Məhkəmə qərarları › İş №3(049)-251/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-251/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-251/2025 17.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə AR DİN Şirvan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: DİN BDYPİ tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli İXP ******* saylı nömrəli inzibati xəta haqqında protokol üzrə 3(049)- 251/2025 nömrəli material hazırlıq mərhələsində araşdırılarkən müəyyən edildi ki, Şəxs törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati protokollar xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan protokollar tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilməlidir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin icraatında, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol üzrə 3(049)-249/2025 nömrəli inzibati xətaya dair iş vardır. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, işlərin baxılması Lənkəran Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə aiddir, işlərin baxılmasını istisna edən hallar yoxdur, protokol və işin digər materialları qanunun tələblərinə uyğun tərtib edilmişdir, icraatı rədd edən hallar yoxdur, işlərə mahiyyəti üzrə baxılmasının başlanması üçün sübutlar toplanmışdır, iş üzrə vəsatətlər və etirazlar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol üzrə 3(049)-251/2025 saylı inzibati xətaya dair işə və İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol üzrə 3(049)-249/2025 saylı inzibati xətalara dair işə 3(049)-249/2025 daxil olma nömrəsi altında bir icraatda birləşdirilərək baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2, 106 və 109-cu maddələrinə əsasən, QƏRARA ALDİM : Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə AR DİN Şirvan Şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol üzrə 3(049)-251/2025 saylı inzibati xətaya dair iş, İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli protokol üzrə 3(049)-249/2025 saylı inzibati xətaya dair işlə bir icraatda birləşdirilsin və həmin işə 3(049)-249/2025 saylı nömrə ilə baxılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar