Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-26/2025 10.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar şəxs Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, AGBANK ASC-də mütəxəssis işləyən, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra Şöbəsinin icra Nümayəndə izahat verərək bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı X7 ilə hər həftənin bazar günü saat 9:00-dan 21:00-dək, eləcə də uşağın ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının səhəri günü saat 10:00-dan 20:00-dək ünsiyyət hüququ verilmişdir. İcra vərəqəsi daxil olduqdan sonra müvafiq icra tədbirləri görülmüş, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. 2022-2023-cü ildə protokollaşdırlıb, bir dəfə 2023-cü ildə cərimələnib. İki dəfə protokol verilib, xitam olunub, sonuncu dəfə sentyabr ayında protokol verilmiş, lakin icraata xitam verilmişdir. Hazırki protokolla bağlı göstərmişdir ki, 03 noyabr 2024-cü il tarixdə tələbkar uşağın görüşüdürülməsi ilə bağlı tələb etdikdə borclu, İnci Süleymanınn hərarətinin yüksək olduğunu bildirmiş və tələbkarla uşaq görüşdürülməmişdir. Borclu tərəfindən ona zəng edilərək bildirilmişdir ki, tələbkar təxirə salınmaz təcilli tibbi yardımı çağırmışdır. Uşağın psixoloji problemi olması və komissiyya təşkil olunacağı bildirildiyi üçün 01 dekabr 2024-cü il tarixli görüş baş tutmamışdır. Borclu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komisiyyasına müraciət etmiş, daha sonra 3 dekabr 2024-cü il tarixdə təyinat verilərək, 6 dekabr 2024-cü il tarixdə komissiya təşkil olunmuşdur. Həmin gün borclunun, tələbkarın, onun, İcra Şöbəsinin rəis müavinin, Qəyyumluq və Himayəçilik orqanın nümayəndəsi X4, Unicefin Lənkəran şəhəri üzrə 2 nümayəndəsinin iştirakı ilə birgə iclas keçirilmişdir. Həmin vaxtı uşaq da icra şöbəsində görüşdə iştirak etmiş, uşaqla psixoloji söhbət aparılsa da, uşağı atası ilə görüşməmiş və onu israrlı fikrindən daşındırmaq mümkün olmamış, onların (Unicefin) nümayəndələrinin fikrinə görə uşağa psixoloji yardım göstərilməsi tövsiyə olunmuşdur. 08 dekabr, 15 dekabr, 22 dekabr 2024-cü il tarixlərdə tərtib olunmuş aktlar eyni məzmunludur. Belə ki, uşaqla görüşün baş tutma səbəbi azyaşlının “Duyğu” sosial psixoloji rabitə mərkəzində psixoloji yardım alması ehtiyacı olmuşdur. Sonuncu akt (29 dekabrlı akt – 29 dekabr tərtib oluna bilməmişdir) 6 yanvar 2025-ci il tarixdə tərtib olunmuş, o, borcluya mobil telefon vasitəsi ilə uşağın atası ilə görüşün təmin olunmasını bildirilmiş, borclu isə uşağın görüşmək istəmədiyini bildirib, onun telefonuna video göndərmişdir və həmin gün görüş mümkün olmamışdır. 3 yanvar 2025-ci il tarixdə və 5 yanvar 2025-ci il tarixdə uşaqla ata Zərərçəkmiş şəxs görüşü baş tutmuşdur. Lənkəran Rayon İcra Şöbəsinin icra Nümayəndə çıxış edərək, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 1-ci dəfə, yəni 03 noyabr 2024-cü il tarixdə İnci Süleymanla atası Zərərçəkmiş şəxs görüşünün olmama səbəbi uşağın yüksək tempuratoru (37.6) - xəstəliyi olub, yəni ki, uşağ xəstə olsa da, o, Zərərçəkmiş şəxsı çağırıb, evə dəvət eləyib, Zərərçəkmiş şəxs evə gəldikdən sonra uşağın yüksək tempuratorda hərarətinin olmadığını bildirmiş, daha sonra isə Təxirə salınmaz X11 çağırmışdır. Həmin vaxtı video görüntü özü tərəfindən çəkilmişdir. X3 Yardımın arayışında uşağın hərarətini göstərilsə də, atası yenə də uşağı özüylə aparmaqla israr etmiş, lakin o isə icazə vermədiyi üçün atası həmin gün uşağı özü ilə aparmamışdır, buna səbəb isə uşağın yüksək hərarətlə aparıldığı təqdirdə bunun məsuliyyəti olması, narahat olması ilə bağlı olmuşdur. Ondan sonra 2 dəfə, noyabr ayı ərzində görüş olmuş, 2-ci görüşdən sonra uşaq görüşmək istəmədiyini, onu döyüb, incitdiklərini, harasa getmək istədikdə onu aparmaq istəmədiklərini və.s. bildirmişdir. İcra məmuruna, icra şöbəsinin rəisinə və.s bildirsə də, ona bildirilmişdir ki, icra vərəqəsinə əsasən uşaq məcbur getməlidir, o da məcbur qaldığı üçün məhkəmə qərarının icrasından yayına bilməyib. Bir dəfə də uşağ gəlib getmək istəmədiyini bildirib şiddətlə ağlayaraq israr etmiş, o, bununla bağlı icra məmuru ilə danışmaq istəsə də, icra məmuru məhkəmə qərarına əsasən məcburən uşağı görüşdürməli olduğunu deyəcəyini bildiyi üçün o da video çəkmişdir ki, sübut kimi olsun və atası Zərərçəkmiş şəxsı da çağırıb uşağın getmək istəmədiyini onunla söhbət edib başa salaraq aparmasını demişdir. Zərərçəkmiş şəxs isə İnci Süleymanı ağlada-ağlada maşına salmışdır. Həmin vaxt çəkilmiş görüntüləri də məhkəməyə təqdim edir. Həmin vaxtı onun qabağını da kəsməyə çalımışlar ki, video çəkə bilməsin. Bu hadisədən sonra gəlib, icra məmuruna uşağı məcburən apardıqlarını bildirmiş, bundan sonra ona bildirmişlər ki, əvəllcədən bildirilməli idi, ona görə əvvəllcədən məlumat verəsə də, heçbir şey etməyəcəklər. Uşaq görüşün sabahısı şok, mat vəziyyətdə evə gəlmiş, travma almış, hətta uşağın müəllimi tərəfindən ona uşağın məktəbdə sakit, mat vəziyyətdə oturduğu bildirilmişdir. Bu hadisənin növbəti həftəsi 2024-cü ilin noyabr ayının sonlarında 1-ci gün icra şöbəsinin rəisi Davud Ağayevin qəbuluna girmiş, uşağın travma aldığını bildirmişdir. O buna çarə olunmasını, uşağın məcburi olaraq aparıldığını bildirmiş, bundan sonra isə, icra şöbəsinin rəisi Davud Ağayev icra məmuru Nümayəndə da bildirmişdir ki, uşağın psixoloji vəziyyətinin aydınılaşdırılması üçün komissiya təşkil olunacaq. Daha sonra komisiyya keçirilmiş, o, bu komissiyaya uşağı da gətirmişdir. Uşağ orada da stres keçirmiş, komissiyadan sonra da uşaq üçün seanslar təşkil olunmuşdur. Qeyd alınmış aktdan da görünür ki, uşağın atasıyla görüşü müvəqqəti dayandırılması məqsədə müvafiqdir. Aktlarda uşağın atayla görüşmək istəməməsi qeyd olunub. Halhazrda uşağ psixoloqa gedir-gəlir və onun psixoloji durumunu qorumaq üçün o, həmin vaxt uşağı görüşüdürməmişdir. Onu uşağı görüşdürməkdə məcbur etmişlər. X12 heç vaxt döyüb incitməyibdir. Zərərçəkmiş şəxs dəfələrlə ondan müxtəlif vəzifəli şəxslərə müraciət etmiş, qəbullarda olmuş, uşağa döyüb incitməsi ilə bağlı fakta görə cinayət işi başlanmış, həmin cinayət işi isə iki dəfə xitam edilmişdir. Lakin Vüqar yenə qəbullara gedib şikayətlər etdiyinə görə həmin qərar yenə ləğv edilib fakta görə cinayət işi başlanmışdır. Ən son 2 görüşdə, yəni 3 və 5 yanvar 2025-ci il tarixlərdə İnci Süleymanı atası ila görüşməsi üçün şirnikləşdirib, göndərmiş və görüş baş tutmuşdur. Sədrlik edən hakimin suallarına əsasən Şəxs bildirmişdir ki, 08 dekabr, 15 dekabr, 22 dekabr 2024-cü il tarixlərdə görüşün olmaması səbəbi uşağın psixoloji dəstək alması olmuşdur. Zərərçəkmiş şəxs təyin olunmuş alimenti vaxtı-vaxtında ödəyir. 1 dekabr 2024cü il tarixdə görüşə icazə verməmə səbəbi uşağın görüşmək istəməməsi və psixoloji dəstək alması olmuşdur. Şəxs çıxış edərək, Zərərçəkmiş şəxsla nikahından iki övladı olduğunu, İnci Süleymanının görüşlərdində hər dəfə problemlərinin yarandığını, lakin 3 yaşlı digər uşağını hər hansı məhkəmə qərarı olmadan atası ilə görüşlərinə şərait yaratdığını və bununla bağlı problemləri olmadığını bildirib faktların ortada olduğunu, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs şikayətçidir. Gülnarla birgə nikahdan doğulmuş İnci adlı uşağın onunla görüşmək hüququndan Şəxs qərəzli olaraq məhrum edir. Şəxs özü uşağı ağladır, “robot” kimi böyüdür və uşağa mütəmadi işkəncələr verir. Özü hər ay iki uşağa görə 340 manat alimet ödəyir. Şəxs 2-ci uşağı könüllü göstərir və həmin uşağın 3 yaşı vardır. Görüşlərin təmin olunmaması ilə bağlı sənədlər məhkəməyə 3 dəfə protokollaşdırılaraq göndərilmişdir. Hazırda Şəxs barəsində CM-nin 132.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. O, Şəxs ilə 4 ildi ayrı yaşıyır, uşağın mehribanlıqla reaktiv pozğunluğu (mehribanlığa zidd) var. Özü hazırda Lənkəran şəhərində kirayədə yaşayır. 24 noyabr 2024-cü il tarixdə İncinin onun tərəfindən döyülməsi ilə bağlı borclu Şəxs yalan danışır. O, evə daxil olduğu zaman uşağın sağ yanağında şişlik-qızarıqlıq görmüş, uşağı götürdüksən sonra həmin gün poliklinkaya aparmışdır. İnci Süleymanın onunla görüşməkdən imtina etməsi yalandır. Gülnazr uşağa psixoloji şiddət göstərilir və uşağın müstəqil fikri yoxdur. 24 noyabr 2024-cü il tarixədək görüşlə bağlı heç bir problem olmamış, görüşlərdə uşaq onunla normal danışmışdır. O, Şəxs analıqdan məhrum etmə iddiası verdikdən sonra sonuncu uşağa fiziki-psixoloji şiddəti artırmışdır. Şəxs uşağın onurğasın göyərdib, bud nahiyəsinə tərliklə vuraraq şiddət göstərmişdir. Şəxs uşağı ondan uzağlaşdırmaq üçün belə məsələləri törətmişdir. Noyabrın 24-nə kimi uşaqla görüşməkdə problem olmamışdır. Uşağın döyülməsi ilə bağlı cinayəti işinə daha öncə xitam verilsə də, sonradan müraciətləri əsasında hal-hazrda yenidən araşdırma aparılır. Süleyman İncinin ondan uzaqlaşması üçün qəsdən onunla görüşdürülmür. Şəxs barəsində bir mənalı tərəf saxlanılmış, o bugünəək cəmi bir dəfə 500 manat cərimə olunub, bu vaxtadək də, cərimə olunmasının səbəbi Şəxsı müəyyən şəxslərin tanımaması olmuş, tanıdıqdan sonra münasibətlərinə görə Şəxs tərəfi saxlanılır. 03 noyabr 2024-cü il tarixdə qızı İnci Süleymanın bədən hərarəti 37.6 olmuş, lakin bu hal onun qızı ilə görüşməsinə əsas olmamış, özü həmin gün İncinin anası ilə yaşadığı evdə olmuş, azyaşlının vəziyyəti stabil olmasına baxmayaraq Şəxs görüşə icazə verməmişdir. Zərərçəkmiş şəxs çıxış edərək, Şəxs barəsində əvvəllər cərimə cəzası verildiyini, bu dəfə isə ona daha sərt cəza tətbiq olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədindən görünür ki, X1 xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı X7 ilə hər həftənin bazar günü saat 09:00-dan 21:00-dək, eləcə də uşağın ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının səhəri günü saat 10:00-dan 20:00-dək ünsiyyət hüququ müəyyən edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. 03 noyabr 2024-cü il tarixli aktdan görünür ki, X5 bədən hərarətinin yüksək olmasına görə X2 azyaşlı İncinin atası ilə görüşməsinə icazə verməmişdir. 02 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Süleyman X10 Süleymanın atası ilə görüşmək istəmədiyini, buna görə komissiyaya müraciət etdiyini bildirib azyaşlı İncinin atası ilə görüşməsinə icazə verməmişdir. 06 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Lənkəran rayon icra və probasiya şöbəsinin, Lənkəran rayon icra hakimiyətinin qəyyumluq və himayəçilik komissiyasının, “Duyğu” sosial reabilitasiya ictimai birliyinin nümayəndələrinin, eləcə də Zərərçəkmiş şəxs və Şəxs iştirakları ilə X7 ilə psixoloji söhbət aparılsa da uşağı fikrindən daşındırmaq mümkün olmamış, o atası ilə görüşməkdən imtina etmişdir. Buna görə də uşağın bir müddət “Duyğu” sosial reabilitasiya ictimai birliyinin inzibati binasında psixoloqun iştirakı ilə psixoloji yardım edilməsi məsləhət görülmüş, icra sənədinin icra edilməsi mümkün olmamışdır. 10, 16 və 23 dekabr 2024-cü il tarixli aktlardan görünür ki, müvafiq olaraq 08, 15 və 22 dekabr 2024-cü il tarixlərdə X7 atası ilə görüşmək istəmədiyinə görə “Duyğu” sosial reabilitasiya ictimai birliyində psixoloji dəstək verilməsi üçün mütəmadi olaraq psixoloq yanına aparıldığından azyaşlı İncinin atası ilə görüşməsi mümkün olmamışdır. 06 yanvar 2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Süleyman X10 Süleymanın atası ilə görüşmək istəməməsini bildirib azyaşlı İncinin atası ilə görüşməsinə icazə verməmişdir. 06 yanvar 2025-ci il tarixli aktlardan görünür ki, 03 və 05 yanvar 2025-ci il tarixlərdə X7 atası ilə görüşmüşdür. Lənkəran rayon prokurorluğundan verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, İnci Süleymanın anası Şəxs tərəfindən döyülməsi ilə bağlı araşdırma materialları yenidən araşdırılma üçün Lənkəran ŞRPŞ-nin İB-yə geri qaytarılmış, lakin bunun nəticəsi isə bugünədək (10 yanvar 2025-ci il tarixədək) yekunlaşmamışdır, bununla da, Şəxs təqsiri olması faktı sübuta yetmir. Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında Lənkəran rayon prokuroru Azad Qarayevin 04 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs, Zeyqəm Süleymanın 15 iyul 2022, 02 yanvar 2023 və 10 sentyabr 2023-cü il tarixli müraciətləri üzrə fakta görə Azərbaycan Respublikası CM-in 133.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ PSİXİ SAĞLAMLİQ MƏRKƏZİ ” PHŞ-nin xx.xx.2024-cü il tarixli sənədində görünür ki, X6 “ Uşaq yaşlarında mehribanlığın reaktiv pozuntusu ” diaqnozu qoyulmuş, lakin yenə də, bunun kim tərəfindən, hansı şəkildə, tam olaraq nə vaxtdan olduğu iş materiallarıdakı sənədlərdə görünmür. Bununla da, uşağdakı psixoloji problemin atadan yoxsa anadan qaynaqlı olması faktı öz təsdiqini tapmır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və iclas zamanı tədqiq edilmiş CD diskdə olan görüntülərdən görünür ki, İnci Süleyman atası Zərərçəkmiş şəxs və digər qohumları ilə görüşdüyü zaman mehribandır və onlarla aydın şəkildə ünsiyyət qurur. Məhkəmə iclasında Şəxs tərəfindən təqdim edilmiş və iclas zamanı tədqiq edilmiş CD diskdə olan görüntülərdən görünür ki, İnci Süleyman atası Zərərçəkmiş şəxsla görüşməkdən imtina edir və atası ilə görüşməyə getmək istəmir. Məhkəmə təqdim olunmuş sübutlara münasibət bildirərək qeyd edir ki, Ailə məcəlləsinin 49.2, 61.2, 62.3-cü maddələrinə əsasən uşağın maraqları, fikri nəzərə alınmalıdır, lakin iş materiallarındakı aktlardan, digər sənədlərdən də görünür ki, azyaşlı İnci Süleyman atası ilə görüşmək istəmir və uşağın psixoloji dəstəy alması faktı vardır. Şəxs azyaşlı İncini atası Zərərçəkmiş şəxsla qəsdən görüşdürülmədiyi bildirilsə də psixoloji yardımdan sonra 03 və 05 yanvar 2025-ci ildə uşağın atası ilə görüşməsi bu iddianı inkar edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qəsdən uşağı atası ilə görüşdürməkdən yayındırması ilə bağlı Zərərçəkmiş şəxs göstərdikləri hər hansı faktiki sübutla öz təsdiqini tapmır. Həm Şəxs, həm də Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş videogörüntülər özlərinin haqlı olmalarını təsdiq etmək üçün təqdim edilmiş sübutlardır. Lakin məhkəmə azyaşlı İnci Süleymanın atası Zərərçəkmiş şəxsla görüşməkdən imtina etməsi, bunun kənar təsirlər nəticəsində baş verməsini qiymətləndirən zaman xx.xx.2024-cü il tarixli aktı mötəbər sübut kimi qəbul edir. Belə ki, qeyd edilən akt həm hər iki valideynin, həm də digər mütəxəssislərin iştirakı ilə keçirilmiş görüşdən sonra tərtib edilmiş, həmin zaman hər hansı kənar təsir və təzyiq olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış izibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, 03 noyabr 2024-cü il tarixdə X5 yüksək bədən hərarəti olmuş, bu həm videogörüntülərlə, həm də məhkəmə iclasında verilmiş izahatlarla öz təsdiqini tapır. Bundan başqa 02 dekabr 2024-cü il tarixdə İnci Süleymanın atası ilə görüşməməsinin səbəbi sonuncunun bu görüşdən imtian etməsi və anası Şəxs müvafiq müraciəti ilə bağlı olmuşdur. Bu isə 06 dekabr 2024-cü il tarixdə tərtib edilmiş aktla öz təsdiqini tapır. Həmçinin 08, 15 və 22 dekabr 2024-cü il tarixlərdə X7 atası ilə görüşmək istəmədiyinə görə “Duyğu” sosial reabilitasiya ictimai birliyində psixoloji dəstək verilməsi üçün mütəmadi olaraq psixoloq yanına aparıldığından, 29 dekabr 2024-cü il tarixdə isə atası ilə görüşmək istəməməsinə görə azyaşlı İncinin atası ilə görüşməsi mümkün olmamışdır. Göstərilən tarixlərdə azyaşlı İnci Süleymanın atası Zərərçəkmiş şəxsla görüşməməsində Şəxs hər hansı təqsiri olmamış, bu ümumilikdə bütün iş materialları, aktlar, videogörüntülər və digər sübutlarla tam şəkildə təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 62.3-cü maddəsində göstərilir ki, valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” oktyabr 2011-ci il tarixli, №6/2011 nömrəli qərarının 10.1-ci maddəsinə əsasən valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Azərbaycan Respubikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən: inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən: 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməyib, əməlində inzibati xəta tərkibi olmadığından barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-26/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-26/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver