Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-25/2024 09.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu X3 tərəfindən Lənkəran Şəhər Rayon X4 X6 vəzifəli şəxsinin inzibati xəta haqqında qərarından verilmiş şikayəti baxılmağa hazırlayarkən, müəyyən etdim: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Lənkəran Şəhər Rayon X4 X6 rəisinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsinin məzmunundan və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, şikayətdə mübahisələndirilən xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati xəta haqqında qərar şikayət vermiş şəxs X1 barəsində deyil, X2 barəsində qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Yuxarıda qeyd edilən qanunvericilik normasından müəyyən edilir ki, qanunvericilikdə inzibati tənbeh tətbiq etmə haqqında qərardan yalnız barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin məhkəməyə şikayət etmək hüququ təsbit edilmişdir. Hazırki inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs tərəfindən deyil, digər şəxs tərəfindən məhkəməyə verilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normasına əsasən, mübahisələndirilən inzibati xəta haqında qərardan şikayət buna hüququ olmayan şəxs tərəfindən məhkəmə verilmişdir və bu səbəb həmin şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Lənkəran Şəhər Rayon X4 X6 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-25/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-25/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver