Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-290/2024 22.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, 19 fevral 2024-cü il tarixdə, saat 16:30 da “Balıqçılar” SNB-nin 16-cı YK CRPŞ rəisinin müavini Səbuhi Cavadov və kiçik gizir Maşallah Mirzəliyev ilə birlikdə “ÜVR/ƏBQ” sərhəd naryadı xidmətinin təşkil edən zaman “BA-529” bort nömrəli “Proqress-4” tipli, “Yamaha-55” mühərrikli, heyəti 2 nəfərdən ibarət olan üzmə vasitəsi dənizindən qayıdıb sahilə yan alarkən qadağan edilmiş texniki çəkisi 5 kq olan 1 ədəd “Xəzər Qızılbalığı” aşkar olunmuşdur. Bununla əlaqədar qayığın heyət üzvləri Şəxs və X1 etdikləri qanunsuz olduğu tərəflərindən izah olunmuşdur və SNB-yə gəlməkdən və ovladıqları balıqları təhvil verməkdən imtina etmişdirlər. Şəxs barəsində Lənkəran XPŞ-nin, NH-nin məsul növbətçisi, X2 tərəfindən İXM-nin 272.3-cü maddəsi ilə 28 mart 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə məlumat verilsə də, onun nümyəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünün İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilib ailəsinin maddi vəziyyətini nəzərə alıb ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 272.3 maddələsi nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Lənkəran XPŞ-nin, NH-nin növbətçisi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Xəzər dənizi ərazisində qanunsuz ov etməklə çəkisi 5 kq olan 1 ədəd “Xəzər Qızılbalığı” ovlayaraq İXM-nin 272.3 maddəsi ilə nəzərdə tutlumuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 272.3-cü maddəsinə görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati xətanın törədilməsində alət olmuş predmet və obyekt müsadirə edilməməklə 1000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, “...qanunverici xüsusi hüququn məhdudlaşdırılması növündə tənbehin yalnız belə hüquqa malik olan şəxslərə tətbiq edilməsini mümkün hesab etdiyindən, tənbehin icrası məhz bu hüququ təsdiqləyən müvafiq sənədin alınması yolu ilə həyata keçirilə bilər. Göstərilənlər belə nəticəyə gəlməyə imkan verir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində inzibati tənbeh növü kimi nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması, yalnız "verilmiş xüsusi hüquq" olduğu halda, yəni "Ovçuluq haqqında" Qanunun müvafiq maddələrində müəyyən edilmiş ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazəsi olan şəxslərə münasibətdə tətbiq edilməlidir. Həmin hüququ olmayan şəxslər ov qaydalarını kobud şəkildə pozduqda isə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş digər tənbeh tədbiri - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.” Protokolu tərtib etmiş Lənkəran XPŞ-nin NH-nin məsul növbətçisi, X2 protokola Şəxs ov etmək üçün icazəsinin olub-olmaması (yəni xüsusi hüququnun olub-olmaması) barədə sənədi əlavə etməmiş və ya məhkəmə iclasında iştirak edərək həmin sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda onun xüsusi hüquqa malik olub-olmadığını müəyyən etmək olmur. Buna görə də, məhkəmə hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş müəyyən müddətə ov hüququnun məhdudlaşdırılması tətbiq edilə bilməz. Məhkəmə eləcə də hesab edir ki, Şəxs tərəfindən ov qaydalarının müntəzəm pozulmasına dair protokola hər-hansı bir sənəd əlavə edilmədiyindən inzibati xətanın törədilməsində alət və inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməlidirlər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın törədilməsində alət olmuş predmet və obyekt müsadirə edilməməklə barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov.
Məhkəmə qərarları › İş №3(049)-290/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-290/2024
22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver