Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-246/2025 14.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu Azərbaycan Respublikasının Qida X1-Astara Regional bölməsi tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X7 tərəfindən verilmiş şikayəti baxılmağa hazırlayarkən, MÜƏYYƏNETDİM: X2 Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Qida X1-Astara Regional bölməsi tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək həmin qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsi və ona əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. O cümlədən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs şikayət ərizəsində X7 Azərbaycan Respublikasının Qida X1-Astara Regional bölməsi tərəfindən xx.xx.2024cü il tarixdə Lənkəran şəhəri Ləvəngi dairəsi ərazisində ona məxsus soyuducu anbarına baxış keçirilərək inzibati protokol tərtib edildiyini, bundan sonra səhətində yaranmış ciddi problemlərlə əlaqədar bu barədə ətraflı maraqlanmadığını, xx.xx.2025-ci il tarixdə ona Lənkəran rayon İcra və Probasiya şöbəsindən məktub gəldikdən sonra inzibati qaydada məsuliyyətə cəlb edildiyini, həmin qərarı isə xx.xx.2025-ci il tarixdə əldə etdiyini bildirmişdir. Ərizəyə əlavə edilmiş vəsatətdə Vüqar İbadov şikayət müddətini ötürməsi ilə bağlı prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Azərbaycan Respublikası İXM-in 130-cu maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi şikayətçi X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürmüşdür, həmin halların ondan aslı olmayan səbəbdən baş verməsini isə təsdiq edən sübutları, yəni inzibati tənbeh vermə haqqında qərarı nə vaxt əldə etdiyini təsdiq edəcək sübutları da ərizəyə əlavə etməlidir. Həmçinin əgər üzrlü səbəbdən bu müddəti buraxmışdırsa bununla bağlı ilk öncə qərarı tərtib etmiş orqan qarşısında şikayət vermə müddətinin bərpası ilə bağlı vəsatət də qaldırmamışdır. Odur ki, şikayət ərizəsi və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X4 Azərbaycan Respublikasının Qida X1-Astara Regional bölməsi tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarından Lənkəran Rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi və əlavə edilmiş sənədlər ona qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-246/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-246/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver