Məhkəmə qərarları › İş №3(049)-259/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-259/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-259/2025 01.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X3 iştirakı ilə, Şikayət verən şəxs: X2, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 17 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X2 ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 17 mart 2025-ci il tarixli, EQ 26722551 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə özünə məxsus **-TE- *** dövlət qeydiyyat nişanlı. “Mercedes” markalı nəqliyyat vasitəsi ilə Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun Lənkəran rayonun Velədi kənd ərazisindən keçən hissəsində hərəkətdə olarkən onun mobil telefonunda olan "SMS RADAR" proqramına meaj gəlmiş ki, guya sürət həddini 41-60 km/saat həddində aşmışdır. Bununla bağlı ona 200 manat məbləğində cərimə yazılmış və 3 bal hesablanmışdır. Bundan sonra o həmin avtomobil yolunda sürət həddinin nə qədər olması ilə bağlı qeyd edilən yolda sürət həddinin göstərildiyi qadağanedici yol nişanının qarşısına gəlmiş və bu vaxt görmüş ki, orada sürət həddi maksimum 60 km.saat kimi göstərilmişdir. Lakin SMS radar proqramına gəlmiş mesajda isə onun 92 km.saat sürət ilə hərəkət etdiyi qeyd edilmişdir. Deməli əgər orada sürət həddi 60 km.saatdırsa deməli o, 30-40 km.saat həddini aşmış və bununda cəriməsi 50 manatdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində qeyd edilmişdir ki. sürət həddinin 21-40 km.saat həddində aşı İmasına görə 50 manat məbləğində cərimə edilir. Lakin tərtib edilmiş qərardadan görünür ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. O, isə ümumiyuyətlə heç vaxt sürət həddini aşmamışdır. Belə ki, o, Bakı-Lənkəran istiqamətində taksi fəaliyyətini həyata keçirərək ailəsinin dolanışığını təmin edir. Belə ki, o yolda sürət həddi 110 km/saat olsada o isə maksimum-80-90 km/saat sürətlə hərəkət edir. Ona görə də tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Onun barəsində Baş Dövlət Yol Polis İdarəsinin E-Patrul xidmətinin VVC-MC800P modelli xx.xx.2025-ci il tarixli, EQ 26722551 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X2 bildirdi ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus 77- TE-862 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı nəqliyyat vasitəsi ilə Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun Lənkəran rayonun Velədi kənd ərazisindən keçən hissəsində hərəkətdə olarkən onun mobil telefonunda olan "SMS RADAR" proqramına meaj gəlmiş ki, guya sürət həddini 41- 60 km/saat həddində aşmışdır. Bununla bağlı ona 200 manat məbləğində cərimə yazılmış və 3 bal hesablanmışdır. Hesab edir ki, ona görə də tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Onun barəsində Baş Dövlət Yol Polis İdarəsinin E-Patrul xidmətinin VVC- MC800P modelli xx.xx.2025-ci il tarixli EQ 26722551 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə, habelə iş üzrə sübutları təqdim edilməsi üçün məhkəmə bildirişi, qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə çatdırılmasına baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, qərarından şikayət verilən orqanı məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək şikayətə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 17 mart 2025-ci il tarixli, EQ 26722551 nömrəli protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 200 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətə əlavə edilmiş EQ 26054102 nömrəli protokolun elektron portal məlumatlarından müəyyən olunur ki, X2 xx.xx.2025-ci il tarixdə -3, E-119, AH-8 Ələt- Astara-İran yolu, 204 km-də yolda müəyyən edilmiş hərəkət sürətini (50 km/saat) 92 km/saat sürətlə hərəkət etməklə sürət həddində aşmışdır. İXM-nin 328.3-cü maddəsinin tələbinə görə yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə- iki yüz manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-nin 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır. İXM-nin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. İXM-nin 93.3-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. İXM-nin 122.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. “X5” Azərbaycan Respublikası Qanunun 83-cü maddəsinin İİ hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi qanunvericilik konkret olaraq yol hərəkəti təhlükəsizliyi əleyhinə törədilmiş inzibati xətaların aşkar edilməsini videomüşahidə aparılmaqla müəyyən edilməsini, habelə vizual müşahidə nəticəsində aşkar edildikdə belə həmin halların xüsusi texniki vasitələr vasitəsi ilə inteqrasiyasını təsbit etmişdir. Məhkəmə iclasında araşdırılan şikayətdən müəyyən olunur ki, şikayət verən şəxs inzibati xətanın baş vermədiyini, həmin süurətlə hərəkət etmədiyini bildirib, həmin xətaya dair videogörüntünü tələb etmişdir. Məhkəmə tərəfindən iştirak edən şikayət verilən orqanın nümayəndəsinə iş üzrə sübutları- konkret halda videogörünütünü təqdim etməsi təklif edilmiş, lakin sübutların məhkəməyə təqdim edilməməsi ilə yanaşı qərar qəbul edən orqanın nümayəndəsi də məhkəmədə iştirak etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, yəni inzibati xəta haqqında sübutlar mübahisələndirildiyindən inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 17 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 17 mart 2025-ci il tarixli, EQ 26722551 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar