Məhkəmə qərarları › İş №3(049)-252/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-252/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-252/2024 14.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Türkiyə Respublikasının İzmir şəhərində yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(106)-1041/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 14 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra X3 bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(106)-1041/2020 saylı, 04 avqust 2020-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs övladı 30 avqust 2013-cü il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü 10:00-dan 17:00-dək və bazar günü saat 10:00-dan 17:00-dək, eləcə də uşağın ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarında bir gün saat 10:00-dan 17:00-dək görüş hüququ təmin edilmişdir. Müvafiq icra sənədi üzrə xx.xx.2020ci il tarixdə icraata başlanılmışdır. Tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Daha sonra icraata daxil olmuş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 3252/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Zərərçəkmiş şəxs razılığı olmadan 30 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anası Şəxs ilə Azərbaycan Respublikası ərazisindən müvəqqəti olaraq kənara getməsinə icazə verilmiş, iddiaçı Şəxs üzərinə uşağı ölkədən çıxararkən getmə vaxtı, müddəti, istiqaməti və məqsədi barədə cavabdeh cavabdeh Zərərçəkmiş şəxs məlumat verməsi öhdəliyi qoyulmuşdur. Həmin icra vərəqəsi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmışdır. X2 atası ilə görüşməsi ilə bağlı iki dəfə icra qurumunda icra hərəkəti həyata keçirilmiş lakin uşaq atası ilə görüşdən imtina etmişdir. Borclu Şəxs xx.xx.2021-ci il tarixdə icra qurumunda verdiyi iltizamda 15-20 gün müddətinə ölkəni övladı ilə birlikdə müvəqqəti tərk edəcəyini bildirsə də, Türkiyə Respublikasına gedərək ölkəyə qayıtmamışdır. Borclunun ünvanına dəfələrlə xəbərdarlıq göndərilmiş, eləcə də onun axtarılması barədə qərar qəbul edilmişdir. Tələbkardan hər ay icra qurumunun depozit hesabına aliment tutulur. Borclunun axtarılması barədə qərar icra edilərək o, icra qurumuna təhvil verilmişdir. Şəxs xx.xx.2024cü il tarixdə icra qurumunda verdiyi izahatda Türkiyə vətəndaşı ilə ailə həyatı qurduğunu, uşağı X2 hazırda Türkiyədə olduğunu, onun atası Zərərçəkmiş şəxsla görüşmək istəmədiyini, uşağı ölkəyə gətirmək fikri olmadığını, uşağı və yeni ailəsi ilə birlikdə Türkiyənin İzmir şəhərində yaşamaq istədiyini, bu ilin sentyabr ayında özü və oğlunun Türkiyə Respublikası vətəndaşlığına qəbul ediləcəyini bildirmişdir. Borclu Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(106)-1041/2020 saylı, 04 avqust 2020-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs övladı 30 avqust 2013-cü il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü 10:00-dan 17:00-dək və bazar günü saat 10:00-dan 17:00dək, eləcə də uşağın ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarında bir gün saat 10:00-dan 17:00-dək görüş hüququ təmin edilmişdir. X1 atası ilə görüşməsi ilə bağlı iki dəfə icra qurumunda icra hərəkəti həyata keçirilmiş lakin uşaq atası ilə görüşdən imtina etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3252/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Zərərçəkmiş şəxs razılığı olmadan 30 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onunla Azərbaycan Respublikası ərazisindən müvəqqəti olaraq kənara getməsinə icazə verilmiş, onun üzərinə uşağı ölkədən çıxararkən getmə vaxtı, müddəti, istiqaməti və məqsədi barədə cavabdeh cavabdeh Zərərçəkmiş şəxs məlumat verməsi öhdəliyi qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə icra qurumunda verdiyi iltizamda 15-20 gün müddətinə ölkəni övladı ilə birlikdə müvəqqəti tərk edəcəyini bildirsə də, Türkiyə Respublikasına gedərək ölkəyə qayıtmamışdır. Türkiyə Respublikası vətəndaşı ilə nikaha daxil olaraq uşaq dünyaya gətirmişdir. Oğlu Ağacəfər hazırda Türkiyənin İzmir şəhərindədir. X7 təhsil alır, atası Zərərçəkmiş şəxsla görüşmək istəmir, oğlu Ağacəfəri ölkəyə gətirmək fikri yoxdur, bu ilin sentyabr ayında özü və oğlu Türkiyə Respublikası vətəndaşlığına qəbul ediləcəkdir. Türkiyə Respublikasına getdikdən sonra ölkəyə qayıda bilməməsi Türkiyə vətədaşı ilə nikaha daxil olaraq uşaq dünyaya gətirməsi və oğlu Ağacəfərin Türkiyə Respublikasında məktəbə getməsi ilə bağlı olmuşdur. Barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs şikayətçidir, Şəxs onların birgə nikahından doğulmuş Ağacəfər adlı uşağa birdəfəlik Türkiyə Respublikasına aparmaqla oğlu ilə onun arasında olan valideyn-övlad bağlarını qoparmış, uşağı xarici ölkəyə daimi aparmaqla Lənkəran Rayon Məhkəməsinin 2(106)-1041/2020 saylı, 04 avqust 2020-ci il tarixli icra vərəqəsinin icrasını mümkünsüz etmişdir. Buna baxmayaraq o, hər ay icra qurumunun depozit hesabına mütəmadi aliment ödənişlərini edir. Şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(106)-1041/2020 saylı, 04 avqust 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs övladı 30 avqust 2013-cü il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü 10:00-dan 17:00-dək və bazar günü saat 10:00-dan 17:00-dək, eləcə də uşağın ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarında bir gün saat 10:00-dan 17:00-dək görüş hüququ təmin edilmişdir xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3252/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Zərərçəkmiş şəxs razılığı olmadan 30 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anası Şəxs ilə Azərbaycan Respublikası ərazisindən müvəqqəti olaraq kənara getməsinə icazə verilmiş, iddiaçı Şəxs üzərinə uşağı ölkədən çıxararkən getmə vaxtı, müddəti, istiqaməti və məqsədi barədə cavabdeh cavabdeh Zərərçəkmiş şəxs məlumat verməsi öhdəliyi qoyulmuşdur. xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3252/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Lənkəran ŞİHB Aparatı Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi ilə X4 ilə profilaktik söhbət aparılmış, lakin uşaq atası ilə görüşməkdən qəti şəkildə imtina etmişdir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(106)-1041/2020 saylı, 04 avqust 2020-ci il tarixli icra vərəqəsi və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3252/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış qərarı qəbul edilmişdir. Şəxs icra qurumunda xx.xx.2024-cü il tarixdə verdiyi izahatından görünür ki, o, Türkiyə vətəndaşı ilə ailə həyatı qurduğunu, uşağı X2 hazırda Türkiyədə olduğunu, onun atası Zərərçəkmiş şəxsla görüşmək istəmədiyini, uşağı ölkəyə gətirmək fikri olmadığını, uşağı və yeni ailəsi ilə birlikdə Türkiyənin İzmir şəhərində yaşamaq istədiyini, bu ilin sentyabr ayında özü və oğlunun Türkiyə Respublikası vətəndaşlığına qəbul ediləcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və zərərçəkmiş şəxsin izahatları, icra məmurunun məlumatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs izahatının «Türkiyə Respublikasına getdikdən sonra ölkəyə qayıda bilməməsinin Türkiyə vətədaşı ilə nikaha daxil olaraq uşaq dünyaya gətirməsi və oğlu Ağacəfərin Türkiyə Respublikasında məktəbə getməsi ilə bağlı olması» barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər inzibai məsuliyyətdən boyun qaçırmağa yönəlmiş dəlillərdir və Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə və sonuncunun inzibati məsuliyyətdən azad edilməsinə əsas olan hal kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş, zərərçəkmiş şəxsin onunla birgə nikahından doğulmuş Ağacəfər adlı uşaqla ünsiyyətdə olmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmasına və uşağın atasının icazəsi olmadan uşaqla birlikdə Azərbaycan Respublikası ərazisindən müvəqqəti olaraq kənara getməsinə icazə verilməsinə dair məhkəmə qərarı mövcud olmasına baxmayaraq, Şəxs faktiki olaraq daimi əsaslarla uşağı ölkədən çıxarmaqla Lənkəran Rayon Məhkəməsinin 2(106)-1041/2020 saylı, 04 avqust 2020-ci il tarixli icra vərəqəsinin icrasını qeyri-mümkün etmiş, beləliklə məhkəmə qətnaməsini icra etməkdən qərəzli şəkildə boyun qaçırmaqla İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 32.1.3-cü maddəsinə əsasən Şəxs himayəsində yetkinlik yaşına çatmayan və azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağarlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar