Məhkəmə qərarları › İş №3(049)-275/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-275/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-275/2025 14.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədirliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Şəxs barəsində inzibati xəta haqqında materialı Lənkəran Rayon Məhkəməsinə təqdim edilmişdir. Materialdan görünür ki, Məmmədov X1 ŞRPŞ-nin vəzifəli şəxsinin xx.xx.2024-ci il tarixli EQ 23990988 qərarı ilə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat miqdarında cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 03 ay keçdiyinə baxmayaraq cəriməni ödəməmişdir. Bu səbəbdən onun barəsində Lənkəran ŞRPŞ-nin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci ildə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən və “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 27 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.8 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xəxata haqqında icraata xitam verilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında icraata Azərbaycan Respublikası İXM-nin 53.1.8-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.8, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar