Məhkəmə qərarları › İş №3(049)-291/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-291/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-291/2025 02.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, X1nın və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 iştirakı ilə, xx xxxx 1989-cu ildə Lənkəran rayonu Veravul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Lənkəran rayonu Veravul kəndində qeydiyyatda olmaqla yaşayan X6 Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 tərtib etdiyi 02 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-929/2024 saylı icra sənədinə əsasən, X2ndan 2 uşağa görə hər ay hər uşaq üçün sabit pul məbləğində 180 manat, cəmi 360 manat aliment tutularaq X1na ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(049)-929/2024 saylı, icra sənədinə əsasən, X2nun tələbkara ümumilikdə 3760 manat məbləğində aliment bocu yaranmışdır. X2 icra sənədlərinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X13 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədlər şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası haqqında bildirişlər tərtib edilərək, borcluya təqdim edilmişdir. Borclu şöbəyə dəvət edilərək, aliment borcunu ödəmədiyinə görə iki dəfə onun izahatı alınmışdır, eyni zamanda bir dəfə ondan aliment borcunu ödəməsi barədə iltizam alınmışdır. Lakin buna baxmayaraq o, aliment öhdəliyini yerinə yetirməkdən qəsdən boyun qaçırmışdır. Borclunun barəsində tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. X17 şöbəyə dəvət edilərək, icra sənədlərinin icrası ilə əlaqadar onun izahatı alınmış, o, icra sənədləri barədə məlumatlı olduğunu bildirərək, izahatında həmin borcları hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin hazıradək borclu qeyd edilən icra sənədinə əsasən, hazıradək tələbkara cəmi 920 manat ödəniş etmişdir. Alimentin ödənilməsi ilə əlaqadar icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs 3.760 manat borcu qalmışdır. Protokolun təmin edilərək, borclu X4 maddənin sanksiyası həddində daha ciddi cəza növü ilə cəzalandırılmasını məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında iştirak edərək, icra məmurunun izahatına uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, X7 hazıradək borclu icra sənədinə əsasən ona 920 manat ödəniş etmişdir. Alimentin ödənilməsi ilə əlaqadar icra sənədinə əsasən ona 3760 manat borcu qalmışdır. Borclu tərəfindən ona sonuncu aliment ödənişi xx.xx.2025-ci il tarixdə 150 manat edilmişdir. Protokolun təmin edilərək, X2na ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X11 məhkəmə iclasında izahatında bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilmiş icra sənədi ilə əlaqadar icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə məlumatlandırılmışdır. Lakin iş yeri olmadığından və maddi cəhətdən çətinlik çəkdiyindən hazıradək həmin icra sənədlərinə əsasən tələbkara ödəniş edə bilməmişdir. Həmin icra sənədinə əsasən tələbkara 920 manat məbləğində ödəniş etmişdir. İşləmədiyindən və heç yerdən gəliri olmadığından aliment öhdəliyini ödəyə bilməmişdir. Borcları hissə-hissə ödəməyə razıdır. Sonuncu ödənişi tələbkara xx.xx.2025-ci il tarixdə 150 manat etmişdir. Onun hazırda tələbkara 3.760 manat aliment borcu qalmışdır. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-929/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, X2ndan 2 uşağa görə hər ay sabit pul məbləğində 360 manat aliment tutularaq X1na ödənilməlidir. Borclunun tələbkara icra sənədinə əsasən ümumilikdə 3760 manat bocu qalmışdır. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədlərinin icrası ilə əlaqadar “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Qeyd edilən icra sənədlərinin icrası ilə əlaqadar icra məmuru tərəfindən borclunun izahatları alınmışdır və borclu izahatlarında icra sənədləri ilə əlaqadar məlumatlı olduğunu bildirərək, həmin borcları hissə-hissə ödəyəcəyini bildirmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədləri barədə məlumatlı olduğu, icra sənədlərinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilərkən borclunun icra sənədinə dair tələbkara 3760 manat aliment və digər borcu yaranmışdır. Göstərilənlərə əsasən X11 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X11 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on ) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 02 aprel 2025-ci il saat 16:30-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar