qəbul edilməsi, qərar qəbul ediləcəyi barədə onun əvvəlcədən və vaxtında məlumatlandırılmış olması barədə də 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilsə də, işin faktiki hallarından X5 rayon İcra və Probasiya şöbəsi tərəfindən bildiriş-xəbərdarlıq aldıqdan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsmi müraciət etməklə, xx.xx.2025-ci il tarixdə həmin qərarı əldə etdiyi müəyyən edilir. Hazırda mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın, həmin qərarı qəbul etmiş inzibati orqan tərəfindən İbadət Muradova qeyd olunan tarixdən daha əvvəl göndərildiyi (rəsmi qaydada verildiyi) barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, İbadət Muradov həmin qərardan şikayət vermək üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulan müddəti də keçirməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq edilməmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla da təsdiq olunmamışdır. Ona görə də X3 xx.xx.2023-cü il tarixli ******* inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati və ya maddi məsuliyyət daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X1 inzibati xəta törətməsi sübuta yetirilmədiyindən onun barəsində xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106- 115, 117, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X1 şikayəti təmin edilsin. X1 xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 600 manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar