Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-277/2024 15.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, protokol tərtib etmiş şəxs: Lənkəran Şəhər Rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X9, zərərçəkmiş şəxs: X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Lənkəran rayonu, Osaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Lənkəran rayonu, Osaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X4 27 fevral 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X3 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X7 Təhlükəsizlik Bölməsinin polis leytenantı sahə rəisi X9 tərəfindən MN ******* nömrəli, 15 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* nömrəli, 15 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 fevral 2024-cü il tarixdə, saat 15 radələrində Lənkəran rayonu, Osaküçə kənd ərazisində X1 boğazından tutub sifətini cırmaqlamaqla dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Nəticədə Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X9 bildirdi ki, X5 xx.xx.2024-cü il tarixdə ərizə ilə Lənkəran ŞRPŞ-yə müraciət edərək götərmişdir ki, Şəxs ona müxtəlif xəsarətlər yetirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X3 göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, zərərçəkmiş şəxs X5 onun arvadıdır. İkinci qrup əlildir. Özü də üçüncü qrup əlildir. Hər ikisi nitq qüsurludurlar. O, 2013-cü il tarixdə arvadı Aytac Fərzulla ilə ailə həyatı qurmuş və hazırda 2 övladları vardır. Evləndikdən sonra münasibətləri normal olsa da, sonradan ailə-məişət münasibətləri zəminində aralarında-mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə evdə olan zaman yatan Aytac saat 15 radələrində yuxudan oyanmış, anası da ona çox yatdığına görə irad bildirməklə qonşuya getmişdir. Aytacın anasının ona irad bildirməsinə görə onun ünvanına xoşagəlməz sözlər işlətməsinə görə əsəbləşdiyindən Aytacı vurmuşdur. Əməlindən peşmandır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, nitq qüsurlu olmaqla 3-cü qrup əlildir. O, 2013-cü il tarixdə nitq qüsuru olan əri Şəxs ilə ailə həyatı qurmuş və hazırda 2 övladları vardır. Evləndikdən sonra münasibətləri normal olsa da, sonradan ailə-məişət münasibətləri zəminində aralarında mübahisələr olmuşdur. Mübahisənin səbəbkarı da qaynanası Nənəvəs Tahirova olmaqla evdə onun haqqında ərinə barəsində yanlış məlumat verməklə xırda bir işi mübahisəyə çevirmişdir. O da ailəsinə görə qaynanasının hərəkətlərinə dözmüş, ona əhəmiyyət verməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində evdə yatan zaman qaynanası Nənəvəs onu yuxudan oyatmaqla başından yumruqla vurmuş, saçlarını dartıb ona xəsarət yetirmişdir. Bundan sonra həyətin işlərininin qaldığını deməklə onu həyətə salmış, o da tövləyə girib işləri görməyə başlamışdır. Bu zaman əri Şəxs evə gəlmiş, qaynanası Nənəvəs Tahirova ərini ona qarşı öyrətdiyindən həyətə düşən Qadir boğazından tutmaqla sifətini cırmaqlayıb ona xəsarət yelirmiş və onu yerə yıxıtmışdır. Həmin vaxt qaynatası Qabil onu ərinin əlindən almış və o da qaçıb atasının evinə getmişdir. Şəxs barəsində tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil göstərdi ki, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, X2 döyməsi məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın verdiyi 139 nömrəli xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, vətəndaş X1 bədəni üzərində sağ yanaq hər iki qulaq seyvanı nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən İ gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 fevral 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X3 həvalə edilməsi qərara alınmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs 3-cü qrup əlildir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi İXM-nin dispozisyası fiziki ağrını da əhatə edir və zərərçəkmiş şəxsin ifadəsindən də görünür ki, Şəxs qəsdən X2 vurmaqla sonuncuya fiziki ağrı yetirmişdir. Şəxs əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, İİİ qrup əlil olması, zərərçəkmiş şəxslə qohumluq münaisbətində olmasını, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını, eləcə də inzibati xəta hadisəsinin baş vermə səbəbini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-277/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-277/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver