Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-260/2025 10.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, X2 iştirakı ilə, X2 Lənkəran ŞRPŞ-nin DYPB tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokolun və onun əsasında qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi tələbinə dair şikayətə Lənkəran Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 məhkəməyə müraciət edərək Lənkəran ŞRPŞ-nin DYPB tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokolun və onun əsasında qəbul edilmiş inzibati tənbehin tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi və qərəzli qərarı verən polis əməkdaşlarının cəzalandırılması üçün qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 mart 2025-ci il tarixdə, saat 13:05 radələrində etibarnamə əsasında idarə etdiyi **-KN-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı-Astara magistralının Lənkəran rayonu, Digah kəndi ərazisində Lənkəran ŞRPŞ-nm **- YP-*** dövlət qeydiyyat nömrə nişanlı DYP əməkdaşlarının xidməti avtomobili tərəfindən saxlanılaraq DYP bölməsinin rəisi Mirxəyal Hüseynovun şifahi göstərişinə əsasən Lənkəran ŞRPŞ-nm DYP-nin duracağına təmin edilməsi məlumatı verilmişdir. Saxlanma səbəbi kimi nəqliyyat vasitəsinin ön alın hissəsində yerləşən kiçik çat izah edilmişdir. 28 mart 2025-ci il tarixində, təxminən 12.03 radərələrində barəsidə tərtib edilmiş protokolda yalnız 342.5-ci maddəsinin tələbləri qeyd edilmişdir. Lakin 28 mart 2025-ci il tarixdə təxminən 14.30 radələrində həmin protokola 329.1 maddəsinin (təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etmə) tələbləri əlavə edilmişdir. Lakin nəqliyyat vasitəsinin idarə edilməsi zamanı təhlükəsizlik kəmərindən istifadə etmiş, ehtiyac duyulduğu təqdirdə həmin görüntülərin Yol Patrul Xidməti əməkdaşlarının xidməti avtomobilində olan video müşahidə kameralarında açıq şəkildə görmək mümkündür. 28 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsinə əsasən (Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə) 50 manat miqdarında cərimə edilməyinə dair mobil telefonuna bildiriş göndərilmiş, bununla bağlı məlumat e-polis tətbiqində və SMS radar programmında informasiya yerləşdirilmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsində nəzərdə tutulan halların əsası, ona tərtib edilmiş protokolda öz əksini tapmamışdır. Belə ki, həmin Məcəllənin 342.5 maddəsində nəzərdə tutulan hallar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanun 1 saylı Əlavənin 7-ci hissəsində Konstruksiyanın digər ünsürləri ilə tənzimlənir. Lakin 1 Saylı Əlavənin 7-ci hissəsində alın şüşəsi ilə bağlı (Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti, iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər pərdə, jalüz və ya plyonka çəkildikdə) heçbir göstəriş yoxdur. Nəqliyyat vasitəsinin duracağa təmin olunduğu zaman, duracağa təmin edilməsi barəsində akt və digər zəruri sənədlərin heç biri tərtib edilməmiş, bununla bağlı tələb etməyinə baxmayaraq heç bir yazılı sənəd təqdim edilməmişdir. Nəqliyyat vasitəsinin heç bir qanuni səbəb olmadan duracağa yerləşdirilməsi nəticəsində istifadəsində olan **-KN-*** dövlət qeydiyyat nömrəli nişanlı istifadə hüququmun qanunsuz olaraq məhdudlaşdırılmışdır. Nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinin (subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur) tələbləri kobud şəkildə pozulmuşdur. Bütün qeyd olunan hallar nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 (İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir) və həmin Məcəllənin 8.3 (İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir) müddəaları nəzərə alınmamışdır. X5 Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə iclasında X6 şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında qərara görə cavabdeh olan Lənkəran ŞRPŞ-nin DYPBnin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə şikayətçinin və onların Lənkəran ŞRPŞ-nin DYPB-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X3 dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Lənkəran ŞRPŞ-nin DYPBnə qaytarılmalıdır. Belə ki, işin araşdırılması ilə bağlı Lənkəran ŞRPŞ-nin DYPB-dən inzibati tənbeh verilməsinə əsasə olmuş sübutları, foto və videogörüntülərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Lakin, məhkəmə iclasına Lənkəran ŞRPŞ-nin DYPB-nin nümayəndəsi gəlməmiş, eləcə də qeyd olunan qərarın çıxarılmasına səbəb olmuş sübutları, foto və videogörüntüləri məhkəməyə təqdim etməmişdir. Bundan əlavə X6 barəsində tərtib edilmiş protokolda göstərilmiş inzibati xəta, inzibati tənbeh vermə qərardakı xətadan fərqlidir. Belə ki, 28 mart 2025-ci il tarixində, 12.03 radərələrində barəsidə tərtib edilmiş protokolda X2 İXM-nin 342.5-ci maddəsinin tələbini pozduğu qeyd edilsə də, 28 mart 2025-ci il tarixdə 14.30 radələrində həmin protokola 329.1 maddəsi də (təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etmə) əlavə edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, şəxs inzibati məsuliyyətə şübhələr əsasında deyil, faktlar və həmin faktları təsdiqləyən mötəbər sübutlar əsasında cəlb oluna bilər. Lakin həmin faktları müəyyən etmək məqsədilə tələb olunan sübutlar, foto və videogörüntülər məhkəməyə təqdim etmədiyindən, şikayətçinin göstərdiklərinin həqiqət olub-olmadığınıl müəyyən etmək olmur. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və ya bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 76, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti qismən təmin edilsin. DİN Lənkəran ŞRPŞ-nin DYPB tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Lənkəran ŞRPŞ-nin DYPB-nə qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(049)-260/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-260/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver