Məhkəmə qərarları › İş №3(049)-29/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-29/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-29/2025 23.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 25353972 və xx.xx.2025-ci il tarixli, EQ 25366712 saylı qərarlarından barəsində inzibati xəta haqqında iş üzrə qərarlar çıxarılmış şəxs X6 tərəfindən verilmiş şikayətə 23 yanvar 2025-ci il tarixdə Lənkəran şəhərində baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 25353972 saylı qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə təqsirli bilinərək, 60 manat, xx.xx.2025-ci il tarixli, EQ 25366712 saylı qərarı ilə isə Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə təqsirli bilinərək 40 məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X6 həmin qərarlardan şikayət verərək həmin inzibati tənbeh vermə haqqında Elektron Qərarlarının ləğv edilməsini və onu inzibati məsuliyyətdən azad edilməyi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. O, şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 18:09 radələrində Bakı şəhəri, İslam Səfərli küçəsi, 61 ünvanındakı yerləşən küçədə, etibarnamə əsasında idarəçiliyində olan “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə inzibati xətanın törədilməsi göstərilərək, mobil telefon nömrəsinə EQ 25353972 nömrəli, elektron qərar barədə SMS məlumatı daxil olmuşdur. Həmin elektron qərarda Azərbaycan Respublikasının İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərəfindən törədilməsi qeyd edilmişdir. Həmin maddəyə əsasən izamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə - 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü nəzərdə tutulmuşdur. Barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25353972 nömrəli, elektron qərarı xx.xx.2024-cü il tarixdə, Lənkəran ŞRPŞ-nin DYPB-dən almışdır. Həmçinin xx.xx.2025ci il tarixdə, saat 16:05 radələrində Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində, etibarnamə əsasında idarəçiliyidə olduğu göstərilən “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-HF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xətanın törədilməsinə görə, mobil telefon nömrəsinə EQ 25366712 nömrəli, elektron qərar barədə SMS məlumatı daxil olmuşdur. Həmin elektron qərarda Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibatti xətanın tərəfindən törədilməsi qeyd edilmişdir. Həmin maddəyə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə görə - 40 manata məbləğində cərimə edilmə haqqında tənbeh növü nəzərdə tutulmuşdur. Barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25366712 nömrəli, elektron qərarı da xx.xx.2024-cü il tarixdə, Lənkəran ŞRPŞ-nin DYPB-dən almışdır. Barəsində tərtib edilmiş qərəzli, heç bir fakta və sübuta əsaslanmayan xx.xx.2025-ci il tarixli, EQ 25353972 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 25366712 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarlardan razı deyil və onların ləğv edilməsindən ötrü məhkəməyə müraciət etmişdir. Belə ki, barəsində xx.xx.2025-ci il tarixli, saat 18:09 radələrində, EQ 25353972 nömrəli, tərtib edilmiş inzibati tənbeh vermə haqqında Elektron Qərarda idarəçiliyində olan avtomobilin markası “MERCEDES BENZ E220 CDİ MİNİK” və dövlət qeydiyyat nömrəsi **-HF-*** olması həqiqətə uyğun olaraq düzgün qeyd edilmişdir. Lakin, barəsində tərtib edilmiş EQ 25353972 nömrəli, Elektron Qərara sübut növü kimi əlavə edilmiş kamera- şəkil görüntülərində olan avtomobilin dövlət qeydiyyat nömrəsi **- HF-***-dir. Həmçinin həmin şəkillərdəki görüntülərdən avtomobilin “sedan” markalı olduğu görünür. Lakin onun idarəçiliyində olan avtomobilin markası “MERCEDES BENZ E220 CDİ MİNİK” olsa da, dövlət qeydiyyat nömrəsi, **-HF-*** olmaqla, avtomobilin arxası “furqon” modelidir. Elektron qərara əlavə edilmiş şəkil görüntülərində, cərimə yazılmış avtomobilin markası “sedan” nömrəsi isə **-HF-*** olması mübahisəsiz tam görünür. Barəsində xx.xx.2025-ci il tarixli, saat 16:05 radələrində, EQ 25366712 nömrəli, tərtib edilmiş inzibati tənbeh vermə haqqında Elektron Qərara əlavə edilmiş şəkil görüntüsündə, həqiqətəndə təhlükəsizlik kəmərinin (remen) sürücünün üstündə olması da tam olaraq aydın şəkildə mübahisəssiz olaraq görünür. Yəni, güllü ağ rəngli köynəyinin və açıq rəgli ciletinin üzərindən qara rəngli təhlükəsizlik kəmərinin üstündən keçirilib qoşulub bağlanmasının görüntüləri faktı da heç bir şübdə doğurmur. Şəkil görüntülərində təhlükəsizlik kəmərinin (remenin) üstündə olması tam olaraq aydın şəkildə gürüntüsünün olmasına baxmayaraq barəsində EQ 25366712 nömrəli, inzibati tənbeh vermə haqqında Elektron Qərar tərtib edilmişdir. Buna görə də barəsində tərtib edilmiş Elektron Qərarların ləğv edilməsini qanunamüvafıq hesab edir. Məhkəmə iclasında X6 şikayəintdə yazılanları müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, şikayətində, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25366712 nömrəli qərarla bağlı avtomobili özü idarə etdiyini göstərsə də, əslində onu X7 idarə etmiş, bunu sonuncu özü də təsdiq edə bilər. Şikayətini vəkil yazmış və o, onu oxumadan imzalamışdır. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin və şahidin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” EQ 25353972 saylı qərarından görünür ki, X1 18:09 radələrində Bakı şəhəri, İslam Səfərli küçəsi, 61 ünvanındakı yerləşən küçədə, etibarnamə əsasında idarəçiliyində olan “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş və buna görə də Azərbaycan Respublikasının İXM-nin 346.9cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Həmin qərara əlavə edilmiş görüntülərdən görünür ki, avtomobil “sedan” tipli olmaqla, dövlət nömrə nişanı **-HF-***-dir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” EQ 25366712 saylı qərarından görünür ki, X1 16:05 radələrində Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində, etibarnamə əsasında idarəçiliyidə olduğu göstərilən “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş və buna görə də Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X7 göstərmişdir ki, “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etmək üçün ona da etibarnamə verilmiş və xx.xx.2025-ci il tarixdə, saat 16:05 radələrində Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində avtomobili Rəşad deyil, özü, təhlükəsizlik kəmərindən istifadə etməklə, idarə etmişdir. İş materialların əlavə edilmiş etibarnamənin surətindən görünür ki, “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 həmin nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixədək X4 idarə etməyi etibar etmişdir. Məhkəmə qeyd edir ki, toplanmış sübutlarla X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9 və 329.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, birinci halda etibarnamə əsasında idarə etdiyi “furqon”tipli “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı nəqliyyat vasitəsitəsinin dövlət qeydiyyat nişanı **-HF-*** olduğu halda, inzibati qərara əlavə edilmiş görüntülərdəki avtomobil ”sedan”tipli “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı nəqliyyat vasitəsitəsi olmaqla dövlət qeydiyyat nişanı **-HF-***-dir. Göründüyü kimi **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 heç bir aidiyyatı yoxdur. İkinci hal ilə əlaqədar məhkəmə qeyd edir ki, məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2025-ci il tarixdə, saat 16:05 radələrində Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində **- HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin şikayətçi X6 deyil, X7 idarə etmişdir. Göründüyü kimi, hər iki hal üzrə X2 təqsiri yoxdur. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə onu da qeyd edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin, X2 qəsdən və ya ehtiyatsızlıqdan hüquqazidd əməl etdiyi aşkar olunmur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X6 İXM-nin 346.9 və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun şikayət əsaslı hesab edilərək təmin edilməli, onun əməlində həmin maddlər üzrə inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 25353972 və xx.xx.2025-ci il tarixli, EQ 25366712 saylı qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 25353972 və xx.xx.2025-ci il tarixli, EQ 25366712 saylı inzibati tənbeh vermə haqqında qərarlarından X6 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 346.9 və 329.1-ci maddələri üzrə təqsirli bilinərək, müvafiq olaraq 60 və 40 manat miqdarında cərimə edilməsinə dair DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 25353972 və xx.xx.2025-ci il tarixli, EQ 25366712 saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edilsin. Hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar