Məhkəmə qərarları › İş №3(049)-285/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-285/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-285/2024 01.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, barəsində inzibati xəta haqqında icraatı aparılan şəxs: Şəxs, protokol tərtib edən orqan nümayəndəsi: Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin mütəxəssisi X1 iştirakı ilə, 27 fevral 1994-cü il tarixdə Lerik rayonu Vov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, Lənkəran rayonu, Parakənd kəndində qeydiyyatda olmaqla yaşayan (Fin: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024 cü il tarixdə, saat 11:30 radələrində Lənkəran şəhəri, M.M Axund küşəsində idarə etdiyi VAZ 2107 minik, markalı **-CE-*** dövlət qeydiyyat nömrəli avtomaşınla sərnişin daşınma fəaliyyəti göstərməsini təsdiq edən sənədlərin təqdim edilməsi tələb edilsə də, həmin sənədləri təqdim etmədiyinə görə sonuncunun barəsində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 552-ci maddəsi ilə inzibati xəta haqqında 15 mart 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqan nümayəndəsi: Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin mütəxəssisi X2 izahatında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraatı aparılan şəxs Şəxs izahatında maddi vəziyyəti ilə bağlı müvafiq icazə almadığını və əməlindən peşman olduğunu bildirib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə etiraz etmədiyini bildirdi. İş materaiallarına əlavə edilmiş etibarnamə və şəhadətnamədən görünür ki, Şəxs VAZ 2107 minik, markalı **-CE-*** dövlət qeydiyyat nömrəli avtomaşın ona məxsusdir olmuş və vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Şəxs İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 552-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə- əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq İXM-in 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar