Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-293/2024 19.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X8, protokol tərtib edən şəxs: Lənkəran XPŞ-nin NH-nin polis mayoru X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, Lənkəran rayonunun, Nərimanabad ərazi dairəsi, Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 23 fevral 2024-cü il tarixdə, saat 15:30 radələrində Lənkəran rayonu, Balıqçılar qəsəbə sakini Şəxs Xəzər dənizində qanunsuz ov etdiyinə görə barəsində Lənkəran XPŞnin NH-nin məsul növbətçi polis mayoru X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.3-cü maddəsi ilə 28 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran XPŞ-nin NH-nın polis mayoru X11 bildirdi ki, 23 fevral 2024-cü il tarixdə, saat 15:30 radələrində Lənkəran rayonu, Balığçılar qəsəbə sakini Şəxs Xəzər dənizində qanunsuz ov etdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.3-cü maddəsi ilə 28 mart 2024-cü il tarixli protokol tərtib edilmişdir. Protokol müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində qanunamüvafiq tədbir görülmsini xahiş etdiş. Məhkəmə iclasında Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Xəzər dənizinə balıq ovundan qayıdan zaman sərhəd xidməti tərəfindən qayığa baxış zamanı “silotka” adlandırdığı balıq aşkar edilmişdir. O, həmin vaxt qızıl balıq tutmamışdır. Onun balıq ovlamağa icazəsi yoxdur. Ümumiyyətlə onun yaşadığı kənddə heç kimin balıq ovlamağa icazəsi yoxdur. Həmin vaxt idarə etdiyi qayıq atasının olmuş və qayığın sənədləri var. O heç bir yerdə işləmir ailəsini dolandırmaq üçün qazanc yeri ancaq balıq tutaraq əldə edir. Hazırda əməlindən peşmandır bir daha bü cür hallara yol verməyəcəkdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış Raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində sahil nəzarat bölməsinin 17-ci yanalma körpüsündə “ÜVR/ƏBQ” sərhəd naryadı xidmətini təşkil edən sərhəd naryadının başçısı Cənub regional şöbəsinin rəis müavini polkovnik-leytenant Səbuhi Cavadov, üzvü ”Balıqçılar” SNB-nin nəzarətçisi gizir Əziz Əzizov tərəfindən “BA- 522” bort nömrəli, ”Proqres-4” tipli, ”Yamaha-55” mühərrikli, həyət üzvü 2 (iki) nəfərdən ibarət olan üzmə vasitəsi dənizdən qayıdıb sahilə yan alarkən saxlanılmış və baxış keçirilmişdir. Baxış zamanı qayığın bortunda ovlanması qadağan edilmiş təxmini çəkisi 5 kq olan 1 (bir) ədəd “Xəzər qızıl” balığı aşkar olunmuşdur. Bununla əlaqədar olaraq qayığın heyət üzvləri Lənkəran rayon, Balıqçılar qəsəbi sakinləri xx.xx.1985-ci il təvəllüdlü Şəxs və xx.xx.1980-cı il təvəllüdlü X5 “Balıqçılar” SNB-yə dəvət olunmuş və ovladıqları balığı müvafiq qaydada təqdim etməklə tələb edilmişdir. Lakin vətəndaşlar SNB-yə gəlməkdən və ovlanması qadağan olunmuş balığı təhvil verməkdən imtina etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixdə Lənkəran rayon 1 saylı notriat ofisi tərəfindən verilmiş etibarnamədən görünür ki, X1 Rusif Safadar oğluna xx.xx.2028-ci il tarixədək X2 məxsus Azərbaycan Respublikasınıın Fövqaladə Hallar Nazirliyi kiçik həcmli gəmilər üzrə dövlət müfəttişliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AA-11042 nömrəli gəmi biletinə əsasən Proqres 4 tipli gəmiyə aid bütün tapşırıqları yerinə yetirilməsi ilə bütün hərəkətlər etməyi etibar etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli Lənkəran XP-nin NH-nin məsul növbətçi polis mayoru İlkin Əliyevin tərtib etdyi protokoldan görünür ki, 23 fevral 2024-cü il tarixdə, saat 15:30 radələrində Lənkəran rayon Balıqçılar qəsəbə sakini Şəxs Sərhəd xidməti tərəfindən saxlanılmış baxış zamanı onun idarə etdiyi qayıqda 1 ədəd ovlanması qadağan olunan “Xəzər qızıl balığı” aşkar edilmiş barəsində tərtib olunan müvafiq sənədləşmə xx.xx.2024cü il tarixdə icraatına daxil olmuşdur. Tərəfindən başlanan araşdırma zamanı həmin şəxslərdə olan maddi subut balıq və digər ov alətləri götürülməmişdir. Səbəbini isə həmin zaman həmin şəxslərin maddi subutları verməkdən imtina etmələri izahatlarında göstərilmiş və bu barədə 5/16 saylı müvafiq akt da tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə Şəxs həmin maddənin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 272.3-cü maddəsinə görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 sentyabr 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə inzibati xəta haqqında icraat aparılan şəxsin ov hüququnun olmamasını və belə olan halda yuxarıda şərh olunmuş Konstitusiya Məhkəməsinin qərarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-nin 272.3-cü maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə edilməlidir. Məhkəmə, eyni zamada qanunsuz balıq tutularkən istifadə edilmiş “BA-522” bort nömrəli, ”Proqres-4” tipli, ”Yamaha-55” mühərrikli qayığın X2 məxsus olmasını nəzərə alaraq həmin qayığın müsadirə edilməsinin mümkünsüz olmasını da nəzərə alır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-293/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-293/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver